Məşğulluq haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin
I hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu
qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.1.1. aktiv məşğulluq tədbirləri -
işaxtaran və işsiz şəxslərin məşğulluq
imkanlarının genişləndirilməsi, peşəyönümünün,
peşə hazırlığının təmin edilməsi,
bilik və bacarıqlarının artırılması, əmək
bazarının tələblərinə uyğun işçi
qüvvəsinin formalaşdırılması məqsədi ilə
onlar üçün xüsusi proqramların tətbiqinə
yönəldilən tədbirlər;
1.1.2. əmək bazarı - işçi qüvvəsinə
olan tələb və təklifin məcmusu;
1.1.3. fərdi məşğulluq proqramı -
işsiz şəxsin işə düzəlməsinə və
əmək bazarına qaytarılmasına kömək məqsədi
ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin
konkret həcmini, növünü və icra müddətini
müəyyən edən sənəd;
1.1.4. fərdi məşğulluq vərəqi -
işaxtaran və işsiz şəxsə dair fərdi məlumatlardan,
o cümlədən təhsili və peşəsi (ixtisası)
barədə məlumatlardan, məşğulluq tarixçəsi,
habelə təklif olunan münasib iş və aktiv məşğulluq
tədbirləri, onların icra vəziyyətinə dair məlumatlardan
ibarət sənəd;
1.1.5.
Haqqı ödənilən ictimai işlər - işsiz şəxslərin
müvəqqəti məşğulluğunu təmin etmək
məqsədi ilə bu qanuna uyğun olaraq təşkil edilən
ilkin peşə hazırlığının olmasını tələb
etməyən ictimai faydalı xarakter daşıyan iş yerləri;
1.1.6. işsiz şəxs - işi və qazancı
olmayan, işə başlamağa hazır olub, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanda
(qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli
yaşda olan əmək qabiliyyətli şəxs;
1.1.7. işaxtaran - müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) münasib
iş üçün müraciət edən və
işaxtaran kimi qeydiyyata alınan şəxs;
1.1.8. kvota - sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslərin işlə
təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
işəgötürənlər üçün müəyyən
edilmiş iş yerlərinin (işçilərin) minimum
sayı;
1.1.9.
qeyri-formal məşğulluq - Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq mülki hüquqi müqavilə bağlanılmadan
müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə uyğun
olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində
olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin
rəsmiləşdirilmədən həyata keçirilməsi,
eləcə də “Ailə kəndli təsərrüfatı
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
yerli özünüidarəetmə orqanlarında uçota
durmadan ailə kəndli təsərrüfatının təşkili
nəticəsində qazanc (gəlir) əldə edilməsi;
1.1.10. məşğulluq - Azərbaycan
Respublikasının vətəndaşları, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin
(bundan sonra - şəxslər) Azərbaycan
Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir)
gətirən hər hansı fəaliyyəti;
1.1.11. məşğul şəxslərin reyestri - bu
qanunun 4.1-ci maddəsində nəzərdə tutulan məşğul
şəxslər barəsində fərdi məlumatlardan,
onların təhsili, iş yeri, vəzifəsi (peşəsi)
və ya yerinə yetirdiyi iş (xidmət) barədə məlumatların
məcmusu;
1.1.12.
qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti həyata
keçirən orqanlar - qeyri-formal məşğulluğun
aşkar edilməsi və qarşısının
alınması sahəsində nəzarət tədbirlərini
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlar (qurumlar);
1.1.13. nəzarət tədbirləri - “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində
nəzərdə tutulan tədbirlər;
1.1.14. müvəqqəti məşğulluq - şəxsin
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq mövsümi işlərə, bu qanunla müəyyən
edilmiş qaydada haqqı ödənilən ictimai işlərə
cəlb edilməsi və ya əmək birjaları vasitəsilə
müəyyən müddət ərzində ictimai faydalı
fəaliyyəti;
1.1.15. özünüməşğulluq - şəxsin
müstəqil surətdə və yaxud dövlətin dəstəyi
ilə özünü işlə təmin etməsi;
1.1.16. peşə standartları - konkret peşə
sahəsi üzrə işçinin yerinə yetirməli
olduğu işin məzmununa və əmək şəraitinə
qoyulan, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən
minimum tələblərin məcmusu;
1.1.17. peşə hazırlığı -
işaxtaran və işsiz şəxslərin əmək
bazarının tələbatına uyğun olaraq təhsil
müəssisələrində ixtisasa (peşəyə) və
(və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək
üçün yenidən hazırlıq, ixtisasartırma
istiqamətlərində təhsil alması;
1.1.18. sığorta ödənişi -
“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
sığorta hadisəsi baş verdikdə,
sığortaolunana sığortaçı tərəfindən
ödənilən aylıq pul vəsaiti;
1.1.19. sərbəstləşdirilən işçilər
- dövlət orqanının və ya hüquqi şəxsin
ləğv edilməsi, yenidən təşkil olunması,
işçilərin sayının və ya ştatların
ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə
xitam verilmiş şəxslər;
1.1.20. sosial müəssisə - sosial müdafiəyə
xüsusi ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslərin məşğulluğunun
təmin olunması üçün yaradılan
ixtisaslaşdırılmış hüquqi şəxs;
1.1.21.
sosial iş yeri - işaxtaranlar və işsiz şəxslərin
məşğulluğunu təmin etmək və işəgötürənləri
həvəsləndirmək məqsədi ilə işəgötürənin
ən azı 3 (üç) ay əvvəl vakansiya bankına təqdim
olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının
bir hissəsinin bu qanunla müəyyən edilmiş qaydada
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilən
iş yeri;
1.1.22.
sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən
şəxslər - əlillər və sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar, 20
yaşadək gənclər, yetkinlik yaşına
çatmamış uşaqları tərbiyə edən tək
və çoxuşaqlı valideynlər, sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə
edən valideynlər, pensiya yaşına iki ildən az
qalmış şəxslər, cəzaçəkmə yerlərindən
azad edilmiş şəxslər, məcburi köçkünlər;
1.1.23. ştat vahidlərinə dair cədvəl -
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş
elektron informasiya sistemi (bundan sonra - elektron informasiya sistemi) tərəfindən
işəgötürənlərin bu qanunun 7.2-ci maddəsinə
uyğun olaraq daxil etdikləri məlumatlar əsasında
yaradılan cədvəl;
1.1.24. vakansiya - işəgötürənin boş
olan və işçi tələb edilən iş yeri;
1.1.25. vakansiya bankı - işəgötürənin
boş olan və işçi tələb edilən iş yerlərinin,
habelə yeni yaradılan iş yerlərinin elektron informasiya
ehtiyatı;
1.1.26. yeni iş yeri - işəgötürən tərəfindən
mövcud ştat vahidlərinə əlavə olaraq yaradılmış
iş yeri.
1.2. Bu
qanunda istifadə olunan digər anlayışlar Azərbaycan
Respublikasının Əmək Məcəlləsi, Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsi,
“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunu və başqa normativ hüquqi aktlar
ilə müəyyən edilmiş mənaları verir.
Maddə 2. Məşğulluq haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
2.1. Məşğulluq
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunundan, bu qanundan və ona uyğun olaraq qəbul edilmiş
digər normativ hüquqi aktlardan, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
məşğulluq sahəsində bu qanundan fərqli qaydalar
müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr
tətbiq olunur.
Maddə 3. Bu qanunun əhatə dairəsi
Bu qanun Azərbaycan Respublikasının vətəndaşlarına,
Azərbaycan Respublikasında yaşayan əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
şamil edilir.
Maddə 4. Məşğul şəxslər
4.1. Məşğul
şəxslərə aşağıdakılar aiddir:
4.1.1. muzdla işləyənlər - Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq işəgötürənlə əmək
müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində
əmək fəaliyyətini əməkhaqqı müqabilində
yerinə yetirən şəxslər;
4.1.2.
mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər
- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq qarşı tərəflə müqavilə
bağlayıb əmək münasibətləri yaratmadan
müəyyən haqq müqabilində işləri (xidmətləri)
yerinə yetirən şəxslər;
4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının
üzvləri;
4.1.4. haqqı ödənilən vəzifəyə
seçilənlər, təyin və ya təsdiq edilənlər;
4.1.5. Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində xidmət
edənlər;
4.1.6. ödənişli fəaliyyətlə məşğul
olan ali və orta ixtisas təhsil müəssisələrində
əyani təhsil alanlar;
4.1.7. Azərbaycan
Respublikasının ərazisində qanuni əsaslarla haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul
olan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər;
4.1.8. Azərbaycan Respublikasının hüdudlarından
kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə
məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
4.2.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) məşğul şəxslərin vahid
informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) elektron informasiya sistemində dövlət
orqanlarının və digər qurumların apardığı
elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış
sistemləri, reyestrlər və digər informasiya
resursları) istifadə etməklə məşğul şəxslərin
reyestrini elektron formada aparır.
4.3. Məşğul
şəxslərin reyestrində bu qanunun 4.1-ci maddəsində
göstərilən məşğul şəxslər barəsində
məlumatların əldə edilməsi və reyestrə daxil
edilməsi, reyestrin aparılması və ondan istifadə
qaydasını müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
4.4. Bu
qanunun 4.1-ci maddəsində göstərilən məşğul
şəxslərə dair məlumatlar məşğul şəxslərin
reyestrinə “Fərdi məlumatlar”, “İnformasiya əldə
etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında” Azərbaycan
Respublikası qanunlarına və Azərbaycan Respublikasının
bu sahədə yaranan münasibətləri tənzimləyən
digər normativ hüquqi aktlarına uyğun olaraq,
aşağıdakı tələblər nəzərə
alınmaqla daxil edilir:
4.4.1. bu qanunun 4.1.1-ci maddəsində göstərilən
məşğul şəxslər barədə - müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) apardığı elektron informasiya sisteminin
məlumatları əsasında;
4.4.2. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin
2-1-ci hissəsinə əsasən siyahısı müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq edilmiş dövlət
orqanlarında müvafiq vəzifələrə (peşələrə)
qəbul edilən (götürülən) məşğul
şəxslər barədə - həmin orqanlar tərəfindən
onları işə qəbul etdikləri (götürdükləri)
gündən ən geci 1 (bir) ay ərzində müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) kağız daşıyıcılarda təqdim etdikləri
məlumatlar əsasında;
4.4.3. bu qanunun 4.1.2-ci maddəsində göstərilən
məşğul şəxslər və 4.1.3-cü maddəsində
göstərilən sahibkarlar barədə - müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) apardığı elektron informasiya sisteminin məlumatları
əsasında;
4.4.4. bu qanunun 4.1.3-cü maddəsində göstərilən
mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq payı olan məşğul şəxslər
barədə - müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən bu
qanunun 4.5-ci maddəsinə uyğun olaraq əldə edilən
məlumatları əldə etdikləri tarixdən ən geci
1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma)
kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar
əsasında;
4.4.5. bu qanunun 4.1.3-cü maddəsində göstərilən
ailə kəndli təsərrüfatının üzvləri
barədə - onların uçotunu aparan yerli
özünüidarəetmə orqanları tərəfindən
uçota aldıqları gündən ən geci 1 (bir) ay ərzində
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim
etdikləri məlumatlar əsasında;
4.4.6. bu qanunun 4.1.4-cü maddəsində göstərilən
məşğul şəxslər barədə - onların
seçilməsi, təyin və ya təsdiq edilməsinə
dair hüquqi aktları qəbul etmiş orqanların həmin
hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1
(bir) ay müddətində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə
kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar
əsasında;
4.4.7. bu
qanunun 4.1.5-ci maddəsində göstərilən məşğul
şəxslər barədə - onları işə (xidmətə)
qəbul edən orqanlar tərəfindən onların işə
(xidmətə) qəbul edildikləri gündən ən geci 1
(bir) ay ərzində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma)
kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar
əsasında, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında” Azərbaycan Respublikası
qanunlarının tələbləri nəzərə
alınmaqla;
4.4.8. bu qanunun 4.1.6-cı maddəsində göstərilən
məşğul şəxslər barədə - müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən yaradılan qurumun
apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.9. bu qanunun 4.1.7-ci maddəsində göstərilən
məşğul şəxslər barədə - müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) apardığı elektron informasiya sisteminin
məlumatları əsasında;
4.4.10. bu qanunun 4.1.8-ci maddəsində göstərilən
məşğul şəxslər barədə - müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun
olaraq əldə edilən məlumatları əldə etdikləri
tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) kağız daşıyıcılarda təqdim etdikləri
məlumatlar əsasında.
