Binəli Yıldırım: Türkiyə-Azərbaycan
əlaqələri gündən-günə daha
da inkişaf edir
Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədədir. İstər ikitərəfli əlaqələrdə, istərsə də regional məsələlərdə mövqeyimiz eynidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.
Hər iki dövlətin yeni vəzifəyə başlayan rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etdiyini vurğulayan Binəli Yıldırım deyib: “Bu, ölkələrimiz arasında formalaşan gözəl ənənədir. Biz də bu ənənəni davam etdiririk. Türkiyə Böyük Millət Məclisinin yeni sədri olaraq ilk səfərlərimdən birini dost və qardaş Azərbaycana etmişəm”.
Türkiyə Böyük
Millət Məclisinin sədri səfər çərçivəsində
bir sıra yüksək səviyyəli
görüşlər keçirdiyini, səmərəli
müzakirələr apardığını qeyd
edib. Ulu öndər Heydər Əliyevin “Bir
millət, iki dövlət” kəlamını
xatırladan parlament sədri ölkələrimiz
arasında ticarət əlaqələrinin və
qarşılıqlı sərmayə qoyuluşunun
genişləndiyini, strateji layihələrin
davamlı olaraq həyata keçirildiyini,
bütün istiqamətlərdə əlaqələrimizin
gündən-günə daha da inkişaf etdiyini vurğulayıb.
Azərbaycan.- 2018.- 30 avqust.- S.2.