Hasilat artdıqca sənaye inkişaf edirdi

 

XIX əsrin ortalarından Azərbaycanda neft hasilatı artdıqca neft sənayesi inkişaf etməyə başladı. 1860-cı illərin əvvəllərində Bakıda ilk neft emalı qurğusu tikildi. 1863-cü ildə Cavad Məlikovun neft emalı prosesində dünyada ilk dəfə soyuduculardan istifadə edən kerasin zavodu işə düşdü. 1867-ci ildə Bakıda artıq 15 neft emalı qurğusu fəaliyyət göstərirdi.

 

Yeni açılanBinəqədi”, “Pirallahı adası”, “Suraxanıyataqları neft verdikcə müvafiq infrastruktur da inkişaf edir, hasilat, emal satışla məşğul olan firmalar yaradılırdı. Azərbaycanda milli burjuaziya formalaşır, Bakı dünyanın sənaye mərkəzlərindən birinə çevrilirdi.

 

1871-ci ildə Abşeronda ilk dəfəBalaxanı-Sabunçu-Ramanıyatağının sənaye üsulu ilə işlənməsinə başlanıldı. XIX əsrin 70-ci illərində neft sənayesinə yerli kapital qoyuluşu 4 faiz, birgə kapital qoyuluşu isə 10 faizə qədər təşkil edirdi. Odur ki, neft sənayesinin inkişafında millineft milyonçuları”nın - Hacı Zeynalabdin Tağıyevin, İsa bəy Hacınskinin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin fəaliyyəti mühüm əhəmiyyət daşımağa başladı.

 

1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti olanBakı Neft Cəmiyyətitəsis olundu. 1876-cı ildə isə Nobel qardaşları burada neftin hasilatı emalı üzrə şirkət, özlərinə məxsus bir sıra neft emalı zavodları yaradır, neft mədənlərinin, tanker, dəmir yolları, mehmanxana s. infrastrukturun sahibi olurlar.

 

1878-ci ildə uzunluğu 12 kilometr olan, Balaxanı mədənlərini Bakı neft emalı zavodu ilə birləşdirən ilk neft kəməri tikilir. Həmin vaxtadək bütün Rusiya ərazisində belə bir kəmər yox idi. 1898-ci ildə isə neft mədənlərini Bakıdakı müəssisələrlə birləşdirən kəmərlərin ümumi uzunluğu 230 kilometrə çatırdı. Bu kəmərlərlə ildə 1 milyon ton neft nəql olunurdu.

 

Neftin neft məhsullarının Avropa ölkələrinə ixracı üçün dəmir yolunun tikintisi mühüm əhəmiyyət kəsb edirdi. 1883-cü ildə istismara verilən Bakı-Batumi dəmir yolu bu baxımdan çox dəyərli idi. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkətinin təsis olunması növbəti mühüm hadisə oldu. 1890-cı ildə isə Bakı neftinin 42 faizinə Rotşildin bankı nəzarət edirdi.

 

Uzunluğu 833 kilometr, diametri 200 millimetr olan Bakı-Batumi neft kəmərinin tikintisinə 1897-ci ildə başlandı. Bu kəmər Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin edirdi. 1901-ci ildə Azərbaycanda 11 milyon ton neft çıxarıldı ki, bu da dünyadakı neft hasilatının yarıdan çoxuna bərabər idi.

 

1920-ci ildə neft sənayesinin milliləşdirilməsindən sonra bu sahənin inkişafının ikinci mərhələsi başlanır. Bütün bunlar Azərbaycanın neft sənayesinin növbəti əsrlərədək uzanan inkişaf yolunun başlanğıcı idi. Məhz həmin dövrdə yaradılan zəmin imkan verdi ki, 1941-ci ildə Azərbaycanda neft hasilatı 23,6 milyon tona çatdı, yəni, keçmiş SSRİ məkanında çıxarılan neftin 76 faizini təşkil etdi.

 

Bakı nefti İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə misilsiz dəstək verdi. Müharibə illərində düşmənin üstünə gedən tankların, təyyarələrin, digər nəqliyyat vasitələrinin 75-80 faizi Bakı nefti ilə hərəkətə gəlirdi.

 

XX əsrin ortalarına yaxın neft sənayesinin inkişafının ikinci mərhələsi sona çatdı. Bu, həmin dövr idi ki, Xəzərin qoynunda əvvəlcə “Qara daşlar”, sonralar isə “Neft Daşları” adını alan və artıq 70 ilə yaxındır “Möcüzələr adası” kimi dünyanı heyrətə gətirən dəniz yatağı kəşf olundu. Xəzərdə polad dayaqlar üzərində əfsanəvi şəhər salındı. Elə həmin vaxtQala”, “Buzovna-Maştağa” və digər yataqlar da açıldı.

 

Bu yol artıq dördüncü mərhələyə doğru gəlirdi. “Möcüzələr adası”nda ilk quyunun fontan vurduğu 1949-cu ildən 20 il keçəcək, 1969-cu ildən növbəti dördüncü mərhələ başlanacaq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan neftinin, Xəzər neftinin, respublikanın neft sənayesinin tarixinə yeni şanlı səhifələr yazılacaq...

 

Flora SADIQLI,

 

“Azərbaycan”

 

Azərbaycan  2018.- 22 avqust .- S.1-4.