Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 3, maddə 421) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin adı aşağıdakı redaksiyada verilsin:

“2. Fondun fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri”;

1.2. aşağıdakı məzmunda 3.1.1-1-ci, 3.1.1-2-ci və 3.1.3-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.1-1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.1-2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən olunmuş hallarda normativ xarakterli akt qəbul edir;”;

“3.1.3-1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqifiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda göstərilmiş qurumların gənclər siyasəti sahəsində Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına verdiyi qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuları Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə qiymətləndirir və bu qrantlara dair rəy verir;”;

1.3. 3.1.6-cı və 3.1.9-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.6. Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrin Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyiFondun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası”na uyğun olaraq ekspertizadan keçirilməsini və monitorinqini təşkil edir;”;

“3.1.9. sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərə təhsil müddətində təhsil xərclərinin (təhsil haqqı, yaşayış xərcləri (yataqxanaya ev kirayəsi), gündəlik yemək xərcləri, zəruri tədris vəsaitləri və ləvazimatı ilə təminat xərcləri və nəqliyyat xərcləri (yaşadığı ünvandan tədris müəssisəsinin yerləşdiyi ünvana gediş-gəliş xərci, habelə təhsil müəssisəsi onun daimi yaşadığı şəhərdən (rayondan) kənarda yerləşdikdə, ildə 2 (iki) dəfə həmin şəhərə (rayona) gediş-gəliş xərci) ödənilməsi üçün Fondun vəsaiti hesabına, bu Nizamnaməyə uyğun olaraq maliyyə dəstəyi göstərir;”;

1.4. aşağıdakı məzmunda 3.1.9-1-ci, 3.1.17-1-ci və 3.1.24-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.9-1. gənclərin və gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakını maliyyələşdirir;”;

“3.1.17-1. Fondun əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;”;

“3.1.24-1. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir;”;

1.5. 3.1.10-cu bənddə “təhsil prosesini” sözləri “təhsilini” sözü ilə əvəz edilsin;

1.6. 3.1.15-ci bəndə “istedadlı” sözündən əvvəl “fəaliyyət istiqamətlərinə uyğun olaraq,” sözləri əlavə edilsin;

1.7. 3.1.17-ci yarımbənddə “istedadlı gənclərin” sözlərindən əvvəl “peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir,” sözləri əlavə edilsin;

1.8. 3.1.34-cü yarımbənddə “baxır” sözü “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür” sözləri ilə əvəz edilsin;

1.9. 3.2.1-ci yarımbəndə “beynəlxalq təşkilatlarla” sözlərindən əvvəl “beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə” sözləri əlavə edilsin;

1.10. aşağıdakı məzmunda 3.2.1-1-ci, 3.2.7-1-3.2.7-3-cü yarımbəndlər əlavə edilsin:

“3.2.1-1. gənclər siyasəti sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif verir;”;

“3.2.7-1. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır, analitik materiallar hazırlayır;

3.2.7-2. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirir və digər tədbirlər təşkil edir;

3.2.7-3. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim edir, onların həvəsləndirilməsi üçün tədbirlər görür;”;

1.11. 4.7.1-ci yarımbəndə “inkişaf istiqamətləri” sözlərindən sonra “, strateji məqsəd və planlarını” sözləri əlavə edilsin;

1.12. aşağıdakı məzmunda 4.7.1-1-ci, 4.7.1-2-ci və 4.7.4-1-ci-4.7.4-3-cü yarımbəndlər əlavə edilsin:

“4.7.1-1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər (o cümlədən qurumun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

4.7.1-2. Fondun fəaliyyətinə nəzarət edir;”;

“4.7.4-1. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.7.4-2. qrant müsabiqələrini elan edir və müsabiqənin nəticələrinə görə qalib elan edilmiş gənclərin və gənclər təşkilatlarının proqram və layihələrini müəyyən edir, habelə müsabiqənin nəticələri barədə məlumatları dərc edir;

4.7.4-3. bu Nizamnaməyə uyğun olaraq, layihələrin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün Fondun ayıracağı vəsaitin həcmini müəyyən edir;”;

