Azərbaycan
iqtisadiyyatının yeni yüksəliş
mərhələsi başlayır
Beynəlxalq reytinq agentliklərinin hesabatlarına əsasən, gələn il ölkə iqtisadiyyatı 3 faiz artacaq, sosial və siyasi sabitlik davam edəcək
Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1,5 faiz artacaq. 2019-cu ildə isə bu rəqəmin 3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Bu məlumat dünyanın
tanınmış “Moody's” agentliyinin
son hesabatında yer alıb. Sənəddə bildirilir ki,
2017-ci ildə neftin qiyməti orta hesabla 54 dollar səviyyəsində
olub. 2016-cı ildə bu rəqəm
44 dollar təşkil edib.
Milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının tədricən
bərpa olunmasına gətirib çıxarıb.
Proqnozlarımıza görə, bu il Azərbaycanda
ümumi daxili məhsulun artımı 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcək.
Bu, neft məhsullarının
qiymətinin yüksəlməsi
və Azərbaycan məhsullarının ixracının
artması ilə bağlıdır.
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
Son iki ildə Azərbaycanda həyata keçirilən yeni islahatların əsas istiqamətləri iqtisadiyyatın
şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək,
qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək və ixrac imkanlarını genişləndirməkdir.
Agentliyin hesabatından da bəlli olur ki, son illərdə dünya bazarlarına çıxan Azərbaycan
məhsullarına tələbat
artır. “Made in Azerbaijan” brendinin
coğrafiyası artıq
genişlənir. Məhsullarımız bir çox ölkədə ticarət
evlərində satışa
çıxarılır.
Prezident
İlham Əliyevin “Qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması
ilə bağlı əlavə tədbirlər
haqqında” 18 yanvar
2016-cı il tarixli sərəncamı,
“Qeyri-neft məhsullarının
ixracının təşviqi
ilə bağlı əlavə tədbirlər
haqqında” 1 mart 2016-cı il tarixli fərmanı
və digər hüquqi sənədlər
göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında artıq yeni mərhələ başlanıb.
Məhz
bunun nəticəsidir
ki, 2018-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar təşkil edib. İlin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında
pomidor (140 milyon dollar)
liderliyini qoruyub.
Bu siyahıda qızıl
(sikkə kəsilməsində
istifadə olunmayan, digər emal olunmamış formalarda -
60,7 milyon dollar) ikinci və elektrik enerjisi (54,6 milyon dollar) üçüncü
olub.
2017-ci ilin yanvar ayından
2018-ci il iyunun 30-dək
“Azexport.az” portalına dünyanın
96 ölkəsindən daxil
olan ixrac sifarişlərinin dəyəri
759,4 milyon dollar təşkil edib. Qeyri-neft ixracının artırılması
məqsədilə göstərilən
dövlət dəstəyi
tədbirləri də
bu müddətdə davam etdirilib. İndiyədək 15 ixrac missiyası
təşkil edilib.
Beynəlxalq sərgilərdə ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı
imzalanıb.
Növbəti 4 ildə Azərbaycanın
qaz ixracı artacaq
Xatırladaq ki, ötən həftə “Standard & Poor's” reytinq
agentliyi də yeni hesabatını açıqlamışdı. Həmin hesabatda
da göstərilirdi ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən
2021-ci ilə qədər
olan dövr ərzində orta hesabla 3 faiz artacaq.
Sənəddə 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul (ÜDM) istehsalının
artımının 3,5
faiz səviyyəsində
olacağı proqnozlaşdırılıb.
Gələn il üçün ÜDM-in 3,5
faiz artacağı göstərilib. Azərbaycan
iqtisadiyyatına yatırılan
investisiyaların həcminin
bu il 3,5,
2019-cu ildə 2,5 faiz artacağı proqnozlaşdırılmışdi.
Reytinq agentliyi
Azərbaycanın uzunmüddətli
və qısamüddətli
suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV+/V” səviyyəsində
təsdiq edib. Reytinqlər üzrə
proqnoz müsbət qeyd edilib.
Agentlik həmçinin hesabatında
qeyd edib ki, Azərbaycan qazının Türkiyə
və Avropaya tədarükünü nəzərdə
tutan “Şahdəniz” qaz kondensat yatağının
hazırlanmasının ikinci
mərhələsi iyulun
əvvəlində tamamlanıb.
Bu, öncədən planlaşdırılmış qrafikə uyğun olub.
Hesabatda qeyd edilir ki,
növbəti 4 ildə
qaz ixracı tədricən artacaq. Belə ki,
layihə tam miqyası
ilə işə düşəcək və
bu, daha geniş iqtisadi fəallığı özündə
ehtiva edir.
