Tacikistan Prezidentinə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının
Prezidenti Emoməli Rəhmona avqustun 11-də
ADA Universitetinin fəxri
doktoru diplomu təqdim edilib.
AzEdu.az xəbər verir ki, ADA Universitetinə gələn Tacikistan Prezidenti Emoməli Rəhmon təhsil ocağı ilə tanış oldu. Ali qonağa
məlumat verildi ki, burada təhsil
üçün yüksək
şərait yaradılıb.
ADA Azərbaycan Diplomatik
Akademiyası adı altında 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində qurulan ali
təhsil müəssisəsidir.
Prezident İlham Əliyevin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə Xarici İşlər Nazirliyinin
Diplomatik Akademiyasının
və İnformasiya Texnologiyaları Universitetinin
əsasında ADA Universiteti
yaradılıb. Universitetin yaradılmasında
əsas məqsəd diplomatiya, ictimai münasibətlər, biznes,
informasiya texnologiyaları
və sistem mühəndisliyi üzrə
qlobal liderlər hazırlamaqdır.
Təhsil müəssisəsində yaradılan
şəraiti yüksək
qiymətləndirən Tacikistan
Prezidenti universitetin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sonra Prezident
Emoməli Rəhmonla universitetdə görüş
keçirildi.
ADA Universitetinin rektoru,
xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev Tacikistan Respublikasının
Prezidenti Emoməli Rəhmonun tədbirdə məruzə ilə çıxış edəcəyini
vurğulayaraq, bunun yüksək dəyərləndirildiyini
bildirdi. SSRİ-nin dağılmasından sonra
bir çox ölkələr kimi Tacikistanın da iqtisadi və siyasi baxımdan qeyri-sabit şəraitdə
dövlət qurmalı
olduğunu deyən rektor bildirib ki, Emoməli Rəhmonun rəhbərliyi
ilə Tacikistan ötən əsrin
90-cı illərinin vətəndaş
müharibəsinin fəsadlarını
aradan qaldırmağa,
sülh quruculuğuna,
iqtisadi inkişaf üçün şəraitin
yaradılmasına nail oldu.
“Tacikistan və Azərbaycan qarşılıqlı
səmərəli münasibətləri
inkişaf etdirən
dost ölkələrdir”, - deyən Hafiz Paşayev dövlətlərimiz arasında
etibarlı siyasi dialoqun qurulduğunu, biznes münasibətlərinin
möhkəmləndiyini, humanitar
və sosial sahələrdə əlaqələrin
inkişaf etdiyini diqqətə çatdırdı.
Rektor bildirdi ki, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa
ADA-nın da kiçik töhfəsi
var. Belə ki, bu il
ADA Universiteti ilə Tacikistanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq
memorandumu imzalanıb və Tacikistanın ilk tələbəsi universitetin
magistr proqramında təhsil üçün
təqaüd alıb.
Azərbaycan-Tacikistan münasibətlərinin regional əməkdaşlığa da
sanballı töhfələr
verdiyini diqqətə
çatdıran Hafiz Paşayev
beynəlxalq arenada ölkələrimizin mövqeyinin
üst-üstə düşdüyünü
qeyd etdi. Bildirdi ki,
biz Tacikistanın Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı mövqeyini və Azərbaycanın ərazi
bütövlüyünün bərpasına Tacikistanın
dəstəyini çox
yüksək qiymətləndiririk.
Azərbaycan və Tacikistan
prezidentlərinin etimada
və dostluğa əsaslanan münasibətləri
ölkələrimiz və
xalqlarımız arasında
əlaqələrin gələcəkdə
də uğurla inkişafına əminlik
yaradır. Hafiz Paşayev onu da qeyd etdi
ki, Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri və imzalanan mühüm sənədlər
iqtisadiyyat və nəqliyyat sahələri
ilə bağlı konkret layihələrin həyata keçirilməsinə
təkan verəcək.
Sonra Mərkəzi
Asiyada sülhün və sabitliyin möhkəmlənməsinə, həmçinin Azərbaycan
və Tacikistan respublikaları arasında
qarşılıqlı əməkdaşlığa
şəxsi töhfəsinə
görə ADA Universitetinin
elmi şurasının
qərarı ilə Emoməli Rəhmona ADA-nın fəxri doktor diplomu təqdim edildi.
Tacikistan
Prezidenti Emoməli Rəhmon ADA Universitetinin elmi şurasına bu etimada görə
təşəkkür etdi,
ali təhsil
müəssisəsinin beynəlxalq
münasibətlər sahəsində
yüksəkixtisaslı kadrlar
hazırladığını xüsusi vurğuladı.
Daha sonra Prezident Emoməli Rəhmon müstəqilliyin
ilk illərində Tacikistanın
keçdiyi çətin
dövrdən geniş
söhbət açdı,
sülh quruculuğu prosesində ölkənin
təcrübəsini bölüşdü. Ötən
əsrin 90-cı illərinin
əvvəlində ölkədə
iqtisadi vəziyyətin
çox ağır olduğunu, müxtəlif
istiqamətlərdə siyasi
qüvvələr arasında
mübarizənin getdiyini
qeyd edən ali qonaq
sülh quruculuğu prosesində xalqın əsas təkanverici qüvvə olduğunu söylədi. Prezident qeyd etdi ki, bu gün
dünya birliyi terrorizm, ekstremizm, transmilli mütəşəkkil
cinayətkarlıq kimi
qlobal çağırışlarla
üzləşib və
Tacikistan təhlükəsizliyə
təhdid yaradan amillərlə mübarizə
aparan bütün dövlətlərlə müttəfiqdir.
Tacikistanla qonşu olan Əfqanıstanda sülhün bərpasının
hələ də nəticə vermədiyini
təəssüflə qeyd
edən Emoməli Rəhmon vurğuladı ki, milli təhlükəsizliyin,
ərazi bütövlüyünün
təmini bütün
ölkələr kimi
Tacikistanın da siyasətinin əsas prioritetləridir.
Ali qonaq, həmçinin Tacikistan iqtisadiyyatının
hazırkı vəziyyəti
haqqında məlumat verdi, bu
gün ölkədə
vahid energetika sisteminin yaradıldığını,
respublikanın nəqliyyat-kommunikasiya
dalanından çıxarıldığını,
ərzaq təhlükəsizliyi
sahəsində mühüm
işlərin görüldüyünü
söylədi.
Tacikistan Prezidenti bu gün
ölkəsinin Azərbaycanla
demək olar ki, bütün istiqamətlər üzrə
sıx əməkdaşlıq
etdiyini, beynəlxalq arenada fəaliyyətin əlaqələndirildiyini bildirdi.
Prezident Emoməli Rəhmon ADA Universitetinə xatirə hədiyyəsi təqdim etdi.
Rektor
Hafiz Paşayev də Tacikistan Prezidentinə ADA Universitetinin medalını
və S.Frederik Starın universitetin dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunmuş
və nəşr edilmiş “İtirilmiş
maarif: Mərkəzi Asiyanın Qızıl Dövrü ərəb istilasından Teymurləngədək”
kitabını hədiyyə
etdi.
Tacikistan Prezidenti
ADA Universitetində yüksək təhsil şəraitinin
yaradıldığını vurğulayaraq,
gələcəkdə burada tacik tələbələrin təhsil
almalarını arzuladı.
Azərbaycan.- 2018.- 12 avqust.- S.3.