“Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli
188 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanını “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1085-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 498; 2001, ¹ 7, maddə 459; 2002, ¹ 8, maddə 487; 2006, ¹ 9, maddə 743; 2007, ¹ 5, maddə 459, ¹ 6, maddə 611; 2008, ¹ 3, maddə 170; 2017, ¹ 5, maddə 767) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.8-ci bənddə “və üçüncü hissələrində və beşinci hissəsinin ikinci cümləsində” sözləri “, üçüncü və beşinci hissələrində” sözləri ilə əvəz edilsin.
2. 2.9-cu bənd ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust
2018-ci il
Azərbaycan.- 2018.- 30 avqust.- S.6.