4.5. Bu
qanunun 4.1.3-cü maddəsində göstərilən, bu qanun
qüvvəyə minənədək mülkiyyətində kənd
təsərrüfatına yararlı torpaq payı olanlar məşğul
şəxslərin reyestrinin fəaliyyətə
başladığı tarixdən, bu qanun qüvvəyə
mindikdən sonra kənd təsərrüfatına yararlı
torpaq payı əldə edən məşğul şəxslər
isə daşınmaz əmlakın dövlət reyestrindən
bu barədə müvafiq sənədləri əldə etdikdən
sonra 1 (bir) ay müddətində mülkiyyətlərində
olan kənd təsərrüfatına yararlı torpaq
paylarına dair bütün məlumatları müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanlara
(qurumlara) təqdim etməlidirlər.
4.6.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) məşğul şəxslər barəsində
bu qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci və
4.4.10-cu maddələrinə uyğun olaraq təqdim edilmiş
məlumatları həmin məlumatlar təqdim olunduğu
gündən ən geci 1 (bir) ay müddətində məşğul
şəxslərin reyestrinə daxil etməlidir.
4.7. Bu
qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu maddələrində
nəzərdə tutulmuş dövlət orqanları və
4.4.5-ci maddəsində nəzərdə tutulmuş yerli
özünüidarəetmə orqanları məşğul
şəxslərə dair məlumatların müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma), habelə bu qanunun 4.5-ci maddəsində nəzərdə
tutulmuş mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq payı olan şəxslər həmin torpaq
paylarına dair məlumatların müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlara (qurumlara) həmin
maddələrdə göstərilən müddətdə təqdim
olunmasını təmin etməlidirlər.
4.8. Bu
qanunun 4.4.1-ci, 4.4.3-cü, 4.4.8-ci və 4.4.9-cu maddələrində
nəzərdə tutulmuş məlumatlar məşğul
şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət
orqanlarının və digər qurumların
apardığı elektron informasiya sistemləri vasitəsilə
ən geci 1 (bir) ay müddətində daxil edilir.
4.9. Bu
qanunun 4.6 - 4.8-ci maddələrinin tələblərini pozan
dövlət və yerli özünüidarəetmə
orqanları, habelə mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq payı olan şəxslər qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 5. İşaxtaran və işsiz şəxslərin
qeydiyyatına dair ümumi müddəalar
5.1.
İşaxtaran və işsiz şəxslərin müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda
(qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) təsdiq edir.
5.2. Şəxslər
elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra
işaxtaran kimi qeydiyyata alınırlar.
5.3.
İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron
ərizənin forması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq edilir.
5.4. Şəxs
işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron
informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında
elektron qaydada fərdi məşğulluq vərəqi tərtib
edilir.
5.5. Şəxs
işaxtaran kimi qeydiyyata alındığı gündən 5
(beş) iş günü ərzində
ona münasib iş təklif olunmadığı və ya
işəgötürən (işəgötürənlər)
tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata
alınması haqqında qərar qəbul edir və bu barədə
şəxsin fərdi məşğulluq vərəqində
müvafiq qeyd aparır.
5.6.
İşaxtaran və işsiz şəxslər fərdi məşğulluq
vərəqindən çıxarışı elektron
informasiya sistemindən real vaxt rejimində əldə etmək
hüququna malikdirlər.
5.7.
İşaxtaran və işsiz kimi qeydiyyata alınmış
şəxslərin ixtisası, peşəsi, sağlamlıq
imkanlarının məhdudluğu və yaşayış
ünvanı üzrə məlumatlar dəyişdiyi halda onlar
elektron informasiya sistemində bu barədə məlumatları
yeniləməlidirlər.
5.8.
Aşağıdakı hallarda şəxs işaxtaran kimi
qeydiyyatdan müvəqqəti çıxarılır:
5.8.1. hərbi və ya alternativ xidmətə, hərbi
toplanışlara çağırıldıqda, həmin
müddətdə;
5.8.2. barəsində azadlıqdan məhrumetmə və
ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
olduqda, həmin müddətdə;
5.8.3. işaxtaran kimi qeydiyyata alındığı
tarixdən 2 (iki) il ərzində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif
etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il
müddətində.
5.9.
Aşağıdakı hallarda şəxsin işaxtaran kimi
qeydiyyatı ləğv edilir:
5.9.1. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında
münasib işlə təmin olunduqda;
5.9.2. vəfat etdikdə və ya məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz
itkin düşmüş və ya ölmüş elan edildikdə;
5.9.3. təqdim olunmuş sənədlərdə və
məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan
məlumatlar aşkar edildikdə;
5.9.4. işaxtaran kimi qeydiyyatdan çıxarılma
barədə ərizə təqdim edildikdə.
5.10.
