Aktauda Azərbaycan Prezidenti
İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü
olub
Avqustun 12-də Aktauda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV görüşdə çıxış edərək dedi:
-Sizin Aktauya gəlişinizlə bağlı sevincimizi bildiririk. İndi dəniz vasitəsilə biz çox yaxın olduq.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkəsində nəqliyyat sahəsində görülən işlərdən danışaraq Kurık və Lyanyunqan limanlarının açıldığını bildirdi, Asiyadan Avropaya yüklərin tranziti ilə bağlı Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq bildirdi:
-Bugünkü görüş və nəhayət, bu Konvensiyanın imzalanması çox mühüm hadisədir. Xatırlayıram ki, Heydər Əliyev bunun üzərində çox güclü işləyib. Mən demişəm. Mən düşünürəm ki, indi o, bizim nəhayət, bu Konvensiyanı imzalamağımıza, bu çox mühüm məsələni həll etdiyimizə görə çox şad olardı. Mən Sizə böyük uğurlar arzulayıram.
x x x
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Çox sağ
olun hörmətli Nursultan Abişoviç. Qardaş Qazaxıstan torpağında
yenidən olmağımdan
çox şadam.
Mən birinci dəfə deyil ki, Aktaudayam
və ilk növbədə,
Sizi böyük nailiyyətlər, dəyişikliklər
münasibətilə təbrik
etmək istərdim.
Şəhər dəyişib, müasirdir,
xeyli müasir binalar var, infrastruktur,
aeroport. Belə ki,
bu, Qazaxıstanın və Qazaxıstan regionlarının dinamik inkişafının göstəricisidir.
Əlbəttə ki, bu region həm coğrafi, həm tarixi, həm də Sizin
burada həyata keçirdiyiniz infrastruktur
layihələri baxımından
bizim üçün
çox yaxındır.
Kurık
limanının açılışı
münasibətilə təbriklərimi
çatdırıram. Əlbəttə ki, bunlar bizə daha sıx inteqrasiya etməyə imkan yaradacaq. Siz bilirsiniz ki, biz may ayında Ələt limanını açdıq.
Yəni,
bütöv nəqliyyat
inteqrasiyası baş
verib. Əlbəttə ki, bir-birimizin
tranzit imkanlarından istifadə iqtisadi və siyasi nöqteyi-nəzərdən çox
səmərəli olacaq.
Xəzər çox mühüm
nəqliyyat arteriyasına
çevrilib və əlbəttə ki, bu gün Konvensiyanın
imzalanması tarixi xarakterli sənəddir.
Bir çox mürəkkəb məsələlər
üzrə konsensusun əldə edilməsində
Sizin rolunuzu xüsusi qeyd etmək istərdim.
Əlbəttə ki, Xəzərin bundan sonra da
regionda sabitləşdirici rol
oynaması üçün biz Konvensiyanın bütün
müddəalarının yerinə yetirilməsinə səy
göstərəcəyik. Bizim ikitərəfli
münasibətlərimizə gəlincə, onlar
çox dinamik inkişaf edir. Biz Sizin ötənilki səfərinizi
xatırlayırıq. Nəticələr yaxşıdır,
fəal əməkdaşlığın davam
etdirilməsinə ümid edirik.
Azərbaycan.- 2018.- 14 avqust.- S.3.