Füzuli rayonunun
Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralını
Əhmədalılar, Kərimbəyli, Aşağı
Yağlıvənd, Araz Zərgər kəndləri
ilə birləşdirən avtomobil
yollarının tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon (dörd milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 avqust 2018-ci il
Azərbaycan.- 2018.- 15 avqust.- S.1.