Azərbaycan multikulturalizmin əsas mərkəzlərindəndir
Yeni Azərbaycan Partiyası Sumqayıt
şəhər təşkilatının
akt zalında “İnkişaf edən Azərbaycan gənclərinin
həyatında multikulturalizmin,
dini dözümlülüyün
və tolerantlığın
yeri” adlı tədbir keçirilib.
Öncə multikulturalizmi, tolerantlığı
və dini dözümlülüyü özündə
əks etdirən sənədli
qısametrajlı film izlənilib.
Sonra çıxış edən
YAP Sumqayıt şəhər
təşkilatı sədrinin
gənclərlə iş
üzrə müavini
Elmar Xəlilov multikulturalizm, tolerantlıq
və dini dözümlülük haqqında
məlumat verərək
bildirib ki, müasir dövrdə
Azərbaycan multikulturalizmin
əsas mərkəzlərindən
biridir. Bu gün
Azərbaycanda multikulturalizm
dövlət siyasətidir.
Multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət dövlət başçısı İlham
Əliyev tərəfindən
uğurla davam etdirilir.
Natiq vurğulayıb ki, Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi
ölkəmizdə böyük
ruh yüksəkliyi ilə qarşılanıb.
Bu, beynəlxalq aləmdə
müsbət qarşılanaraq
yüksək dəyərləndirilib:
“Biz bir daha öz milli-mənəvi, tarixi dəyərlərimizi
dünya ictimaiyyətinə
çatdırmaq şansı
əldə etdik. Həmçinin bir daha özümüzün özümüzə
nəzər salmaq fürsətimiz oldu, öz imkan və
arzularımızı bir
daha reallıqla uzlaşdırmağa çalışdıq”.
YAP Sumqayıt şəhər
təşkilatı sədrinin
təşkilati məsələlər
üzrə müavini
Vəzirxan Ənsərov
bidirib ki, ulu öndər Heydər Əliyev ilk növbədə multikulturalizmin
siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirib. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk
və qoruyub saxlayacağıq” deyən
ulu öndər bütün siyasi fəaliyyətində bu sərvətin əbədi
olmasına diqqət yetirib.
Tədbirdə bildirilib ki, tolerantlıq xalqımızın
həyat tərzidir. Nümunəvi birgəyaşam norması
başqa millətlərin
və dinlərin nümayəndələrinin iştirakı
ilə ölkəmizdə
keçirilən beynəlxalq
forumlar və konfranslar vasitəsilə dünyaya uğurla təqdim edilir.
Akif ƏLİYEV
Azərbaycan.- 2018.- 18 avqust.- S.4.