İsmayıllı sakinləri yeni uğurlara imza atırlar
İsmayıllı davamlı inkişafı ilə seçilən bölgələrimizdəndir. Dövlətə və dövlətçilik ənənələrinə həmişə hörmətlə yanaşılan bu məkanda davamlı olaraq yüksək nailiyyətlərə imza atılır. Prezident İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqları 2018-ci ilin əvvəlindən də rayonda uğurla həyata keçirilir. Rayonun iqtisadi potensialını gücləndirmək, tikinti, abadlıq-quruculuq işlərini aparmaq, yeni layihələrin icrasını təmin etmək, işsizliyi azaltmaq və qarşıya qoyulmuş digər vəzifələrin icrası üçün tədbirlər davamlı xarakter alıb.
Rayonda ilin əvvəlindən bu günədək ümumi məhsul istehsalı faktiki qiymətlərlə 98 milyon manatdan çox olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 542 min manat çoxdur. Kənd təsərrüfatında, sənayedə, tikinti-quraşdırma işlərində, nəqliyyatda, informasiya və rabitədə, ticarətdə artım əldə olunub.
Əsas kapitala investisiya qoyuluşu isə 38 milyon 375 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 186 faiz çoxdur.
Məşğulluq olan yerdə inkişaf da var
İsmayıllıda əhalinin məşğulluq
probleminə olduqca həssas yanaşılır. Belə
ki, ilin əvvəlindən rayonda
645 iş yeri açılıb. Bunun da 529-u daimi iş yerləridir. Daimi iş yerlərinin
bir hissəsi yeni yaradılan, digəri mövcud, fəaliyyəti bərpa olunmuş müəssisə
və təşkilatlarda
açılıb. Qalan hissəsi
isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yaradılıb.
Birinci yarım il
ərzində rayon məşğulluq
mərkəzinə müraciət
etmiş 930 nəfər
vətəndaşdan 876 nəfəri
iş axtaran kimi rəsmi qeydiyyata alınıb. Aktiv məşğulluq tədbirlərinin
uğurla davam etdirilməsi nəticəsində
rayon məşğulluq mərkəzi
tərəfindən 2018-ci ilin
birinci yarısında
428 nəfər işlə
təmin edilib.
İş axtaran və işsiz vətəndaşların
müvəqqəti məşğulluğu
da vacib istiqamət kimi seçilib. Rayon ərazisində
təmir-abadlıq işlərinin
görülməsi məqsədilə
kommunal müəssisələri
kombinatında 260 nəfər,
çoxmənzilli binaların
təmiri işləri
ilə əlaqədar
“İnşaatçı-86” MMC-də 45 nəfər vətəndaş
işlə təmin olunub. Peşə seçiminə kömək
məqsədilə 766 nəfər
gənc peşəyönümü
məsləhətlərinə cəlb olunub.
Abadlaşan, yeniləşən məkan
Rayonda yeni layihələr əsasında
yaşayış evləri
və digər sosial obyektlər tikilib. Prezident İlham Əliyevin
müvafiq sərəncamları
ilə Şamaxı rayonunun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun
Lahıc qəsəbəsini
birləşdirən Dəmirçi-Lahıc
yolunun və Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun tikintisinə başlanılıb.
Lahıc
qəsəbə tam orta
məktəbinin tikintisi
davam etdirilir, İsmayıllı şəhər
ərazisində küçələrə
asfalt örtük vurulur və ictimai yaşayış binalarında təmir işləri görülür.
Hər il olduğu
kimi, bu il də İsmayıllı
şəhərinin baş
planına uyğun olaraq abadlıq işləri aparılacaq küçələr müəyyən
edilib. Dövlət vəsaiti hesabına,
eləcə də sahibkarların müraciəti
əsasında rayon ərazisində
görüləcək tikinti
işlərinin siyahısı
hazırlanıb.
Cümhuriyyətin 100 illiyi ilə bağlı şəhərin
28 May küçəsində də abadlıq işləri aparılıb. Belə ki,
küçənin genişləndirilməsi
istiqamətində tədbilər
həyata keçirilməklə
yolun hərəkət
hissəsinə asfalt örtük vurulub. Yolun 1 saylı məktəbə
yaxın hissəsində
avtomobillərin park edilməsi
məqsədilə dayanacaq
yaradılıb. Həmçinin yol genişləndirilib, küçədə yağış
sularının axıdılması
üçün arxlar
yaradılıb, qaz və digər kommunikasiya xətlərinin
yeri dəyişdirilib.
Şəhərin digər
asfalt vurulacaq bir prospekt və
8 küçəsinə - H.Əliyev prospekti, K.Məmmədov, İstiqlal,
Nuru Paşa, Babadağ, Fizuli, V.Əliyarov, Natəvan və Abdulla Şaiq küçələrinə asfalt
vurulması üçün
hazırlıq işləri
vaxtında başa çatdırılıb. Bir neçəsinin
asfalt örtüyü
artıq vurulub. Qalan işlərin də yaxın zamanlarda yekunlaşdırılması nəzərdə
tutulub.
Sərmayə qoyuluşu artırılır
İsmayıllı şəhərinin H.Əliyev
prospektində beşmərtəbəli
4 ulduzlu hotelin, M.F.Axundov küçəsində
7 mərtəbəli iki
yaşayış binasının
tikintisi davam etdirilir. Tircan kəndi yaxınlığında
Bədo istirahət, müalicə və sanatoriya kompleksində yeni restoran və
tibb korpusunun tikintisinə başlanılıb.
110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyanın
tikintisi başa çatdırılıb.
Rayonun Kürdmaşı
kəndində “Buta qrup” şirkəti tərəfindən aqroparkın
tikintisi davam etdirilir. Cari ilin məhsulu
üçün burada
75 hektar sahədə buğda, 105 hektar sahədə kartof, 70 hektar sahədə qarğıdalı əkilib.
