Ukraynalı deputat: Konvensiyanın imzalanması Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır

 

 

Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması sözsüz ki, çox əhəmiyyətli hadisədir və Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır.

 

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa söyləyib.

Deputat bildirib ki, bu Konvensiya Xəzəryanı ölkələrin Xəzər dənizində birgə layihələr həyata keçirmələri üçün yeni imkanlar açacaq.

Bununla da Xəzəryanı ölkələr öz milli maraqları ilə yanaşı, təhlükəsizliklərini də təmin edə bilərlər”,- deyə Oleq Medunitsa vurğulayıb.

 

Azərbaycan.- 2018.- 15 avqust.- S.3.