Aşağıdakı hallarda şəxs işsiz kimi
qeydiyyatdan müvəqqəti çıxarılır:
5.10.1. hərbi və ya alternativ xidmətə, hərbi
toplanışlara çağırıldıqda, həmin
müddətdə;
5.10.2. barəsində azadlıqdan məhrumetmə və
ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
olduqda, həmin müddətdə;
5.10.3. ona təklif olunan münasib işlərdən
imtina etdikdə, 1 (bir) il müddətində;
5.10.4. fərdi məşğulluq proqramının tərtib
olunmasından və (və ya) icrasından imtina etdikdə və
yaxud fərdi məşğulluq proqramının icrasına
dair hesabatı “İşsizlikdən sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsi ilə
müəyyən edilmiş müddətdə təqdim etmədikdə.
5.11.
Aşağıdakı hallarda şəxsin işsiz kimi
qeydiyyatı ləğv edilir:
5.11.1. bu qanunun 4-cü maddəsinə əsasən məşğul
şəxs hesab edildikdə;
5.11.2.
“Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər
haqqında” Azərbaycan Respublikasının qanunları ilə
müvafiq olaraq yaşa görə əmək pensiyası və
ya yaşa görə müavinət təyin edilməsi
üçün əsaslar yarandıqda;
5.11.3. vəfat etdikdə və ya məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz
itkin düşmüş və ya ölmüş elan edildikdə;
5.11.4. təqdim olunmuş sənədlərdə və
məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan
məlumatlar aşkar olunduqda;
5.11.5. işsiz kimi qeydiyyatdan çıxarılma barədə
ərizə təqdim edildikdə;
5.11.6. ali və orta ixtisas təhsil müəssisəsinə
əyani qəbul olunduqda.
5.12.
Aşağıdakı şəxslərin işsiz kimi
qeydiyyata alınmasına yol verilmir:
5.12.1. bu qanunun 4-cü maddəsinə əsasən məşğul
şəxslərə aid edilənlər;
5.12.2. 15
yaşına çatmayanlar;
5.12.3. ali və orta ixtisas təhsil müəssisəsində
əyani təhsil alanlar;
5.12.4.
“Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər
haqqında” Azərbaycan Respublikasının qanunları ilə
müvafiq olaraq yaşa görə əmək pensiyası və
ya yaşa görə müavinət təyin edilmiş şəxslər;
5.12.5. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 74-cü
maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci
hissəsinin “b” və “c” bəndlərində göstərilən
hallar istisna olmaqla, göndəriş əsasında
bağlanılmış əmək müqaviləsinə bu
müqavilə ilə müəyyən edilmiş müddətdən
əvvəl öz təşəbbüsü ilə xitam verən
şəxslər, 6 (altı) ay müddətində.
5.13.
İşsiz kimi qeydiyyata alınmayan və ya bu qanunun
5.11.4-cü maddəsinə əsasən işsiz kimi
qeydiyyatı ləğv olunan şəxs, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanda
(qurumda) işaxtaran kimi qeydiyyatda saxlanılır və
işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1
(bir) aydan sonra müraciət etmək hüququna malikdir.
5.14. Bu
qanunun 5.9.3-cü maddəsinə əsasən işaxtaran kimi
qeydiyyatı ləğv edilmiş şəxs həmin hal
aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata
alınmaq üçün təkrar müraciət etmək
hüququna malikdir.
Maddə 6. Münasib iş
6.1.
İşaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki
peşəsi üzrə təcrübəsi, səhhəti, təklif
edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi
mümkünlüyü nəzərə alınan iş
münasib iş sayılır.
6.2.
Münasib iş yerinin işaxtaranın yaşayış
yerindən maksimum uzaqlığı həmin ərazidə nəqliyyat
şəbəkəsinin imkanları nəzərə
alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanlar (qurumlar) tərəfindən müəyyən
edilir.
6.3.
İşsizlikdən sığorta ödənişinin
“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
ödənilmə müddəti qurtardıqdan sonra, münasib
iş təklif edilməsi mümkün olmayan işsiz şəxslər
üçün, onların təhsilini, ixtisasını, səhhətini,
iş təcrübəsini nəzərə almaqla, yeni peşəyə
(ixtisasa) yiyələnməsini tələb etməyən
iş də münasib iş sayılır.
6.4. Təhsilinə,
ixtisasına və əvvəlki peşəsi üzrə təcrübəsinə
uyğun gəlməyən, qabaqcadan peşə
hazırlığı keçməsini tələb etməyən
müvəqqəti iş yerləri də daxil olmaqla, əmək
qanunvericiliyinin tələblərinə uyğun gələn, haqqı ödənilən işlər
aşağıdakı şəxslər üçün
münasib iş sayılır:
6.4.1. 3
ildən artıq işləməyənlər, peşəsi
(ixtisası) olmayanlar;
6.4.2. malik olduğu peşə üzrə əlavə
təhsildən, ikinci uyğun peşəyə yiyələnməkdən,
yaxud işsizlikdən sığorta ödənişinin ödənilməsi
müddəti qurtardıqdan sonra yeni peşə öyrənməkdən
imtina edənlər;
6.4.3. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanda (qurumda) 24 aydan çox qeydiyyatda
olanlar.
6.5.
İşaxtaranın razılığı olmadan yeni işlə
əlaqədar onun yaşayış yerinin dəyişməsi
tələb olunduqda, eləcə də əmək şəraiti
əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə
ona təklif olunan iş münasib iş sayıla bilməz.
6.6.
İşaxtaran və işsiz şəxslərə eyni
münasib işin təkrar təklif edilməsinə yol
verilmir.
Maddə 7. Vakansiya bankının yaradılması
7.1.
Vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin
yeni yaradılan iş yerləri və vakansiyalar barədə
bu qanunun 18.3-cü maddəsinə uyğun olaraq həmin sistemə
daxil etdikləri məlumatlar əsasında müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən yaradılır.
7.2.
Elektron informasiya sistemi işəgötürənlərin Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 3-cü
maddəsinin 5-1-ci hissəsinə və bu qanunun 7.1-ci maddəsinə
uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında
hər bir işəgötürən üzrə ştat
vahidlərinə dair cədvəl yaradır.
