X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb

 

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinqin dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 7-də uğurla başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 30-da başlanandoqquz gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın davam etdiyi günlərdə yerli musiqisevərlər və şəhərin qonaqları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik, Azərbaycan dövlət simfonik orkestrlərinin, Kubanın “Jovanes Clasicos Del Sonqrupunun, İsrailin virtuoz pianoçularının, “Muğaminstrumental ansamblının müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestrakamera orkestrinin, Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının, Macarıstandan gəlmiş “Budapeşt Gypsy Bandmusiqi qrupunun, “Clarteklarnet kvartetinin, İsrailin dünya şöhrətli Yerusəlim simfonik orkestrinin, Gürcüstanın TbilisiBig Bandorkestrinin konsertlərini izləmək imkanı əldə ediblər. Festivalın konsertlərindən biri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında və açıq səhnədə, həmçinin rayon mədəniyyət mərkəzində keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izləyib.

 

Avqustun 7-də axşam Qəbələ Rayon Mədəniyyət Mərkəzində X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, tanınmış musiqiçilər, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

 

Bağlanış mərasimində Yerusəlim simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva operakonsert proqramı təqdim olunub.

 

Tanınmış ispan bəstəkarı Salvador Brotonsun dirijorluğu ilə keçən konsertdə C.RossinininSevilya bərbəri” operasından uvertüraDon Bazilionun ariyası, C.PuççinininCanni Skikki” və “Toska” operalarından ariyalar, “Bohema” operasından Müzettanın valsı, “Manon Lesko” operasından Manonun ariyası və İntermezzo, V.A.Motsartın “Don Juan” operasından Leporellonun ariyası, TserlinaDon Juanın dueti, C.VerdininTaleyin gücü”, “Don Karlos” və “Otello” operalarından ariyalar, J.MassneninVerter” operasından Verterin ariyası və dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası ifa edilib.

 

Solistlər Giorgi Çelidzenin (Gürcüstan), Elnarə Məmmədovanın, Adil Axundovun, Məhərrəm Hüseynovun, Kiara İsottonun (İtaliya), Mine Kurtoğlunun (Türkiyə) və Xalq artisti Samir Cəfərovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Konsertin sonunda bütün solistlər birlikdə C.VerdininTraviataoperasındanBrindisiifa ediblər.

 

X Qəbələ Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başa çatıb.

 

Xatırladaq ki, bu musiqi bayramını izləmək üçün həm ölkəmizin bölgələrindən, həm xarici ölkələrdən Qəbələyə çoxlu musiqi həvəskarı gəlib. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı əldə edən tamaşaçılar bundan böyük zövq alıblar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival onu da təsdiqləyib ki, Azərbaycan Qərb ilə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır.

 

Beynəlxalq festival çərçivəsində bir sıra tanınmış musiqiçilər təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək, bu musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu bildirib yenidən bu füsunkar məkanda görüşmək arzularını dilə gətiriblər.

 

Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli: Qəbələ Beynəlxalq Musiqi Festivalı ildən-ilə böyüyən auditoriyası ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Azərbaycan həqiqətən öz zəngin tarixi ənənələrinə görə dünyada gözəl ölkələrdən biridir. Artıq 10 ildir ki, Azərbaycanın dilbər guşəsi olan Qəbələdə keçirilən bu festival ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir.

 

Festivalın bədii rəhbəri, İsrailin Yerusəlim simfonik orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski: Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə təəssüratları bir neçə cümlə ilə ifadə etmək çox çətindir. Təkcə onu qeyd edim ki, bu musiqi bayramı dünyada keçirilən festivallar içərisində öz yüksək təşkilatçılığı və səviyyəsi baxımından ön sıralarda yer alır. Ənənəvi olaraq hər il keçirilən bu festivalda dünyanın ən məşhur musiqi kollektivləri, kamera və simfonik orkestrlər, dünya şöhrətli ifaçılar, dirijorlar iştirak edirlər. Qəbələ Festivalı Heydər Əliyev Fondunun ən möhtəşəm layihələrindən biridir, çox gözəl musiqi bayramıdır. Mən bu möhtəşəm musiqi layihəsini dəstəklədiyinə görə Fondun prezidenti, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, pianoçu Murad Adıgözəlzadə: Qəbələdə ənənəvi olaraq keçirilən beynəlxalq musiqi festivalı Azərbaycanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Bu festival musiqimizin dünyada tanıdılması və təbliği baxımından böyük rol oynayır. Festival günlərində Qəbələyə gələn xarici qonaqlar Azərbaycanın, onun bölgələrinin sürətli inkişafını öz gözləri ilə görür, xalqımızın adət-ənənələri, mədəniyyəti, musiqisi ilə yaxından tanış olurlar. Onların ölkəmiz haqqında təəssüratları daha da zənginləşir. Qəbələ Festivalı bu baxımdan da çox böyük əhəmiyyətə malikdir.

 

Kubanın məşhur “Jovanes Clasicos Del Sonqrupunun rəhbəri Ernesto Reyes Proenza: Qəbələdə keçirilən beynəlxalq musiqi festivalına yenidən dəvət aldığımıza görə təşkilatçılara minnətdarlığımızı bildiririk. Bu, qrupumuzun Qəbələyə ikinci səfəridir. İki il əvvəl də bu gözəl şəhərdə keçirilən festivalda iştirak etmişik. Həmin konsertdə tamaşaçıların Latın Amerikası ölkələri musiqisinə böyük maraq göstərdiklərinin şahidi olduq. Onlar bizim rəqqaslarla birlikdə rəqs etdilər, bizi ruhlandırdılar. Qrupumuz caz və digər musiqi janrlarının elementlərini bir araya gətirməklə, tamaşaçılara ənənəvi Kuba musiqisini müasir yanaşma ilə təqdim etdi. Güman edirik ki, konsert tamaşaçıların ürəyincə oldu. Yüksək səviyyədə təşkil edilən bu musiqi festivalı xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Əminəm ki, XI Qəbələ Beynəlxalq Musiqi Festivalında yenidən görüşəcəyik...

 

Azərbaycan  2018.- 8 avqust.- S.6.