“Azərbaycan”Azərbaycanın
sənaye potensialı genişlənir
Bu il Azərbaycanın paytaxtında, eləcə
də iri şəhərlərində, ayrı-ayrı
rayonlarında bir sıra yeni sənaye müəssisələri,
sosial obyektlər, yaşayış evləri, digər tikililər
istifadəyə verilib. Bunların arasında iri zavodlar,
elektrik yarımstansiyaları, tibb müəssisələri,
ümumtəhsil məktəbləri, idarə binaları və
s. var. Bu il bir sıra yeni yolların da
açılışı olub, infrastruktur layihələri
yekunlaşıb. Prezident İlham Əliyev yeni
tikililərin bir çoxunun açılışında
iştirak edib.
Azərbaycanın sənaye xəritəsindəki yeni
müəssisələrdən elələri var ki, ölkəmizin
yaratdığı beynəlxalq əməkdaşlıq və
tərəfdaşlıq əlaqələrinin bəhrəsidir. İran
İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu
ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı
açılış mərasimi keçirilmiş “Xəzər”
Avtomobil Zavodu buna aydın misaldır. Bu
müəssisəni Neftçala Sənaye Məhəlləsində
“Azərmaş” ASC və “İran Khodro” şirkətləri
birgə yaradıblar.
“Xəzər”də İran İslam Respublikasının
və Avropanın aparıcı ölkələrinin müasir
texnologiyaları əsasında müxtəlif avtomobil modelləri
istehsal olunur.
Zavodun dəyəri 15 milyon ABŞ
dollarıdır, səhmlərinin 75 faizi “Azərmaş”a, 25
faizi “İran Khodro” şirkətinə məxsusdur. Burada buraxılan avtomobillər “Made in Azerbaijan” brendi
altında yerli və xarici bazarlara çıxarılacaq.
İlkin mərhələdə zavodda ildə 10 min, daha
sonra 15 min avtomobil istehsal ediləcək. Yaxın gələcəkdə
isə buraxılan avtomobillərin sayı 50 minə
çatacaq. Həmin avtomobillərin hissələrinin
istehsalının təşkili də nəzərdə tutulur
ki, bunun üçün Azərbaycanın özəl
sektorunun sərmayə qoyuluşu ilə ayrıca şirkət
yaradılacaq.
İyul ayında isə Sumqayıt Kimya Sənaye
Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində
inşa edilən polipropilen zavodunun açılışı
oldu. Açılış mərasimində Prezident
İlham Əliyevlə yanaşı, ölkəmizdə rəsmi
səfərdə olan İtaliyanın dövlət
başçısı Sercio Mattarella da iştirak etdi.
Xatırladaq ki, “SOCAR Polymer” şirkəti Azərbaycanda
kimya sənayesinin inkişafını sürətləndirmək
məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci ildə
isə ən yüksək standartlara və müasir
texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli
qoyulub ki, onlardan biri artıq fəaliyyətdədir.
Hazırda ölkəmiz
aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı
polietileni isə idxal edir. Layihənin əsas məqsədi
idxalın yerli məhsulla əvəz olunması və ölkənin
ixrac potensialının artırılmasıdır.
“SOCAR
Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen
və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı
polietilen istehsal edəcək. Bu məhsullar
sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli
rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə
əlavə stimul verəcək. İstehsal
edilən məhsulun nəql intensivliyi gündə təqribən
60 yük maşını təşkil edəcək.
Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana
ləvazimatı, avtomobil hissələri, elektron və elektrik
cihazları və başqa bu kimi sektorlarda geniş
çeşidli istehlak mallarının və dəstləşdirmə
hissələrinin istehsalında istifadə olunan əsas ilkin
materialdır.
Polipropilen ticarət həcminə görə də
ən vacib plastik məhsullardan sayılır. “Ekoloji cəhətdən təmiz plastik”
adlandırılan polipropilen qida məhsullarının
qablaşdırılması və tibb sənayesinə aid
bütün sahələrdə istifadə oluna bilər.
“SOCAR
Polymer”in polipropilen zavodunda, bazar araşdırmasına əsasən,
3 növdə - homopolimer, zərbəyə davamlı
so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal
olunacaq. Qeyd edək ki, “SOCAR Polymer” Azərbaycanın
neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı
üzrə yaradılan ilk şirkətdir.
İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi
isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan
Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin
edilib.
Azərbaycanın sənaye xəritəsindəki yeni
ünvanlardan ikisi “Mingəçevir Tekstil” MMC-yə məxsusdur. Bunlar iplik
istehsalı müəssisələridir. Bu
müəssisələrin açılışı cari ilin
fevral ayında olub.