Geniş
sosial və siyasi sabitliyin davamı
“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi isə Azərbaycandakı
sosial və siyasi sabitliklə bağlı maraqlı proqnoz açıqlayıb. Proqnoza əsasən,
Azərbaycanda mövcud
olan geniş sosial və siyasi sabitlik davam edəcək.
Agentlik proqnozlaşdırır ki,
Azərbaycan iqtisadiyyatı
bu il
2 faiz artacaq. Bu, neftin yüksək
qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və
turizmin inkişafı
hesabına olacaq.
Agentlik analitiklərinin
məlumatına görə,
Azərbaycanda makroiqtisadi
sabitlik inflyasiyanın
3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi agentlik
manatın sabit məzənnəsini qeyd edib.
Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı
qeyd edilir. Depozitlər
üzrə dollarlaşmanın
səviyyəsi 67 faizdən
63 faizə, kreditlər
üzrə isə dollarlaşmanın səviyyəsi
41 faizdən 39 faizə
düşüb.
Daha sonra hesabatda qeyd edilir ki,
neftin yüksək qiymətləri, “Cənub
qaz dəhlizi” layihəsinin reallaşması
və “Şahdəniz”
qaz-kondensat yatağının
hazırlanmasının ikinci
mərhələsi çərçivəsində
hasil edilən karbohidrogen ehtiyatlarının
ixracatının artmasına
təkan verəcək.
Daxili balansın profisitinin artımı Dövlət
Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək.
Ölkəmiz MDB üzrə əməkhaqqının
səviyyəsinə görə
ilk beşlikdədir
Ötən həftə həmçinin
Rusiyanın Milli Araşdırma Universitetinin
Sosial Siyasət Tədqiqatları İnstitutu
MDB ölkələri arasında
əməkhaqqı reytinqini
açıqlamışdı.
Reytinqin
nəticələrinə əsasən,
2017-ci ildə əməkhaqqı
səviyyəsi Tacikistanda
137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu,
MDB və keçmiş
sovet ölkələri
arasında orta aylıq əməkhaqqı
səviyyəsinə görə
ən aşağı
göstəricidir.
Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9
dollar təşkil edir.
İkinci yerdə
459,1 dollarla Qazaxıstan,
üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə
308,4 dollar əməkhaqqı ilə Moldova, 5-ci yerdə
306,7 dollarla Azərbaycan,
6-cı yerdə isə
272,9 dollarla Ukrayna qərarlaşıb.
Beynəlxalq birliyin Azərbaycandakı
iqtisadi islahatlara verdiyi qiymət
Rusiyanın AKRA reytinq agentliyinin
bu il
açıqladığı hesabatda da maraqlı
faktlar mövcuddur. Belə ki, sənəddə
bu il Azərbaycan
iqtisadiyyatının 1,5
faiz, 2022-ci ildə isə ÜDM-in 3,2 faizədək
artacağını proqnozlaşdırır.
Agentlik qeyd edir ki,
2016-cı ildə iqtisadiyyatın
resessiyasından və
2017-ci ildə 0,1 faiz nominal artımdan sonra Azərbaycan iqtisadiyyatı 2017-2018-ci illərdə
xaricdə mütərəqqi
bərpa nümayiş
etdirib. Hesabatda bildirilir ki,
2018-ci ilin ikinci yarısında ölkə
sənayesinin xammal hissəsində də canlanma müşahidə olunacaq.
Sənəddə o da qeyd edilir ki, Azərbaycan
qazının TANAP boru
kəməri ilə Türkiyə, daha sonra Avropaya tədarükünü nəzərdə
tutan “Cənub qaz dəhlizi” sisteminin nəql gücünün istismara verilməsi Azərbaycanın
tədiyə balansını
yaxşılaşdırmağa, iqtisadiyyatın xammal hissəsinin artım göstəricisini möhkəmləndirməyə
imkan verəcək.
Bütün bunlar bir daha
təsdiqləyir ki, Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçib. Altı
ay ərzində ümumi
daxili məhsulun 1,3, kənd təsərrüfatının
7,6, qeyri-neft sektorunun
2, eləcə də qeyri-neft sənayesində
8,8 faiz artımın qeydə alınması onu göstərir ki, bu sahəyə
qoyulan investisiyalar, sahibkarlara göstərilən
dəstək artıq
öz bəhrəsini
verməkdədir.
Bir sözlə, Azərbaycanın
mövqeyinin dünyanın
ən mötəbər
reytinq təşkilatlarının
hesabatlarında irəliləməsi
bilavasitə Prezident
İlham Əliyev tərəfindən
aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq
ictimaiyyət tərəfindən
verilən yüksək
qiymətdir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 10 avqust.- S.3.