Türkiyə Böyük
Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib
Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 28-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
Jurnalistlərə müsahibəsində Binəli Yıldırım qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini dost və qardaş Azərbaycana edir.
Səfər çərçivəsində bir sıra yüksək səviyyəli
görüşlər keçirəcəyini qeyd
edən parlament sədri deyib:
“Azərbaycan və Türkiyə əlaqələri “bir millət, iki dövlət"
şüarı ilə bütün sahələrdə
sürətlə genişlənir. İki
ölkə həm regional, həm də
beynəlxalq məsələlərdə əməkdaşlıq
edir. Bu səfərin
ölkələrimiz, o cümlədən
parlamentlərimiz arasındakı münasibətlərin daha da inkişafına
töhfə verəcəyinə inanıram”.
Azərbaycan.- 2018.- 29 avqust.- S.6.