Avropa İttifaqı Azərbaycanın əsas investoru və ticarət tərəfdaşıdır

 

 

 

 

Son 7 ayda bu quruma üzv olan ölkələrə 5,5 milyard dollarlıq məhsul ixracı deyiləni təsdiqləyir

 

Son illərdə demokratiya və tərəqqi yolunda inamla irəliləyən Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində inkişaf etməkdədir.

Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı (Aİ) ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də ölkəmizlə siyasiiqtisadi münasibətləri inkişaf etdirməyə marağını daha da artırıb.

 

22 illik uğurlu əməkdaşlıq

 

Ümumiyyətlə, Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.

Respublikamız 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Bu ilin iyul aynın 11-də isə Brüsseldə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə tərəflər arasında “Tərəfdaşlıq prioritetləri” sənədi paraflandı. Bu sənəd Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. “Tərəfdaşlıq prioritetləri” 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir.

Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri - siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə, digər sahələri əhatə edirbu əməkdaşlıq gündən-günə genişlənir. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir.

 

Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırıb

 

İyun ayının 5-də Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı IV biznes forumunda da bütün bu məsələlərə toxunulub tərəflər arasındakı münasibətlərin yeni inkişaf mərhələsində olduğu vurğulanıb. Qeyd edilib ki, bu gün Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub 9,4 mlrd. dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15 faiz təşkil edib 3,7 mlrd. dollar olub. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb.

Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyətdədir. 2012-ci ildən indiyədək Avropa İttifaqına üzv ölkələrlə 131-ə yaxın tədbir keçirilib.

 

Quruma üzv olan 24 ölkə ilə ikiqat vergitutma aradan qaldırılıb

 

Azərbaycan Avropa İttifaqının əsas enerji partnyorlarındandır. Bakıda rəsmi açılışı olmuşCənub qaz dəhlizi”, Türkiyədə tamamlanan TANAP layihəsi enerji sahəsində strateji əməkdaşlığın gözəl nümunələrindəndir. 4 seqmentdən ibarət olan bu layhə Azərbaycan qazını birbaşa Avropaya çatdıracaq.

Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 16 üzv ölkə ilə 17 Hökumətlərarası Komissiya İşçi Qrupu, İdarəetmə Komitəsi fəaliyyət göstərir.

Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAIEX, SIGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində əməkdaşlıq edir bu alətlər çərçivəsində indiyədək Azərbaycana 600 mln. avroya yaxın dəstək göstərilib.

 

Prezident İlham Əliyevin iqtisadi islahatlarını alqışlayır

 

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankausskas, Avropa Komissiyasının Şərq Qonşuluğu Danışıqların Genişlənməsi üzrə Baş Direktoratın Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit vurğulayıb ki, Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər iqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar təqdirəlayiqdir tərəfindən yüksək qiymətləndirilir.

Lourens Meredit bildirib ki, bu tədbirlər aparılan islahatlar innovativ, rəqabətqabiliyyətli ixraca yönəlmiş, iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyən tədbirlərdir. AzərbaycanınDouing Business” hesabatında da yüksək nəticələr göstərdiyini bildirən Lourens Meredit diqqətə çatdırıb ki, Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gördüyü işləri, Kiçik Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını, dövlət-özəl sektor əməkdaşlığının genişlənməsini alqışlayır.

 

5 milyard 489 milyon dollarlıq məhsul ixracı

 

Bu ilin son 7 ayında Azərbaycandan Avropa İttifaqı ölkələrinə 5 milyard 489 milyon 727 min dollar dəyərində məhsul ixrac olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 2 milyard 650 milyon 325 min dollar çoxdur.

Bu müddətdəölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 338 milyon 295 min dollardır. Ümumiyyətlə, yanvar-iyul aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr Rusiya, Türkiyə Çin olub.

Rusiyadan məhsul idxalının dəyəri 917 milyon 145 min dollar, Türkiyədən 881 milyon 847 min dollar, Çindən isə 586 milyon 378 min dollar təşkil edib.

 

Azərbaycan ticarətinin 50 faiziniüzvü ölkələri ilə olan ticarət təşkil edir

 

Prezident İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşdə ilə ölkəmiz arasında iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan ticarətinin, demək olar ki, 50 faizini Aİ- üzv ölkələrlə olan ticarət təşkil edir.

Azərbaycan Avropa İttifaqına üzv olan əksər ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşma strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edilir.

Ümumiyyətlə, son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya yatırılıb. Xarici sərmayələr qanun çərçivəsində yüksək səviyyədə təmin edilir qorunur. Ölkədə yaradılan əlverişli biznes mühiti, investorlara göstərilən diqqət qayğı xarici investorların, xüsusən Avropa İttifaqına üzv olan ölkələrin adamlarının Azərbaycana diqqətini daha da artırır. Hazırda Avropa Azərbaycanın əsas investoru ticarət tərəfdaşıdır.

Əminliklə söyləyə bilərik ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişdən sonra siyasi əlaqələrlə yanaşı, iqtisadi münasibətlərin yeni inkişaf istiqamətləri müəyyənləşəcək bu da Azərbaycana böyük dividendlər qazandıracaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 19 avqust.- S.1-2.