İsmayıllının aqrar sektoruna yeni töhfələr bəxş olundu

 

Dövlət başçısının xeyir-duası ilə iri heyvandarlıq kompleksi, aqropark 3000 tonluq soyuducu-saxlama kamerasının istifadəyə verilməsi kənd adamlarını daha böyük uğurlara imza atmağa sövq edir

 

Qədim oğuz yurdu olan İsmayıllıda, tarixin çoxsaylı keşməkeşlərindən keçən bu məkanda əsl bayram ab-havası hiss olunmaqdadır. Onsuz da regionlara verilən dövlət dəstəyindən kifayət qədər nəsibini alan, sosial-iqtisadi həyatın bütün sahələri üzrə inkişafda olan İsmayıllı rayonunun sakinlərinin sevincli olmaları heç də əbəs deyil. Prezident İlham Əliyevin növbəti dəfə bölgə vətəndaşının görüşünə gəlməsi xoş ovqat doğurmaya bilməzdi. Lahıc qəsəbəsində sakinlərlə səmimi görüş zamanı dediyi kimi, həqiqətən də əlidolu gəlmişdi.

Açılışı olan obyektlərə, onların rayonun iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olmasına nəzər yetirdikdə səfərin möhtəşəmliyi bir daha diqqəti özünə cəlb edir. İstər yol infrastrukturu, istərsə də məktəbin, təbii qaz xətlərinin, elektrik yarımstansiyasının, “Azərxalça” MMC-nin İsmayıllı filialının istifadəyə verilməsi vacib məsələlər idi.

 

Yüzlərlə insan üçün yeri

 

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov qeyd olunanlarla yanaşı, aqrar sahə üzərində xüsusi olaraq dayandı. Bildirdi ki, respublikamızın digər bölgələrində olduğu kimi, İsmayıllı rayonunun kənd təsərrüfatında da son illər bir yüksəliş, dinamik inkişaf müşahidə olunmaqdadır. Son 3-4 ildə rayonda 1530 hektar sahədə fındıq, 609 hektar sahədə üzüm, 258 hektar sahədə meyvə bağları salınıb. Bağlarda aqrotexniki qaydalara əməl olunur. Bu sahədə yüzlərlə insan işlə təmin edilib.

H.Həsənov “AZZA AGRO” MMC-nin müasir heyvandarlıq kompleksinin və “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın əhəmiyyətini xüsusi qeyd etdi. Fikrinibu şəkildə izah etdi ki, aqrar sektor ölkənin sosial-iqtisadi inkişafında, həmçinin regionlarda yaşayan insanların məşğulluğunun artırılmasında müstəsna rol oynayır. Dünya enerji bazarında yaşanan problemlərin Azərbaycan iqtisadiyyatına müəyyən təsiri nəticəsində iqtisadiyyatın digər sektorlarında işini itirən insanların bir hissəsinin yenidən kənd təsərrüfatına üz tutması ilə əlaqədar aqrar sektorun əməktutumlu sahələrinin inkişaf etdirilməsi zərurəti yaranmışdı. Bu sahələrə tütünçülük, baramaçılıq, pambıqçılıq, tərəvəzçilik və kartofçuluq kimi istehsal sahələri daxildir. Paralel olaraq iri komplekslərin, emal müəssisələrinin yaradılması xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmişMilli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sənəd çərçivəsində kənd təsərrüfatının inkişafının prioritet elan olunması da məhz bu məqsədlərə xidmət edir.

Bütün bu məsələlərin həlli Azərbaycan dövlətinin iqtisadi siyasətinin əsas xəttini təşkil edir. İsmayıllı rayonunda bu ilin avqust ayında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 9 sosial-iqtisadi obyektin açılışı məhz həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir.

 

 

 

Sahibkar dövlət dəstəyindən məmnundur

 

İsmayıllı rayonunun Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin rəhbəri Nəriman Hüseynov da müəssisələrinin məhz dövlət başçısının xeyir-duası ilə açılmasından məmnun olduqlarını qeyd etdi. O, ölkə rəhbərinin həmişə sahibkarlara dəstək verməsini və mövcud layihənin də məhz bunun sayəsində mümkünləşməsini nəzərə çatdırdı. Bildirdi ki, müasir texnologiyaların tətbiqinə əsaslanan kompleksin birinci mərhələsi üzrə işlərin görülməsinə 9,5 milyon manat investisiya qoyulub. Bunun da 3,5 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb.

Bundan əlavə, kompleksə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib və nəticədə xeyli vəsaitə qənaət olunub. Kompleksin tərkibinə ferma binaları, doğum, sağım və buzovlar üçün bölmələr, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir.