Hazırda
respublikada illik istehsal gücü 24,6 min
ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə
inkişafı, innovativ texnologiyaların tətbiqi və
yüksək məhsuldarlığın əldə
olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan
yeni istehsal və emal sahələrinin təşkilinə
ehtiyac yaranıb. Mingəçevir Sənaye
Parkının ərazisində 14,5 hektar
sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud
Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki
də belə müəssisələrdəndir.
Müasir texnologiyalar əsasında yaradılmış
fabriklər Almaniya, İsveçrə, İspaniya və
Yaponiyanın aparıcı şirkətlərinin
avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq
mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open
End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif
cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu
ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və
yumşaq olduğu üçün uzun lifli pambıqdan
alınır və daha bahalıdır. Bu məhsuldan
əsasən köynəklər istehsal olunacaq.
“Open End” üsulu ilə alınan iplik daha kobud
olduğundan əsasən cins və digər geyimlərin
istehsalında işlədiləcək.
Bu cür müəssisələrin istifadəyə
verilməsi ölkədə toxuculuq sənayesinin
inkişafına, yerli istehsal müəssisələrinin
davamlı, keyfiyyətli və ucuz xammalla təmin
olunmasına, eləcə də istehsal edilən
pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində
ölkəyə əlavə valyuta daxil olacaq. Bu, həmçinin
sənaye sahəsində idxaldan asılılığın
azaldılması, ixrac potensialının
artırılması, milli tekstil brendlərin
yaradılması, ixtisaslı kadrların hazırlanması və
yeni iş yerlərinin açılması baxımından
xüsusi əhəmiyyət kəsb edir.
Parkda sənaye məhsulları istehsalı üzrə
müxtəlif ixrac potensiallı və rentabelli fabrik və
zavodların yaradılması istiqamətində
araşdırmalar aparılır.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət
göstərən filiallarının da sayı artmaqdadır. Xaçmaz filialının
rəsmi açılışı isə may ayında olub. Bu vaxtadək ölkənin bir sıra rayonlarında
yeni xalçaçılıq müəssisələri fəaliyyətə
başlayıb. Daha bir filialın
Xaçmazda açılması təsdiqləyir ki,
hazırda Azərbaycan xalça sənəti
özünün əsl dirçəliş dövrünü
yaşayır.
Ümumi
sahəsi 1252,9 kvadratmetr olan filialın
binası 0,37 hektar sahədə yerləşir. Burada
150 nəfər toxucu, 12 nəfər inzibati-təsərrüfat
işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, rəssam otağı,
anbar, yeməkxana, tibb otağı, xalça-satış
salonu və sair bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda
Azərbaycan xalçaları toxunacaq. Əsasən
Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran
rayonlarının kəndlərində toxunan tarixi və
orijinal Şirvan çeşniləri əsasında
xalçaların toxunmasına üstünlük veriləcək.
Bu çeşnilər dünya muzeylərində, şəxsi
kolleksiyalarda mühafizə olunan, həmçinin
respublikanın ayrı-ayrı bölgələrindən
toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən
hazırlanıb.
Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif
rəngli yun iplərlə, həvə, qayçı,
bıçaq kimi alətlərlə təmin edilib. Toxucular
Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir.
Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında
iştirak edib, xalçaçılıq üzrə
bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Tədris-hazırlıq kursları filial fəaliyyətə
başladıqdan sonra da öz işini davam etdirəcək və
bu kursların məzunları “Azərxalça” ASC-nin
sertifikatını alacaqlar. Xalça-satış
salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və
xalça məmulatlarının sərgilənməsi və
satışı həyata keçiriləcək.
Açılış
mərasimində iştirak edən Prezident İlham Əliyev
demişdir: “İki il əvvəl mənim sərəncamımla
“Azərxalça” Səhmdar Cəmiyyəti
yaradılmışdır və qarşıya vəzifə
qoyulmuşdu ki, bu təşkilat xalçaçılıq sənətini
yaşatsın, inkişaf etdirsin və ölkəmizin müxtəlif
yerlərində 30 xalça fabriki açılsın. Bu
fabrik sayca dördüncüdür və gələn ilin
sonuna qədər artıq 30 fabrik işə düşəcək,
minlərlə iş yeri yaradılacaqdır. Xalçaçılıq
bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər
boyu yaşadır”.
