Azərbaycan parlamentinin sədri və Tacikistan Prezidenti birgə işçi nahar ediblər
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə
olan Tacikistan Respublikasının Prezidenti
Emoməli Rəhmon avqustun 10-da birgə işçi nahar ediblər.
AZƏRTAC xəbər verir ki, söhbət
zamanı Azərbaycan
ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək
səviyyədə olduğu
bildirildi, əlaqələrimizin,
o cümlədən parlamentlərarası
əməkdaşlığın inkişaf perspektivlərinə
dair fikir mübadiləsi aparıldı.
Tacikistan Prezidentinin Azərbaycana bu səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə
öz töhfəsini verəcəyi
vurğulandı. Səfər çərçivəsində
keçirilən səmərəli görüşlərin, imzalanan sənədlərin əhəmiyyəti
qeyd edildi.
Azərbaycan.- 2018.- 11 avqust.- S.4.