Azərbaycanın və
Gürcüstanın Baş nazirləri
birgə şam ediblər
Avqustun 30-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun adından Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin şərəfinə şam yeməyi verilib.
AZƏRTAC xəbər verir ki, şam yeməyindən əvvəl Azərbaycanın və Gürcüstanın Baş nazirləri Bakı buxtasını və paytaxtın buradan görünüşünü seyr etdilər. Novruz Məmmədov qonağa paytaxtımız haqqında məlumat verdi.
Süfrə arxasında səmimi söhbət
zamanı ölkələrimiz arasında münasibətlərin,
o cümlədən iqtisadi
sahədə əməkdaşlığın perspektivləri
barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2018.- 31 avqust.- S.2.