Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd
etməyiniz münasibətilə
Sizə və Azərbaycan xalqına bütün kanadalılar adından ən xoş arzularımı çatdırıram.
Kanada Azərbaycanla
əlaqələrinə böyük
dəyər verir. Beynəlxalq sabitlik
və ikitərəfli
iqtisadi əlaqələr
kimi qarşılıqlı
maraq doğuran məsələlərdə əməkdaşlığımız
investisiya, ticarət və inkişafla əlaqədar mövcud olan bir çox
imkanlar vasitəsilə
gücləndirilmişdir.
Kanada Əfqanıstanda NATO-nun rəhbərlik
etdiyi Qətiyyətli
Dəstək Missiyasında
Azərbaycanın sülhməramlı
fəaliyyətə töhfəsini
və 2017-ci ilin dekabr ayında Bakı şəhərində
“Asiyanın Ürəyi
– İstanbul Prosesi” konfransına ev
sahibliyi etməsini alqışlayır. Bu ikitərəfli mübadilələr
ölkələrimizin inkişafını
və rifahını təmin edəcəkdir.
Respublika
Günü münasibətilə
təbriklərimi, Sizin və vətəndaşlarınızın firavan gələcəyi naminə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə,
Devid Conston
Kanadanın General-Qubernatoru
Azərbaycan.- 2018.- 11 avqust.- S.4.