Azərbaycanda həyata keçirilən tikinti-quruculuq
işləri, sosial-iqtisadi əhəmiyyətli müəssisələrin
işə salınması davamlı prosesdir. Belə ki, bir
çox obyektlərin tikintisi davam etdirilir, yaxud başa
çatmaq üzrədir. Deməli, ilin
sonunadək ölkəmizin sənaye xəritəsi daha da zənginləşəcək.
Flora
SADIQLI,
“Azərbaycan”Azərbaycanın
sənaye potensialı genişlənir
31 Avgust
2018
Bu il Azərbaycanın paytaxtında, eləcə
də iri şəhərlərində, ayrı-ayrı
rayonlarında bir sıra yeni sənaye müəssisələri,
sosial obyektlər, yaşayış evləri, digər tikililər
istifadəyə verilib. Bunların arasında iri zavodlar,
elektrik yarımstansiyaları, tibb müəssisələri,
ümumtəhsil məktəbləri, idarə binaları və
s. var. Bu il bir sıra yeni yolların da
açılışı olub, infrastruktur layihələri
yekunlaşıb. Prezident İlham Əliyev yeni
tikililərin bir çoxunun açılışında
iştirak edib.
Azərbaycanın sənaye xəritəsindəki yeni
müəssisələrdən elələri var ki, ölkəmizin
yaratdığı beynəlxalq əməkdaşlıq və
tərəfdaşlıq əlaqələrinin bəhrəsidir. İran
İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu
ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı
açılış mərasimi keçirilmiş “Xəzər”
Avtomobil Zavodu buna aydın misaldır. Bu
müəssisəni Neftçala Sənaye Məhəlləsində
“Azərmaş” ASC və “İran Khodro” şirkətləri
birgə yaradıblar.
“Xəzər”də İran İslam Respublikasının
və Avropanın aparıcı ölkələrinin müasir
texnologiyaları əsasında müxtəlif avtomobil modelləri
istehsal olunur.
Zavodun dəyəri 15 milyon ABŞ
dollarıdır, səhmlərinin 75 faizi “Azərmaş”a, 25
faizi “İran Khodro” şirkətinə məxsusdur. Burada buraxılan avtomobillər “Made in Azerbaijan” brendi
altında yerli və xarici bazarlara çıxarılacaq.
İlkin mərhələdə zavodda ildə 10 min, daha
sonra 15 min avtomobil istehsal ediləcək. Yaxın gələcəkdə
isə buraxılan avtomobillərin sayı 50 minə
çatacaq. Həmin avtomobillərin hissələrinin
istehsalının təşkili də nəzərdə tutulur
ki, bunun üçün Azərbaycanın özəl
sektorunun sərmayə qoyuluşu ilə ayrıca şirkət
yaradılacaq.
İyul ayında isə Sumqayıt Kimya Sənaye
Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində
inşa edilən polipropilen zavodunun açılışı
oldu. Açılış mərasimində Prezident
İlham Əliyevlə yanaşı, ölkəmizdə rəsmi
səfərdə olan İtaliyanın dövlət
başçısı Sercio Mattarella da iştirak etdi.
Xatırladaq ki, “SOCAR Polymer” şirkəti Azərbaycanda
kimya sənayesinin inkişafını sürətləndirmək
məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci ildə
isə ən yüksək standartlara və müasir
texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli
qoyulub ki, onlardan biri artıq fəaliyyətdədir.
Hazırda ölkəmiz
aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı
polietileni isə idxal edir. Layihənin əsas məqsədi
idxalın yerli məhsulla əvəz olunması və ölkənin
ixrac potensialının artırılmasıdır.
“SOCAR
Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen
və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı
polietilen istehsal edəcək. Bu məhsullar
sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli
rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə
əlavə stimul verəcək. İstehsal
edilən məhsulun nəql intensivliyi gündə təqribən
60 yük maşını təşkil edəcək.
Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana
ləvazimatı, avtomobil hissələri, elektron və elektrik
cihazları və başqa bu kimi sektorlarda geniş
çeşidli istehlak mallarının və dəstləşdirmə
hissələrinin istehsalında istifadə olunan əsas ilkin
materialdır.
Polipropilen ticarət həcminə görə də
ən vacib plastik məhsullardan sayılır. “Ekoloji cəhətdən təmiz plastik”
adlandırılan polipropilen qida məhsullarının
qablaşdırılması və tibb sənayesinə aid
bütün sahələrdə istifadə oluna bilər.
“SOCAR
Polymer”in polipropilen zavodunda, bazar araşdırmasına əsasən,
3 növdə - homopolimer, zərbəyə davamlı
so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal
olunacaq. Qeyd edək ki, “SOCAR Polymer” Azərbaycanın
neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı
üzrə yaradılan ilk şirkətdir.
İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi
isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan
Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin
edilib.
Azərbaycanın sənaye xəritəsindəki yeni
ünvanlardan ikisi “Mingəçevir Tekstil” MMC-yə məxsusdur. Bunlar iplik
istehsalı müəssisələridir. Bu
müəssisələrin açılışı cari ilin
fevral ayında olub.
Hazırda
respublikada illik istehsal gücü 24,6 min
ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə
inkişafı, innovativ texnologiyaların tətbiqi və
yüksək məhsuldarlığın əldə
olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan
yeni istehsal və emal sahələrinin təşkilinə
ehtiyac yaranıb. Mingəçevir Sənaye
Parkının ərazisində 14,5 hektar
sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud
Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki
də belə müəssisələrdəndir.
Müasir texnologiyalar əsasında yaradılmış
fabriklər Almaniya, İsveçrə, İspaniya və
Yaponiyanın aparıcı şirkətlərinin
avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq
mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open
End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif
cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu
ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və
yumşaq olduğu üçün uzun lifli pambıqdan
alınır və daha bahalıdır. Bu məhsuldan
əsasən köynəklər istehsal olunacaq.
“Open End” üsulu ilə alınan iplik daha kobud
olduğundan əsasən cins və digər geyimlərin
istehsalında işlədiləcək.
Bu cür müəssisələrin istifadəyə
verilməsi ölkədə toxuculuq sənayesinin
inkişafına, yerli istehsal müəssisələrinin
davamlı, keyfiyyətli və ucuz xammalla təmin
olunmasına, eləcə də istehsal edilən
pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində
ölkəyə əlavə valyuta daxil olacaq. Bu, həmçinin
sənaye sahəsində idxaldan asılılığın
azaldılması, ixrac potensialının
artırılması, milli tekstil brendlərin
yaradılması, ixtisaslı kadrların hazırlanması və
yeni iş yerlərinin açılması baxımından
xüsusi əhəmiyyət kəsb edir.
Parkda sənaye məhsulları istehsalı üzrə
müxtəlif ixrac potensiallı və rentabelli fabrik və
zavodların yaradılması istiqamətində
araşdırmalar aparılır.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət
göstərən filiallarının da sayı artmaqdadır. Xaçmaz filialının
rəsmi açılışı isə may ayında olub. Bu vaxtadək ölkənin bir sıra rayonlarında
yeni xalçaçılıq müəssisələri fəaliyyətə
başlayıb. Daha bir filialın
Xaçmazda açılması təsdiqləyir ki,
hazırda Azərbaycan xalça sənəti
özünün əsl dirçəliş dövrünü
yaşayır.
Ümumi
sahəsi 1252,9 kvadratmetr olan filialın
binası 0,37 hektar sahədə yerləşir. Burada
150 nəfər toxucu, 12 nəfər inzibati-təsərrüfat
işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, rəssam otağı,
anbar, yeməkxana, tibb otağı, xalça-satış
salonu və sair bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda
Azərbaycan xalçaları toxunacaq. Əsasən
Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran
rayonlarının kəndlərində toxunan tarixi və
orijinal Şirvan çeşniləri əsasında
xalçaların toxunmasına üstünlük veriləcək.
Bu çeşnilər dünya muzeylərində, şəxsi
kolleksiyalarda mühafizə olunan, həmçinin
respublikanın ayrı-ayrı bölgələrindən
toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursların məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev demişdir: “İki il əvvəl mənim sərəncamımla “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılmışdır və qarşıya vəzifə qoyulmuşdu ki, bu təşkilat xalçaçılıq sənətini yaşatsın, inkişaf etdirsin və ölkəmizin müxtəlif yerlərində 30 xalça fabriki açılsın. Bu fabrik sayca dördüncüdür və gələn ilin sonuna qədər artıq 30 fabrik işə düşəcək, minlərlə iş yeri yaradılacaqdır. Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır”.
Azərbaycanda həyata keçirilən tikinti-quruculuq işləri, sosial-iqtisadi əhəmiyyətli müəssisələrin işə salınması davamlı prosesdir. Belə ki, bir çox obyektlərin tikintisi davam etdirilir, yaxud başa çatmaq üzrədir. Deməli, ilin sonunadək ölkəmizin sənaye xəritəsi daha da zənginləşəcək.
Flora SADIQLI,
Azərbaycan 2018.-31 avqust.- S.1;3.