Nəriman Hüseynov məlumat verdi ki, buradaAqrolizinq” ASC vasitəsilə ilkin olaraq gətirilmiş “Holstein Friesian” cinsindən olan inəklər, kompleksdə yeni doğulmuş buzovlar, İsveçinDeLaval” şirkətinin ferma və sağım sistemi avadanlıqları, AlmaniyaHollandiya istehsalı olan kənd təsərrüfatı texnika və aqreqatları var. Kompleksə gətirilmiş 99 başHolstein Friesian” cinsindən olan boğaz düyədən əlavə, bu ilin sentyabrnoyabr aylarında 201 baş cins düyənin gətirilməsi və gələcəkdə heyvanların baş sayının 1600-ə çatdırılması nəzərdə tutulur. Heyvandarlıq kompleksində bu sahədə dünya liderlərindən olan İsveçinDeLaval” şirkətinin ferma və sağım sistemi avadanlıqları quraşdırılıb. Bu sistem hər bir cins heyvana fərdi yanaşmaqla, onların yaşı, çəkisi, yem rasionu, süd verimi, sağlamlıq vəziyyəti və digər məlumatları xüsusi çiplərdə toplayaraq kompleksin səmərəli idarə olunmasına imkan verir. Belə ki, heyvanların yemlənməsi və sağılması zamanı çiplər vasitəsilə yığılan məlumatlar xüsusi proqramda toplanılaraq hər bir heyvan üzrə gündəlik yem norması müəyyən olunur, sağlamlıq vəziyyəti təhlil edilir. Sistemin daha bir xüsusiyyəti hər bir cins heyvan üçün qüvvəli yemin müəyyən olunmuş vaxtdamiqdarda avtomatlaşdırılmış qaydada verilməsidir. Ferma binalarında quraşdırılmış pərdələr havanın temperaturuna, rütubətlilik səviyyəsinə və günəşin düşmə bucağına görə avtomatik olaraq tənzimlənir. Bundan başqa, fermaların daxili temperaturunun tənzimlənməsi məqsədilə su ilə sərinləşdirilən avtomatik idarə olunan pərlər quraşdırılıb. Bütün bunlar cins heyvanların südünün kəmiyyətinin və keyfiyyətinin artırılmasına imkan verir.

Fikirlərini davam etdirən N.Hüseynov deyir: “Heyvandarlığın inkişaf etdirilməsi, heyvandarlıq məhsullarının həcminin artırılmasında, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında və onun maya dəyərinin aşağı salınmasında mühüm məsələlərdən biriyerli istehsal hesabına davamlı yem bazasının yaradılmasıdır. Bu məqsədlə kompleks tərəfindən qüvvəli və qaba yemə olan tələbatın ödənilməsi üçün cari ildə 500 hektar sahədə arpayonca əkilib, 2,1 min ton silos ehtiyatı yaradılıb. Gələcəkdə əkin sahələrinin 800 hektara çatdırılması nəticəsində kompleksin yem tələbatının tam daxili imkanlar hesabına təmin edilməsi, eləcə də ət və süd məhsullarının emalı sahələrinin yaradılması nəzərdə tutulur. Belə ki, kompleksin daha mənfəətlə fəaliyyət göstərməsi məqsədilə gündəlik emal gücü 10 ton süd və 1 ton ət olan emal sahələrində istehsal ediləcək ekoloji təmiz məhsullar “AZZA” brendi adı altında şirkətə məxsus mağazalar şəbəkəsində satışa çıxarılacaq”.

Layihənin icrası nəticəsində 14 nəfər işlə təmin olunub. Gələcəkdə yerlərinin 70-ə çatdırılması nəzərdə tutulur.

 

İsmayıllı tərəvəzləri - özümüzə çatacaq, xaricə ixrac olunacaq

 

 

 

Prezident İlham Əliyev tərəfindən İsmayıllı rayonunun Kürdmaşı kəndində açılışı olan obyektlərdən biri də “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkdır.

Buta QrupMMC-nin anbar meneceri Raqub Vəliyev məlumat verdi ki, ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir. Aqroparkda cari ildə 120 hektarda buğda, 120 hektarda kartof və 96 hektarda qarğıdalı əkilib. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi üçün 2 su anbarı inşa edilib, suelektrik xətləri çəkilib, ilkin olaraq 90 hektar sahədə müasir pivot suvarma sistemi qurulub, müxtəlif kənd təsərrüfatı təyinatlı texnikaaqreqatlar alınıb.

Müsahibimizin sözlərinə görə, aqroparkın 3 min ton tutumu olan soyuducu anbar kompleksi məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılmasına imkan verir. Anbarda gücü saatda 15 ton çeşidləmə və 10 ton olan paketləmə xətləri quraşdırılıb. Bu avadanlıq hesabına sahədən yığılan ekoloji təmiz məhsullar ölçülərinə görə çeşidləndikdən sonra paketlənərək aqroparkın soyuducu anbar kompleksində saxlanılır və əsasən qeyri-mövsüm dövründə satışa çıxarılır. Kartofçuluq üzrə ixtisaslaşan aqroparkda il ərzində təqribən 2,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunaraq “İsmayıllı Tərəvəzləri” brendi altında yerlixarici bazarlarda satışa çıxarılacaq.

Aqroparkda AlmaniyaHollandiyadan gətirilmiş super elitelit toxumlardan ölkəmizin müxtəlif regionlarının iqlim şəraiti və torpaq strukturuna uyğun yüksəkkeyfiyyətli toxumların yetişdirilməsi nəzərdə tutulur. Növbəli əkin sisteminin tətbiqi, eləcə də aqrotexniki qaydalara düzgün riayət olunmaqla aqroparkda yüksəkkeyfiyyətli kartof sortları əkilir ki, onların hər hektarda orta məhsuldarlığı 45-50 ton təşkil edir.

Gələcəkdə aqroparkda məhsul istehsalının üç dəfə artırılması, soyuducu anbar kompleksinin 15 min tona çatdırılması və bitki yağları istehsalı sahəsinin yaradılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 24 nəfər işlə təmin olunub.

Beləliklə, qədirbilən İsmayıllı camaatı son illər rayonda əldə olunmuş nailiyyətlərə, iqtisadi irəliləyişə, onlara göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edir. Onlar göstərilən etimadı qarşıdakı illərdə də doğrultmaq üçün bütün səy və bacarıqlarını birləşdiriblər.

 

Əli SƏLİMOV,

 

Azərbaycan 2018.-31 avqust.- S.1;3.