Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
rəisi Yevlaxda vətəndaşları
qəbul edib
Avqustun 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Yevlax şəhərində Yevlax, Bərdə, Ucar, Zərdab, Tərtər, Ağdaş və Göyçaydan olan sakinləri qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, Xidmətin müvafiq şöbələrində işə və ya hərbi xidmətə qəbul, müddətli həqiqi hərbi xidmətə çağırılacaq gənclərin gələcək xidmət yerinin müəyyənləşdirilməsi məsələlərində kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin
bir çoxu operativ surətdə yerindəcə həll edilib. Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə
bağlı müraciətlər isə qeydə alınaraq
aidiyyəti orqanlara çatdırılmaq
üçün nəzarətə götürülüb.
Azərbaycan.- 2018.- 17 avqust.- S.2.