“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqındaAzərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1109; 2017, ¹ 11, maddə 1973) 2.1-ci maddəsinin birinci cümləsinə "habeləsözündən əvvəl "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqındaAzərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 1 dekabr.- S. 2.