Sahibkarlara dəstək var, irad da...

 

 

 

 

Prezident İlham ƏLİYEV: “Sahibkarlar bir qədər passivdir. Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar

 

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan yeni iqtisadi inkişaf yolunu seçdi. Sərbəst bazar iqtisadiyyatı olan bu yolun formalaşması isə islahatların aparılmasını özəlləşmənin həyata keçirilməsini tələb edirdi. Amma bunun üçün yeni qanunvericilik bazası yaradılmalı idi. Bütün bu digər işlər qısa müddətdə həyata keçirildi nəticədə ölkədə sahibkarlar təbəqəsi formalaşdı.

Ötən dövr ərzində dövlətin verdiyi dəstək sayəsində bu təbəqə böyük inkişaf yolu keçib. Əvvəllər öz biznesini inkişaf etdirmək üçün vəsait tapmayan Azərbaycan sahibkarı bu gün özü iri investora çevrilib. Təkcə son faktı nəzərə çatdıraq: Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatına yönələn investisiyanın 50,2 faizi qeyri-dövlət sektoruna məxsusdur. Bu rəqəm ölkədə sahibkarlığın hansı inkişaf səviyyəsinə çatdığını əyani şəkildə göstərir.

Prezident İlham Əliyev  sahibkarlığın inkişafına böyük önəm verərək demişdir: “Əlbəttə ki, iqtisadi islahatları dərinləşdirmək üçün biz sahibkarlardan böyük fəaliyyət gözləyirik. Dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilmişdir. Ancaq bu kreditlər hesabına ölkəmizdə 163 min yeni yeri yaradılmışdır. Bu il 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Onun böyük hissəsi artıq 6 ayda verilib, qalan hissəsi veriləcəkdir”.

Dövlət başçısı, eyni zamanda sahibkarlara işlərində məsuliyyətli olmağı tövsiyə edir. Belə ki, bəzi sahibkarlar müxtəlif yollarla vergidən yayınır. Bu, istər iri, istərsə kiçik sahibkarlara aiddir. Prezident həmçinin vergi gömrük orqanlarından tələb edir ki, bu sahədə heç kəsə güzəşt olunmamalıdır. Hamı qanun qarşısında eyni məsuliyyət daşıyır. Bəzi sahibkarlar dövlətə vergi Sosial Müdafiə Fonduna vəsait ödəməmək üçün işçilərlə müqavilə bağlamır. Dövlət başçısı belə hallara qarşı ciddi mübarizə aparılmasını əlaqədar qurumların qarşısına bir vəzifə kimi qoyur. Sahibkarlar, eləcə onların fəaliyyəti ilə bu ya digər dərəcədə əlaqəli olan dövlət təşkilatları bundan nəticə çıxarmalıdırlar.

Ölkədə iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizmi tətbiq olunur. İndiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib. Bu layihənin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiya yatırılması 19 minədək yeni yerinin açılması imkanı yaranıb bunun sayəsində investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə fəaliyyətə başlayıb. Qeyd edilən rəqəmlər dövlətin sahibkarlara göstərdiyi köməyi əyani şəkildə sübut edir. Lakin sahibkarlığa dövlət tərəfindən verilən dəstək bununla bitmir. İş adamlarının maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün 611 sahibkara layihələrinin ümumi dəyəri 468 milyon manat olan geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Ölkədə sahibkarlığın qeyri-neft sektorunun inkişafına verilən dəstək öz müsbət nəticələrini verir. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8, kənd təsərrüfatında 7,6, informasiya rabitə xidmətlərində 4,9, ticarətdə  2,5 faiz artıma nail olunub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur. Sənayedə qeyri-dövlət sektorunun payı isə 82,2 faizə qədər yüksəlib.

Bu yerdə Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyevin sahibkarlara olan başqa bir iradı da qeyd edilməlidir. “Uman yerdən küsərlər”, - deyiblər. Məsələ bundadır ki, qeyri-neft sektorunda məhsul istehsalı artsa da, sahibkarlar onun ixracına maraq göstərmirlər. Halbuki dövlət başçısı dəfələrlə bu barədə adamlarına müraciət edib, onları bu işə qol qoymağa çağırıb. Yenə də Prezident sahibkarların bu sahədəki passivliyini xüsusi qeyd edib: “Biz xaricdə ticarət evlərinin açılması ilə sahibkarlara şərait yaratdıq ki, onlar ixrac imkanlarını genişləndirsinlər. Deyə bilərəm ki, bu gün Azərbaycan dövləti qeyri-neft məhsullarının ixracının artırılmasına sahibkarlardan daha çox çalışır. Sahibkarlar bir qədər passivdir. Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə dövlət bütün bu işləri öz üzərinə götürüb”.

Həqiqətən, qeyri-neft sektorunda çalışan sahibkarlara verilən hərtərəfli dəstək bu sahədə məhsul istehsalının yüksək sürətlə inkişafına imkan yaradıb. Faktiki olaraq elə məhsullar var ki, onların istehsalı 2-3 il ərzində bir neçə dəfə artıb. Məsələn, bu sırada fındıq, pomidor, barama, tütüns. məhsulları göstərmək olar. Belə məhsullar sənaye sahəsində də var. Daxili tələbatın ödənilməsi yaxşı haldır. Lakin məhsulun xarici bazara çıxarılması da vacibdir. Çünki ixrac həm istehsalçıya, həm də ölkəyə qazanc gətirir, dövlətin valyuta ehtiyatlarını artırır. Bu səbəbdən həm sahibkarlar, həm də aidiyyəti nazirliklər dövlət başçısının iradından nəticə çıxarmalıdırlar.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2018.- 17 avqust.- S.2.