7.3.
Vakansiya bankının yaradılmasında fərdi məlumatların
informasiya ehtiyatlarının formalaşdırılması və
informasiya sistemlərinin yaradılması, onlara xidmət
göstərilməsi fəaliyyətinə lisenziyası olan və
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) elektron qaydada informasiya mübadiləsinə
dair razılaşması olan hüquqi şəxslər tərəfindən
toplanılmış informasiya ehtiyatlarından istifadə edilə
bilər.
7.4. Bu
qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları
bu qanunun 18.3-cü maddəsində nəzərdə
tutulmuş müddətdə elektron informasiya sisteminə daxil
etməyən işəgötürənlər qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 8. Məşğulluq sahəsində dövlətin vəzifələri
8.0. Məşğulluq
sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
8.0.1. məşğulluq sahəsində normativ
hüquqi bazanın təkmilləşdirilməsi;
8.0.2. istehsal qüvvələrinin səmərəli
yerləşdirilməsinə, yeni texnologiyaların
yaradılmasına, peşə bacarıqlarının
inkişaf etdirilməsinə, fərdi qaydada
sahibkarlığın və əmək fəaliyyətinin təşkilinə
və inkişafına, çevik iş rejiminin tətbiqinin həvəsləndirilməsinə
yönəldilən maliyyə-kredit, sığorta, investisiya və
vergi siyasəti tədbirlərinin hazırlanması;
8.0.3. işəgötürənlərə yeni
iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin
saxlanılmasına və inkişaf etdirilməsinə köməklik
göstərən tədbirlərin hazırlanması;
8.0.4.
irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən,
cinsindən, sağlamlıq imkanlarının məhdudluğu
(onların məhdud imkanlarına görə həyata
keçirilməsi çətinləşən hallardan
başqa) və ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən,
yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq bütün şəxslərə əmək və məşğulluğu
sərbəst seçmək hüququnun həyata keçirilməsində
bərabər imkanların təmin edilməsi;
8.0.5. şəxslərin qanun çərçivəsində
həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün
müdafiə edilməsi, sahibkarlığın və
özünüməşğulluğun inkişaf etdirilməsi
məqsədi ilə onlara köməklik göstərilməsi;
8.0.6. əmək fəaliyyətinin və məşğulluq
növünün seçilməsində şəxslərin
öz iradəsini sərbəst ifadə etməsinə şərait
yaradılması;
8.0.7. işaxtaran və işsiz şəxslərin
sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə
çətinlik çəkən şəxslərin məşğulluğunun
təmin edilməsinə köməklik göstərən tədbirlərin
görülməsi;
8.0.8. məşğulluq sahəsində fəaliyyətin
iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə
əlaqələndirilməsi;
8.0.9. sosial müdafiəyə xüsusi ehtiyacı
olan və işə düzəlməkdə çətinlik
çəkən şəxslər üçün əlavə
iş yerləri yaradan işəgötürənlərin həvəsləndirilməsi;
8.0.10. məşğulluğun təmin edilməsinə
yönəldilmiş tədbirlərin hazırlanmasında və
həyata keçirilməsində, onların yerinə yetirilməsinə
nəzarət sahəsində dövlət orqanlarının,
həmkarlar ittifaqlarının, işəgötürənlərin
birliklərinin fəaliyyətinin əlaqələndirilməsi;
8.0.11. Azərbaycan
Respublikası vətəndaşlarının ölkə
hüdudlarından kənarda, habelə daxili əmək
bazarının qorunması şərti ilə vətəndaşlığı
olmayan şəxslərin və əcnəbilərin Azərbaycan
Respublikasının ərazisində əmək fəaliyyəti
ilə məşğul olmasına şərait
yaradılması;
8.0.12. beynəlxalq əmək normalarına riayət
olunması;
8.0.13.
qeyri-formal məşğulluğun qarşısının
alınmasına yönəldilmiş stimullaşdırıcı
tədbirlərin həyata keçirilməsi;
8.0.14. təhsil sisteminin əmək bazarının tələblərinə
uyğunlaşdırılması;
8.0.15. işsizlikdən icbari sığortanın tətbiqi.
2-ci fəsil
MƏŞĞULLUQ
SAHƏSİNDƏ ŞƏXSLƏRİN HÜQUQLARI VƏ
DÖVLƏT TƏMİNATLARI
Maddə 9. Məşğulluq sahəsində şəxslərin
hüquqları
9.1. Məşğulluq
sahəsində şəxslər aşağıdakı
hüquqlara malikdirlər:
9.1.1. fəaliyyət növü, peşə, məşğuliyyət
və iş yerini sərbəst seçmək;
9.1.2. işəgötürənlərə bilavasitə
müraciət etmək yolu ilə, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) pulsuz
vasitəçiliyi ilə və ya əmək yarmarkaları, əmək
birjaları, kütləvi informasiya vasitələrində və
internet resurslarında elanlar verilməsi yolu ilə və
qanunla qadağan edilməyən digər vasitələrlə
iş yerini sərbəst seçmək;
9.1.3. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanda (qurumda) məşğulluq
növünü, iş yerini və iş rejimini seçmək
məqsədi ilə pulsuz peşəyönümü məsləhətləri
almaq, peşə hazırlığına və əlavə təhsilə
cəlb olunmaq, habelə əmək bazarına dair məlumat əldə
etmək;
9.1.4. əmək bazarında həyata keçirilən
aktiv məşğulluq tədbirlərində iştirak etmək;
9.1.5.
“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada və şərtlərlə işsizlikdən
sığorta olunmaq və sığorta ödənişi
almaq;
9.1.6. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqandan (qurumdan) və yaxud onun vəzifəli
şəxslərinin hərəkət və ya hərəkətsizliyindən
inzibati və ya məhkəmə qaydasında şikayət
etmək.
9.2.
