Prezident İlham
Əliyev: "Ümid edirəm ki, Avropa İttifaqı ilə
Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaq"
Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Almaniya Kansleri xanım Angela Merkellə birgə mətbuat konfransında deyib.
Dövlətimizin başçısı qeyd edib: "Hörmətli xanım Kansler. Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, hörmətli xanım Kansler, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Bu, Almaniya Kanslerinin Azərbaycana ilk səfəridir, bu, tarixi bir səfərdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir.
Bu gün biz gündəlikdə duran bir çox məsələləri çox açıq, konstruktiv şəkildə müzakirə etdik. Əminəm ki, aparılan danışıqlar, keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır.
Mən xanım Kanslerə regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdim. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illərdir ki, Ermənistanın işğalı altındadır".
İlham Əliyev bildirib ki, bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür: "BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.
Biz bu gün digər məsələlərlə
bağlı fikir mübadiləsi
apardıq. Aramızda olan ticarət dövriyyəsi artır. Bu gün biz Almaniya və Azərbaycan biznes dairələrinin nümayəndələri ilə
görüşəcəyik. Almaniyadan olan şirkətlər Azərbaycanda
bir çox layihələrdə iştirak
edirlər və əminəm ki, bu səfərdən sonra onların buradakı fəaliyyəti
daha da genişlənəcək,
buna böyük imkanlar var. Azərbaycan indi iqtisadi şaxələndirmə
siyasətini uğurla
aparır, çox böyük sərmayələr
qoyulur, sərmayə iqlimi də çox müsbətdir. Son 15 il ərzində
Azərbaycana 250 milyard
dollar sərmayə qoyulubdur
ki, bunun da təxminən yarısı xarici sərmayədir".
Prezident vurğulayıb ki, enerji təhlükəsizliyi
məsələləri, əlbəttə,
diqqət mərkəzindədir. Azərbaycan bu
sahədə öz rolunu oynayır və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsinə
öz töhfəsini
verir. Xüsusilə Cənub Qaz
Dəhlizinin yaradılması
tarixi hadisə kimi qəbul edilir. Bu, çox
böyük, genişmiqyaslı
layihədir, 40 milyard
dollar sərmayə tələb
edən layihədir və uğurla icra edilir. Bu ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı
olmuşdur:
"Biz xanım Kanslerlə,
eyni zamanda, demokratiya, insan haqlarının qorunması
ilə bağlı fikir mübadiləsi apardıq və bu sahədə əməkdaşlığımızı davam etdirmək fikrindəyik. Avropa İttifaqı-Azərbaycan əlaqələri də müzakirə edildi, biz bu əlaqələrin inkişafından çox
razıyıq. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri
sənədi imzalanmışdır
və böyük saziş üzərində
çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki,
danışıqlar yaxın
zamanlarda uğurla başa çatacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün
yeni dövr başlanacaqdır.
Bir sözlə,
bu gün bu və digər
məsələlər, o cümlədən
regional vəziyyətlə bağlı məsələlər
də müzakirə edildi. Bu göstərir ki, aramızda olan münasibətlər doğrudan da səmimidir, dostluq münasibətləridir və
səfərin də bu münasibətlərin möhkəmlənməsində çox böyük rolu olacaqdır.
Hörmətli xanım Kansler, bir daha xoş
gəlmisiniz!"
Azərbaycan.- 2018.- 26 avqust.- S.2.