Milli park daha da gözəlləşəcək

 

Buna yeni imzalanmışDənizkənarı Bulvar İdarəsinin Nizamnaməsiimkan verəcək

 

Bakı bulvarının qorunması, inkişafı təbliği istiqamətində bütün zəruri addımlar atılır. Bu məqsədlə dövlət başçısı tərəfindən fərman imzalanmış, Dənizkənarı Bulvar İdarəsinin idarə edilməsini asanlaşdıran, onun gələcək inkişafını təmin edən Azərbaycan mədəniyyətinin şah əsəri kimi təbliğini dəstəkləyən, perspektiv məqamları nəzərə alan nizamnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətini təmin etmək məqsədilə imzaladığı sənəddəDənizkənarı Bulvar İdarəsinin Nizamnaməsitəsdiqlənmiş, təxminən

69 milyon manat ətrafında nizamnamə fondunun miqdarı müəyyən edilmişdir. Sənəddə toxunulan ən vacib məqamlardan biri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Bulvar İdarəsi ilə qarşılıqlı əməkdaşlığına aiddir. Bu təşkilata Bulvar İdarəsi ilə razılaşdırılmaqla, Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyasının müvafiq yenidənqurma (rekonstruksiya) proqramının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdır.

Bundan başqa, digər qurumlara Bakı bulvarının fəaliyyətinin tənzimlənməsi düzgün qurulması məqsədilə müvafiq tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli fərmanında Dənizkənarı Bulvar İdarəsinin Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi idarə edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs olduğu göstərilir onun fəaliyyətinin məqsədləri istiqamətləri təyin edilir. Təşkilatın fəaliyyətinin məqsədi Bakı şəhərində yerləşən Milli Parkın, Dövlət Bayrağı meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin perspektiv inkişafının təmin edilməsidir. Bu təşkilatın fəaliyyət istiqamətləri isə milli parkın, Dövlət Bayrağı meydanının, Dövlət Bayrağı Muzeyinin inkişafını, vahid dövlət siyasətinin formalaşmasında iştirakını bu siyasətin həyata keçirilməsini təmin etmək, proqnozlaşdırma planlaşdırma işlərini təşkil etməkdir.

Bakı bulvarı Azərbaycan mədəniyyəti tarixinin şah əsəri kimi xüsusi qayğı diqqət tələb edən məkana çevrilmiş, dünyanı valeh edən unikal memarlıq abidəsi kimi möhtəşəm ümumbəşəri məzmuna sahib olmuşdur. Məhz bu baxımdan onu Azərbaycan dövlətçiliyi tarixinin ən nadir, bənzərsiz mədəniyyət abidəsi kimi Azərbaycan Prezidentinin şəxsi himayəsinə götürməsi təqdirəlayiqdir.

Bu gün Dənizkənarı Milli Park nəinki Bakının, hətta bütün Azərbaycanın pasportu, simasıdır. Ona görə ki, istənilən əcnəbi Azərbaycan deyəndə Bakı bulvarını, onun bənzərsiz gözəlliyini, unikallığını düşünür. Bakıya aludə olan, ondan yana darıxan, ona can atan insanların sayı artıq minlərlə yox, on, yüz minlərlə ölçülür.

Bulvar İdarəsinin nizamnaməsində yeni yaradılmış qurumun səlahiyyətləri genişləndirilmiş, onun hüquq vəzifələrinə milli parka aid olan proqram inkişaf konsepsiyalarını hazırlamaq həyata keçirmək, milli park ərazisinə nəzarət, burada yerləşən xüsusi ekoloji, tarixi, estetik əhəmiyyət daşıyan təbiət mədəniyyət obyektlərindən, xüsusi əhəmiyyətli obyektlərdən istifadə rejimini təmin etmək aid edilmişdir. Həmçinin Bakı bulvarının tam qorunması, istifadə qaydalarının, mühafizə rejiminin pozulmasının qarşısının alınması təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinin vacibliyi sənəddə əksini tapır.

Bundan sonra milli park ərazisində yarmarkaların, sərgilərin, konsert proqramlarının, şənliklərin, festivalların, bayram tədbirlərinin, yürüşlərin, müsabiqələrin digər mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi bir mərkəzdən - Bakı Bulvar İdarəsi tərəfindən həyata keçiriləcək. Beləliklə, Bakı bulvarı Azərbaycan mədəniyyətinin bütün çalarlarını vəsf edən möhtəşəm təbliğat platformasına çevriləcək. Burada keçirilən bayramlar, konsertlər, çox güman ki, minlərlə əcnəbi turistin Bakıdan apardığı ən gözəl xatirələr olacaq.

Sənəddə göstərilir ki, bundan sonra Bakı şəhərindəki Dövlət Bayrağı meydanının ərazisində yerləşən Azərbaycan Respublikasının dövlət bayrağı və onun dirəyinə texniki xidməti, onların saxlanılması və mühafizəsinin təşkili istiqamətində dövlət sifarişini Bakı Bulvar İdarəsi həyata keçirəcək, Azərbaycan Respublikasının dövlət rəmzlərini və dövlətçilik tarixini əhali arasında geniş təbliğ etmək məqsədilə Dövlət Bayrağı Muzeyinin fəaliyyətini təşkil edəcək və ona nəzarəti həyata keçirəcək.

Eyni zamanda bu qurum milli park ərazisində yerləşən təbiət və mədəniyyət obyektlərinin, eləcə də Dövlət Bayrağı meydanının elmi, mədəni və tarixi əhəmiyyətini əhali və ölkəmizə gələn qonaqlar arasında geniş təbliğ etmək məqsədilə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, elmi-kütləvi ədəbiyyatın nəşrini, beynəlxalq və milli simpoziumların və seminarların keçirilməsini təmin edəcək.

Milli park ərazisində turizmi inkişaf etdirmək, turist marşrutlarını müəyyən etmək və bununla bağlı infrastruktur yaratmaq, turizm xidmətləri və ictimai-sosial xidmətlər göstərmək, Dövlət Bayrağı meydanının, milli parkın gözəlliyini və tarixini əks etdirən təbliğat materiallarının (kitablar, jurnallar, bukletlər, bülletenlər, şəkillər və s.) çapını, yayımını təşkil etmək də Bakı Bulvar İdarəsinin səlahiyyətləri çərçivəsindədir.

Dövlət başçısının imzaladığı fərmanda Bulvar İdarəsinə geniş hüquqlar verilmişdir. Bura beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsi, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyət göstərmək, investisiyalar cəlb etmək aiddir. Həmçinin Bulvar İdarəsinin balansında olan əmlakı icarəyə vermək, müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək və s. aiddir.

Bir sözlə, Bakı Bulvar İdarəsinin Nizamnaməsi müasir dövrün tələbləri ilə tam uzlaşır və onun ən mütərəqqi və müasir üsullarla idarə olunmasına geniş imkanlar yaradır.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan 2018.- 8 avqust.- S.4.