Aşağıdakı hallar istisna olmaqla, şəxslərin
məcburi əməyə cəlb edilməsinə yol verilmir:
9.2.1. məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı olduqda;
9.2.2. hərbi xidmət zamanı;
9.2.3. hərbi və fövqəladə vəziyyət
zamanı.
Maddə 10. Əmək hüququnun həyata keçirilməsində
dövlət təminatları
10.1. Dövlət hər bir şəxsə əmək hüququnun həyata keçirilməsində aşağıdakı təminatları verir:
10.1.1. məşğulluq növünün, o cümlədən müxtəlif rejimli işin sərbəst seçilməsinə;
10.1.2. işdən əsassız çıxarılanların və ya işə qəbuldan əsassız imtina olunanların Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hüquqi müdafiəsinə;
10.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmasına.
10.2. Dövlət işaxtaranlara və işsiz şəxslərə aşağıdakı təminatları verir:
10.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə;
10.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşəyönümünə və peşə hazırlığına;
10.2.3. şəxsin yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla haqqı ödənilən ictimai işlərdə iştirakına;
10.2.4. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta ödənişinin ödənilməsinə;
10.2.5. özünüməşğulluğa köməklik göstərilməsinə;
10.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən digər aktiv məşğulluq tədbirlərində iştirakına;
10.2.7. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə işə qəbul olunarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallarda pulsuz tibbi müayinədən keçməsinə.
Maddə 11. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatlar
11.1. Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir.
11.2. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası və kvota şamil edilməyən müəssisələrin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
11.3. Kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir.
11.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
3-cü fəsil
MƏŞĞULLUĞUN TƏŞKİLİ
Maddə 12. Respublika və ərazi məşğulluq proqramları
12.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) və yerli özünüidarəetmə orqanları, işəgötürənlər birlikləri və həmkarlar ittifaqları bu qanuna uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərini nəzərdə tutan respublika və ərazi məşğulluq proqramları hazırlayırlar.
12.2. Respublika və ərazi məşğulluq proqramları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən hazırlanan iqtisadi və sosial inkişaf proqnozlarının göstəriciləri əsasında hazırlanır.
12.3. Respublika və ərazi məşğulluq proqramlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) təsdiq edir və onların həyata keçirilməsini təmin edir.
Maddə 13. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında məşğulluğu
Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə, bu qanuna, məşğulluq sahəsində Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tənzimlənir.
Maddə 14. İşədüzəltmədə vasitəçilik fəaliyyəti
14.1. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti (bundan sonra - işədüzəltmədə vasitəçilik fəaliyyəti) yalnız hüquqi şəxslər tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
14.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparır.
14.3. İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
14.4. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edirlər.
14.5. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər.
14.6. Bu qanunun 14-cü maddəsinin tələblərini pozmaqla işədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 15. Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri
15.1. Məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə həmkarlar ittifaqının, işəgötürənlərin birliklərinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil edən ictimai birliklərin bərabər sayda nümayəndələrindən ibarət məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri (bundan sonra - əlaqələndirmə komitələri) yaradılır.
15.2. Əlaqələndirmə komitələrinin səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.
Maddə 16. Məşğulluğun təmin edilməsində yerli özünüidarəetmə orqanlarının iştirakı
16.1. Yerli özünüidarəetmə orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:
16.1.1. öz vəsaiti hesabına işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlər təşkil etmək;
16.1.2. məşğulluğa kömək göstərilməsi məqsədi ilə bu qanunun 12-ci maddəsinə uyğun olaraq məşğulluq proqramlarının hazırlanmasında iştirak etmək;
16.1.3. məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin işində iştirak etmək;
16.1.4. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə uyğun olaraq yerli sosial müdafiə və sosial inkişaf proqramlarında əhalinin məşğulluğuna kömək göstərilməsi ilə bağlı əlavə təminatlar nəzərdə tutmaq.
16.2. Yerli özünüidarəetmə orqanları “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatlarını uçota alır və uçota aldığı gündən 1 (bir) ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verirlər.
Maddə 17. Məşğulluğun təmin edilməsində həmkarlar ittifaqlarının iştirakı
17.1. Həmkarlar ittifaqlarının, onların seçkili orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:
17.1.1. işçilərin kütləvi surətdə sərbəstləşdirilməsi ilə əlaqədar tədbirlərin başqa vaxta keçirilməsi və ya müvəqqəti dayandırılması haqqında işəgötürənlərə və ya onların yuxarı orqanlarına təkliflər vermək;
17.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğun təmin edilməsi, işə (xidmətə) qəbul, işdənçıxarma, sosial güzəştlərin və təminatların verilməsi məsələlərində şəxslərin müdafiəsini təmin etmək;
17.1.3. peşə standartlarının hazırlanması, qəbulu və tətbiqi, işçilərin təlimi, bacarıqlarının artırılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək.
17.2. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
17.3. İşəgötürənlər (onların birlikləri) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar), həmkarlar ittifaqlarının təklifi ilə məşğulluq məsələlərinə dair birgə məsləhətləşmələr aparırlar. Məsləhətləşmələrin yekunlarına görə məşğulluğa kömək göstərilməsinə dair tədbirlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutula bilər.
Maddə 18. Məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı
18.1. İşəgötürənlər dövlət məşğulluq siyasətinin həyata keçirilməsinə aşağıdakı əsaslarla kömək göstərirlər:
18.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək münasibətlərini tənzimləyən əmək müqavilələrinin (kontraktların), kollektiv müqavilələrin və ya sazişlərin şərtlərinə əməl edilməsi;
18.1.2. istehsalatın dayandırılması və ya işçilərin sərbəstləşdirilməsi təqdirində onların müdafiəsi üçün kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;
18.1.3. əlavə təhsil üçün şəraitin yaradılması və əlavə təhsilin təşkili;
18.1.4. sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin bu qanunla müəyyən olunmuş qaydada işə düzəldilməsi;
18.1.5. peşə standartlarının hazırlanması və tətbiqi, həmçinin peşə bacarıqlarının artırılması və qiymətləndirilməsi işinin həyata keçirilməsində iştirak edilməsi.
