Türkiyə hər cür
çətinliklərin öhdəsindən gələ biləcək
gücə malik ölkədir
Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, qəbulda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və media təmsilçiləri iştirak ediblər.
Qəbul Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.
Diplomat türk
xalqının və Türkiyə Silahlı Qüvvələrinin
Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. Qeyd edilib ki, bu
böyük zəfər türk
millətinin sarsılmazlığının və möhkəm
iradəsinin nümunəsidir. Bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib. Ötən illər ərzində
Türkiyənin bir çox
sınaqlardan keçdiyini deyən səfir
qardaş ölkənin hər cür çətinliklərin öhdəsindən
gələ biləcək gücə malik
olduğunu vurğulayıb.
Azərbaycan.- 2018.- 31 avqust.- S.2.