Heydər Əliyev Mərkəzinin parkında yayın ən möhtəşəm konsertiUlduzlar bir arada

 

 

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında yayın ən möhtəşəm konserti olub.

 

AZƏRTAC xəbər verir ki, “Ulduzlar bir arada” adlı konsertdə tamaşaçıların çox sevdikləri Manana, Aygün Kazımova, Ədalət Şükürov, Tünzalə Ağayeva, Murad Arif, Zülfiyyə Xanbabayeva, Malik, Röya, Miri Yusif və başqaları çıxış ediblər.

Konsertdə müasir Azərbaycan estradasının ən məşhur hitləri səsləndirilib. Bu konsert həm də maraqlı duetlərlə yadda qalıb. Tünzalə AğayevaMurad Arifin, Zülfiyyə XanbabayevaMalikin, RöyaMiri Yusifin duetləri alqışlarla qarşılanıb.

Bir-birindən coşqun ifaları izləyən uşaqlar, gənclər və yaşlılar, eləcə də paytaxt sakinləri və qonaqlar incəsənət ustalarının səsinə səs verdilər, onlarla birlikdə rəqs etdilər. Əlbəttə ki, heç kim bu gözəl anları öz telefonunun yaddaşına köçürməyi də unutmadı.

Ulduzlar bir arada” adlı konsert proqramı xəfif mehli bu yay axşamında tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşatdı.

 

Azərbaycan.- 2018.- 28 avqust.- S.7.