1.13. 4.7.5-ci yarımbənddə “və işçilərinin say həddini” sözləri “işçilərinin say həddini və əməkhaqlarını” sözləri ilə əvəz edilsin və həmin bəndə “təsdiq edir” sözlərindən sonra “, Fondun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir” sözləri əlavə edilsin;

1.14. 4.7.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.7.6. təsisçinin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;”;

1.15. aşağıdakı məzmunda 4.7.6-1-ci-4.7.6-4-cü yarımbəndlər əlavə edilsin:

“4.7.6-1. normativ xarakterli aktları təsdiq edir;

4.7.6-2. maliyyə planlaşdırmasını büdcəsini təsdiq edir;

4.7.6-3. İcraçı direktorun fəaliyyətinə nəzarət edir onun fəaliyyətini yoxlayır;

4.7.6-4. təsisçinin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;”;

1.16. 4.7.7-ci yarımbəndədaxili qaydalarısözlərindən sonra “(o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını)” sözləri, “əsasnamələrinisözündən sonra “, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrinisözləri əlavə edilsin;

1.17. 4.7.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 4.7.8-ci yarımbənd əlavə edilsin:

“4.7.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçir.”;

1.18. 4.8-ci bənd üzrə:

1.18.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

Şuranın sədri bu Nizamnamə ilə müəyyən olunmuş müddətdə Şuranın iclaslarını çağırır iclaslara sədrlik edir.”;

1.18.2. ikinci cümləyədirektorsözündən əvvəlİcraçısözü əlavə edilsin;

1.18.3. üçüncü cümlədəazı üçdəikisisözlərihamısısözü ilə əvəz edilsin həmin cümləyəsəlahiyyətlidirsözündən sonra “(bu Nizamnamənin 4.9-3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri əlavə edilsin;

1.18.4. dördüncü cümləyəsadə səs çoxluğusözlərindən əvvəlaçıq səsvermə yolu iləsözləri əlavə edilsin;

1.18.5. aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:

Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.”;

1.19. aşağıdakı məzmunda 4.9-1-ci-4.9-4-cü yarımbəndlər əlavə edilsin:

“4.9-1. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.9-2. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

4.9-3. iclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.9-4. gündəliyə daxil edilməmiş ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.”;

1.20. 4.10.3-cü yarımbəndədirektorunsözündən əvvəlİcraçısözü əlavə edilsin;

1.21. 4.12-ci bəndəyol verməməlidirlərsözlərindən sonra “, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlərsözləri əlavə edilsin;

1.22. aşağıdakı məzmunda 4.15.1-1-ci yarımbənd əlavə edilsin:

“4.15.1-1. fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır buna nəzarəti həyata keçirir;”;

1.23. 4.15.2-ci yarımbənd ləğv edilsin;

1.24. 4.15.3-cü, 4.15.5-ci, 4.15.6-cı 4.15.10-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.15.3. Şuranın qərarlarını icra edir;”;

“4.15.5. Fondun strateji məqsədlərinin planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.15.6. cari operativ məsələlər barədə Şuranı məlumatlandırır;”;

“4.15.10. Bu Nizamnamənin 3.1.1-1-ci 3.2.1-1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;”;

1.25. 4.15.9-cu yarımbənddə “3.1.34-cü” sözləri “3.1.12-ci” sözləri ilə əvəz edilsin;

1.26. 4.5.14-cü bəndəicrası məcburi olansözlərindən əvvəlfəaliyyətinin təşkili ilə əlaqədarsözləri əlavə edilsin;

1.27. 4.5.16-cı yarımbəndəFondunsözündən əvvəl “Bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla,” sözləri əlavə edilsin həmin yarımbənddəişçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərininsözləri “, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu fərmanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydanın layihəsində, o cümlədən qurumun, habelə zəruri hesab edildiyi halda qurumun tabe olduğu dövlət orqanının əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün yuxarıda qeyd edilən vəsaitin istifadə olunacaq hissəsi (faiz göstərilməklə) müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2018-ci il

 

Azərbaycan.- 2018.- 31 avqust.- S.4.