Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 16-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub, əsaslı təmir-tikinti prosesinin həyata keçirildiyi obyektlərə baxış keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir inşaatın gedişi ilə bağlı verilmiş tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib. General-polkovnik Z.Həsənov kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılması, gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlər barədə də müvafiq göstərişlər verib.

 

 

Azərbaycan.- 2018.- 17 avqust.- S.2.