Azərbaycanın və Gürcüstanın Baş nazirləri birgə şam ediblər

 

Avqustun 30-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun adından Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin şərəfinə şam yeməyi verilib.

 

AZƏRTAC xəbər verir ki, şam yeməyindən əvvəl Azərbaycanın Gürcüstanın Baş nazirləri Bakı buxtasını paytaxtın buradan görünüşünü seyr etdilər. Novruz Məmmədov qonağa paytaxtımız haqqında məlumat verdi.

 

Süfrə arxasında səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan  2018.-31 avqust.- S.2.