“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci və 20-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 2, maddə 58; 2010, ¹ 3, maddə 178, ¹ 4, maddə
276; 2011, ¹ 12, maddə 1104; 2013, ¹ 11, maddə 1274; 2014, ¹ 2, maddə
81, ¹ 10, maddə 1159, ¹ 11, maddə
1361; 2015, ¹ 11, maddə 1294; 2016, ¹ 3, maddə 413; 2017, ¹ 5, maddələr
696, 711, ¹ 7, maddə 1295; 2017, ¹ 11, maddə 1959; 2018, ¹ 7 (I kitab),
maddə 1407; Azərbaycan
Respublikasının 2018-ci il
12 oktyabr tarixli 1273-VQD
nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1. Aşağıdakı
məzmunda 6.7-ci maddə
əlavə edilsin:
"6.7. Nəzarət
orqanları bu qanunun 6.6-cı maddəsində
nəzərdə tutulan
məqsədlər üçün
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən təqdim
edilmiş statistik məlumatlardan istifadə edir.”.
2. 17.2-ci maddəyə
"Maliyyə monitorinqi
orqanı” sözlərindən
sonra "cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində dövlət
siyasətinin formalaşdırılmasında
iştirak edir,” sözləri əlavə
edilsin.
3. Aşağıdakı
məzmunda 18.3-cü maddə
əlavə edilsin:
"18.3. Maliyyə
monitorinqi orqanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində siyasətin
müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi, o cümlədən
bu qanunun tələblərinə əməl
edilməsinə nəzarətin
həyata keçirilməsi
məqsədilə bu
qanunun 18.1-ci maddəsinə
əsasən təqdim
edilmiş statistik məlumatlardan istifadə edir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 1 dekabr.-
S. 2.