“Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹3, maddə 509) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

 

“Müşahidə Şurasının sədri

 

Məmmədəliyev Yusuf Ülfət oğlu      - Azərbaycan   Respublikası   Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu             - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Vəliyeva Məhəbbət Məhərrəm qızı    - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu              - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Kərimli Mətin İmdad oğlu                 - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məcidova Məryəm Teymur qızı         - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu               - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Vəliyev  Seymur Aydın oğlu             - “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin  sədri

Ağabəyli Murad Asif oğlu                 - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini.”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 avqust 2018-ci il

 

Azərbaycan.- 2018.- 30 avqust.- S.2.