Azərbaycan Gürcüstanın
üçün
mühüm strateji tərəfdaşdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Zurab Pataradze fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Zurab Pataradze etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstanın fəal əməkdaşlığı nəticəsində həyata keçirilən bir sıra mühüm qlobal layihələrin təkcə bölgə üçün deyil, daha geniş məkanda böyük önəm daşıdığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirərək, səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.
Zurab Pataradze
qeyd etdi ki, o, dost
Azərbaycana səfir vəzifəsinə təyin
olunmasından şərəf hissi duyur. Azərbaycanın Gürcüstan
üçün mühüm
strateji tərəfdaş olduğunu
vurğulayan Zurab Pataradze iki ölkə
arasında qardaşlıq münasibətlərinin daim möhkəmlənəcəyinə əminliyini
ifadə etdi. Səfir fəaliyyəti
dövründə siyasi, iqtisadi,
ticarət, humanitar və digər sahələrdə
əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində
səylərini əsirgəməcəyini bildirdi.
Azərbaycan.- 2018.- 30 avqust.- S.1.