Heydər Əliyev Fondu
uşaqlar üçün
növbəti şənlik təşkil edib
Avqustun 26-da Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib.
AZƏRTAC xəbər verir ki, Bakının Xətai rayonunda yeni istifadəyə verilmiş idman-əyləncə park kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşan tədbirdə paytaxtın bir sıra uşaq evlərində məskunlaşan valideyn himayəsindən məhrum olan uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslər, internat məktəblərinin şagirdləri iştirak ediblər.
Şənlikdə uşaqlar üçün müxtəlif əyləncə və şou proqramlar təqdim edilməklə yanaşı, müsabiqələr, idman estafetləri və oyunlar keçirilib.
Tədbir iştirakçıları park ərazisində müxtəlif sahələr üzrə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, bayram ovqatlı yaddaqalan bir gün yaşayıblar.
Uşaqların hədsiz zövq aldığı şənliklər maraqla qarşılanıb.
Tədbirdə, həmçinin 1 saylı uşaq evində məskunlaşan Maral Zeynalovanın ad günü də qeyd edilib, bu münasibətlə tort kəsilib.
Şənlikdə uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Xatırladaq ki, Heydər
Əliyev Fondu valideyn
himayəsindən məhrum olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mütəmadi olaraq əyləncə və maarifləndirici
layihələr həyata keçirir,
onları ailə qayğısı ilə əhatə edir.
Azərbaycan.- 2018.- 28
avqust.- S.7.