Əkilən sahələrin
suvarılması məqsədilə
100 hektar sahədə
pivot suvarma sistemi quraşdırılıb.
2018-ci ilin yazında
Talıstan, Cülyan və Diyallı kəndlərində 200 hektar
sahədə intensiv becərmə texnologiyası
və sənaye üsulu ilə yüksək rekroduksiyalı
toxumla kartof əkini aparılıb. 2018-ci ilin yaz mövsümündə
Qubaxəlilli kəndi
ərazisində “ASPİLAND” MMC tərəfindən 10 hektar
sahədə badam və 30 hektar sahədə qoz bağı salınıb.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun
olaraq rayonda 2018-ci ilin yazında 500 hektar sahədə yeni fındıq bağlarının əkilməsi
təmin edilib.
“Azza-aqro” şirkəti 15
may 2018-ci il tarixində “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan 99 baş “Holştin-friz” cinsli düyələr gətirilib. Sentyabr-oktyabr aylarında isə
daha 200 baş qaramalın gətirilməsi
nəzərdə tutulur.
Məmur-vətəndaş münasibəti
məmnunluq doğurur
İsmayıllıda vətəndaşların müraciətlərinə
də olduqca həssas yanaşılır. İlin əvvəlindən
indiyədək rayon icra
hakimiyyətinə 800-ə yaxın vətəndaş
müraciəti daxil olub. O cümlədən,
Prezident Administrasiyasından
222, digər yuxarı
orqanlardan isə 41 vətəndaş müraciəti
baxılmaq üçün
RİH-ə göndərilib. Birbaşa
RİH-ə daxil olan müraciətlər 2018-ci ildə
507 ədəd olub.
2018-ci ildə daxil olmuş vətəndaş müraciətlərinin
6-sına Prezident Administrasiyasının,
8-inə rayon icra hakimiyyəti
başçısının nəzarəti qaydasında
baxılıb.
Vətəndaşlar daha çox sosial müdafiə, mənzil, torpaq, enerji daşıyıcıları
və su təchizatı məsələləri
ilə bağlı müraciətlər ediblər. Eyni zamanda, şəhər,
rayon İH-in və bələdiyyələrin
fəaliyyəti, şəhərsalma
və tikinti, nəqliyyat, qəbul, səhiyyə, elm və təhsil məsələləri,
təbii fəlakət
hadisələri və
fövqəladə hallar,
təhlükəsizlik və
hüquq-mühafizə orqanlarının
fəaliyyəti ilə
bağlı məsələlər,
kənd təsərrüfatı
digər mövzularla bağlı müraciətlərə
baxılıb.
RİH başçısı aparatında fəaliyyət
göstərən 164 nömrəli
qaynar xəttə
2018-ci ilin 6 ayında
134 vətəndaş müraciəti
daxil olub. Müraciətlər əsasən işıq, qaz, su təchizatı
və kanalizasiya, rabitə, qalanı isə digər məsələlərlə bağlı
olub.
109 nəfər vətəndaşın
ərizəsi rayon icra
hakimiyyətinin başçısı
tərəfindən yaradılmış
“Aztəminatlı ailələrə,
pensiyaçılara, təbii
fəlakət, yanğın
və digər səbəbdən ziyan çəkən vətəndaşlara
maddi yardım, əlavə güzəştlər
və müavinətlərin
təyin edilməsi üçün komissiya”da
müzakirə olunmuş
və ehtiyacı olanlara 19 min 840 manat yardım göstərilib.
413 nəfər vətəndaş
RİH başçısı tərəfindən qəbul
edilib. Bundan başqa, yerlərdə
34 səyyar görüş-qəbul
keçirilib və
2485 nəfər iştirak
edib. Həm aparatda, həm
də səyyar qəbullarda edilən bütün müraciətlər
diqqətlə araşdırılıb
və onların həlli istiqamətində
müvafiq tədbirlər
görülüb.
Həmişə olduğu kimi, bu il də rayon icra hakimiyyətinə daxil olan bütün müraciətlər diqqətlə
araşdırılıb, şikayətlərin
yaranma səbəbləri
təhlil edilib və onların həlli istiqamətində
tədbirlər görülüb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin facebook, twitter, instagram və yootube sosial şəbəkələrində
rəsmi səhifələri
açılıb. Rayonda keçirilən
tədbirlər və
rayon haqqında məlumatlar
həmin sosial şəbəkələr vasitəsi
ilə ictimaiyyətə
çatdırılıb.
Bu ilin fevral ayından etibarən inzibati ərazi dairələri üzrə
nümayəndəliklərin hər birində təsərrüfatların qeydiyyatının
aparılması elektron
sistemə keçirilib. 2018-ci ilin iyulun 1-i vəziyyətinə təsərrüfatların
elektron sistemə qeyd edilməsi başa çatdırılıb.
İƏD üzrə nümayəndəliklərdə
may ayı ərzində
əhalinin müxtəlif
təbəqələrini təmsil
edən vətəndaşların
iştirakı ilə
“açıq qapı”
günlərinin keçirilməsi
təşkil edilib. “Açıq qapı”
günlərinin keçirilməsinin
əsas məqsədi
yerli idarəetmə proseslərində əhalinin
rolunun, iştirakının
və həmrəyliyinin
artırılması, fikir
mübadiləsinin aparılması,
qarşılıqlı öhdəliklərin
müəyyən edilməsi
yolu ilə fəaliyyətin daha da genişləndirilməsi,
icmaların fəaliyyətinin
yaxşılaşdırılması olub.
Əli SƏLİMOV
Azərbaycan.- 2018.- 16 avqust.- S.4.