18.2. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər.
18.3. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər.
18.4. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər.
18.5. Bu qanunun 18.4-cü maddəsində nəzərdə tutulan hesabatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil edilir.
18.6. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə gəlmiş şəxsləri onlara bilavasitə müraciət etmiş şəxslərlə bərabər əsaslarla işə qəbul edirlər.
18.7. İşəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.
18.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilən və Azərbaycan Respublikasının Mülki, Əmək, Miqrasiya və Vergi məcəllələrinə uyğun olaraq fəaliyyət göstərən işəgötürənlər özlərinin işçi qüvvəsinə olan tələbatını (rəhbər və mütəxəssis vəzifələri də daxil olmaqla) ilk növbədə yerli kadrlardan istifadə etməklə və onların hazırlanması vasitəsilə ödəməlidirlər.
Maddə 19. İşaxtaranların və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə əlaqədar tədbirlər “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.
Maddə 20. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı
20.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmış işaxtaran və işsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə aşağıdakı hallarda həyata keçirilir:
20.1.1. işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;
20.1.2. işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə.
20.2. İşsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunur. İşaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar.
20.3. Peşə hazırlığının təşkili zamanı bu qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər üstün hüquqa malikdirlər.
20.4. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 21. Haqqı ödənilən ictimai işlərin təşkili
21.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər.
21.2. Haqqı ödənilən ictimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır. İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər.
21.3. Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslər faktiki yerinə yetirilən işə görə, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum əməkhaqqı məbləğindən az olmamaq şərti ilə əməkhaqqı alırlar.
21.4. Haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi haqqı ödənilən ictimai işləri təşkil edən müəssisələrin vəsaiti hesabına və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti hesabına həyata keçirilir.
21.5. Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 22. Peşəyönümünə dair məsləhət xidmətləri
22.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) gənclərin (təhsil müəssisələrinin tələbə və şagirdlərinin), işaxtaran və işsiz şəxslərin peşəyönümünün təşkili üçün onlarla müsahibələr və testlər keçirilməklə, təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərir.
22.2. Peşəyönümünə dair məsləhət xidmətləri aşağıdakı istiqamətlərdə göstərilir:
22.2.1. əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlandırma;
22.2.2. mövcud peşə və ixtisas üzrə işlə təmin edilmə və ya peşə hazırlığı və əlavə təhsilə cəlb olunma imkanları barədə məlumatlandırma;
22.2.3. işsiz şəxsin sosial-psixoloji xüsusiyyətləri, peşə, bilik, bacarıq və səriştələri, sağlamlıq vəziyyəti nəzərə alınaraq, əmək bazarının tələbatı əsasında ona iş yerinin və peşənin seçimində köməkliyin göstərilməsi.
22.3. Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Maddə 23. Əmək birjalarının və əmək yarmarkalarının təşkili
23.1. Əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən əmək birjaları vasitəsilə həyata keçirilir.
23.2. İşaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işəgötürənlərin qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən əmək yarmarkaları təşkil edilir.
23.3. Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Maddə 24. Özünüməşğulluğa kömək göstərilməsi
24.1. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:
24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi;
24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;
24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi;
24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi;
24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi.
24.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.
24.3. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır.
24.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir.
24.5. Bu qanunun 24.3-cü maddəsində göstərilən bazar qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.
24.6. Bu qanunun 24.3-cü maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həmin əmlak açıq hərracların keçirilməsi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən satılır.
24.7. Özünüməşğulluğa cəlb olunmuş şəxs bu qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.
24.8. Bu qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 (bir) il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilirlər.
24.9. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
24.10. İşsizlikdən sığorta ödənişini alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər.
24.11. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 25. İşəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi
25.1. Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
25.2. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.
25.3. Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir.
25.4. Əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.
25.5. Sosial iş yerlərinin təşkili zamanı əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
25.6. Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox olmamalıdır.
25.7. Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin digər iş yerləri üzrə əməkhaqqının məbləğinin 10 faizdən çox fərqlənə bilməz.
Maddə 26. Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi
26.1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən kvotadan əlavə iş yerləri, sosial müəssisələr yaradıla və məqsədli proqramlar həyata keçirilə bilər. Bu halda müəssisədə mövcud olan daimi vakansiyalar əlavə iş yerləri hesab edilmir.
26.2. Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin standartları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 27. Fərdi məşğulluq proqramı
27.1. İşsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur.
27.2. İşsiz şəxs hər ay həmin ayın sonuncu iş günü bitənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən fərdi məşğulluq proqramının icrası barədə elektron qaydada hesabat təqdim edir.
27.3. Fərdi məşğulluq proqramının icrası barədə hesabat işsiz şəxs tərəfindən təqdim edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişinin verilib-verilməməsi, işsiz kimi qeydiyyatın saxlanılıb-saxlanılmaması barədə qərar qəbul edir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görür.
4-cü fəsil
MƏŞĞULLUQ SAHƏSİNDƏ SOSİAL TƏMİNATLAR
Maddə 28. İşaxtaran və işsiz şəxslərin sosial təminatları
28.1. İşaxtaran və işsiz şəxslərə dövlət aşağıdakı təminatları verir:
28.1.1. müəssisədən sərbəstləşdirilmiş işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq təminatların verilməsi;
28.1.2. peşə hazırlığına cəlb olunduğu dövrdə təqaüdün ödənilməsi;
28.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara sığorta ödənişinin verilməsi;
28.1.4. Haqqı ödənilən ictimai işlərə cəlb olunması;
28.1.5. özünüməşğulluğa kömək göstərilməsi;
28.1.6. işəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi;
28.1.7. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi;
28.1.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiya edilməsi.
28.2. Qanunla müəyyən edilmiş qaydada şəxsin işsizlikdən sığorta ödənişi aldığı və aktiv məşğulluq tədbirlərinə cəlb olunduğu müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət ümumi əmək stajına daxil edilir.
