Aktauda Xəzəryanı dövlətlərin
başçıları Xəzər dənizinin hüquqi statusu haqqında
Konvensiyanı imzalayıblar
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.
Bundan əlavə, Xəzəryanı dövlətlərin
müvafiq qurumlarının rəhbərləri
tərəfindən bu Konvensiyadan
irəli gələn digər mühüm
sənədlər - Xəzər dənizində mütəşəkkil
cinayətkarlığa qarşı mübarizə sahəsində
əməkdaşlıq haqqında Protokol, Xəzəryanı
dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq
haqqında Saziş, Xəzəryanı
dövlətlərin hökumətləri arasında nəqliyyat
sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin
qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin
əməkdaşlığı və
qarşılıqlı əlaqələri haqqında Protokol imzalandı.
Azərbaycan.- 2018.- 14 avqust.- S.2.