Trinidad və Tobaqo
Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı Zati-aliləri xanım Pola-Mey
Uiksə
Hörmətli xanım Prezident,
Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust
2018-ci il.
Azərbaycan.- 2018.- 31 avqust.- S.2.