28.3. Bu qanunun 28.1-ci maddəsi ilə müəyyən edilən təminatlar üzrə ödənişlər nağdsız qaydada həyata keçirilir.
Maddə 29. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüd
29.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.
29.2. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.
29.3. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
5-ci fəsil
QEYRİ-FORMAL
MƏŞĞULLUQ
Maddə 30. Qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi
30.1. Bu
qanunun 1.1.9-cu maddəsində göstərilən hallarda bu
qanunun 4.4-4.8-ci maddələrinə əsasən şəxsin
məşğulluğuna dair məlumatlar məşğul
şəxslərin reyestrinə daxil edilmədikdə,
qeyri-formal məşğulluğun aşkar edilməsi və
qarşısının alınması məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti həyata
keçirən orqanlar tərəfindən fəaliyyət
istiqamətlərinə uyğun olaraq birgə nəzarət tədbirləri
həyata keçirilir.
30.2.
Qeyri-formal məşğulluğun leqallaşdırılması
sahəsində nəzarəti həyata keçirən
orqanların bu qanunun 30.1-ci maddəsində nəzərdə
tutulan fəaliyyətinin əlaqələndirilməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
30.3.
Qeyri-formal məşğulluğun leqallaşdırılması
sahəsində nəzarət tədbirlərinin keçirilməsi
və əlaqələndirilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.
30.4.
Qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti həyata
keçirən orqanlar nəzarət tədbirlərinin həyata
keçirilməsi zamanı qeyri-formal məşğulluq
halları ilə bağlı aşkar edilmiş məlumatları
qanunla müəyyən edilmiş tədbirlər
görülməsi üçün aidiyyəti dövlət
orqanlarına, həmin məlumatlara dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi formada hesabatı isə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) təqdim etməlidirlər.
30.5.
Qeyri-formal məşğulluq qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur.
Maddə 31. “Qeyri-formal məşğulluğa nəzarət” vahid
elektron informasiya ehtiyatı
31.1.
Qeyri-formal məşğulluğun aşkar edilməsi və
qarşısının alınması məqsədi ilə əmək
ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının,
eləcə də qeyri-formal məşğulluğu müəyyən
etməyə imkan verən digər informasiya sistemlərinin və
ehtiyatlarının əmək müqaviləsi bildirişi
üzrə elektron informasiya sisteminə inteqrasiyası əsasında
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən “Qeyri-formal məşğulluğa
nəzarət” vahid elektron informasiya ehtiyatı
yaradılır.
31.2.
“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron
informasiya ehtiyatına inteqrasiyası tələb olunan
informasiya sistemlərinin və ehtiyatlarının
siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilir.
31.3. Bu
qanunun 30-cu maddəsində nəzərdə tutulmuş nəzarət
tədbirlərinin həyata keçirilməsi
üçün “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq risk qruplarının müəyyən
edilməsi, qeyri-formal məşğulluğun
qarşısının alınmasına dair preventiv tədbirlər
görülməsi və risk qiymətləndirilməsi
sisteminin müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanlar (qurumlar) tərəfindən tətbiqi “Qeyri-formal
məşğulluğa nəzarət” vahid elektron informasiya
ehtiyatı vasitəsilə həyata keçirilir.
Maddə 32. Qeyri-formal məşğulluq sahəsində maarifləndirmə
Qeyri-formal
məşğulluğun aşkar edilməsi və
qarşısının alınması məqsədi ilə
qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti həyata
keçirən orqanlar həmkarlar ittifaqları birlikləri və
işəgötürənlərin nümayəndəli
orqanları (birlikləri), habelə ictimai birliklər birgə
maarifləndirmə, məlumatlandırma və təbliğat
işini həyata keçirirlər, “Reklam haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar
sifariş edirlər, xüsusi bülletenlər və digər
nəşrlər buraxırlar.
6-cı fəsil
YEKUN
MÜDDƏALAR
Maddə 33. Qanunun pozulmasına görə məsuliyyət və
mübahisələrin həlli
33.1. Bu
qanunun tələblərinin pozulmasına görə fiziki,
hüquqi və vəzifəli şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş hallarda məsuliyyət
daşıyırlar.
33.2. Bu
qanunun tələblərinin pozulmasına görə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən
toplanılan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanların
(qurumların) işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
maddi-texniki bazasının
yaxşılaşdırılması məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanların (qurumların) hesablarına
köçürülür. Bu vəsaitlərin
bölgüsü və onlardan istifadə edilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
33.3. Məşğulluq
sahəsində mübahisələr inzibati qaydada və məhkəmə
qaydasında həll edilir.
Maddə 34. Məşğulluq sahəsində beynəlxalq əməkdaşlıq
Məşğulluq sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həyata keçirilir.
Maddə 35. Məşğulluq sahəsində nəzarət
35.1. Bu qanunun tələblərinə əməl olunmasına nəzarət həmkarlar ittifaqlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
35.2. Bu qanunun 35.1-ci maddəsində göstərilən nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Maddə 36. Keçid müddəa
Bu qanun qüvvəyə mindiyi günədək işsiz kimi qeydiyyata alınmış şəxslərin qeydiyyatı bu qanun qüvvəyə mindikdən sonra da saxlanılır.
Maddə 37. Qanunun qüvvəyə minməsi
Bu qanun qüvvəyə mindiyi gündən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2001-ci il 2 iyul tarixli 170-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 522, ¹ 12, maddə 731; 2003, ¹ 1, maddə 16; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 341, ¹ 7, maddə 602; 2010, ¹ 11, maddə 949; 2011, ¹ 2, maddə 71, ¹ 10, maddə 884; 2014, ¹ 11, maddə 1344, ¹ 12, maddə 1528; 2017, ¹ 7, maddə 1280) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2018-ci il
Azərbaycan.- 2018.- 29 avqust.- S.3-4-5.