İnkişaf  büdcəsi

 

Milli Məclis 2019-cu ilin dövlət büdcəsini qəbul etdi

 

Milli Məclisin dünənki iclası gələn ilin büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi ilə öz işinə başladı. Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, 2019-cu ilin dövlət büdcəsinə aid bütün sənədlər Milli Məclisin birgə komitələrinin iclaslarında və iki oxunuşda plenar iclasda müzakirə edilib. İlk dəfədir ki, dövlət büdcəsi layihəsi Milli Məclisdə üç oxunuşda müzakirəyə çıxarılıb. Hökumət deputatların səsləndirdikləri əksər fikirləri nəzərə alaraq büdcənin gəlir və xərclərini artırıb.

 

Büdcənin xərcləri 410 milyon manat artırıldı

 

Sənədlə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dövlət büdcəsi Azərbaycan dövlətinin bütün maraqlarına cavab verirbu iqtisadi islahatların davamlılığına, sosial-iqtisadi siyasətin daha səmərəli şəkildə həyata keçirilməsinə real imkanlar yaradacaqdır.

Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 milyon manat artırılaraq 23 milyard 168 milyon manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 milyon manat artırılaraq 25 milyard 190 milyon manata çatdırılması nəzərdə tutulur.

Beləliklə, parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 168 milyon manat, xərclərini 25 190 milyon manat səviyyəsində təsdiqlədi. 2019-cu ilin dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər sahələrin payına düşür.

Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Beləliklə, deputatlar müzakirəyə ehtiyac duymayaraq "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini üçüncü oxunuşda təsdiq etdilər.

 

Ehtiyac meyarı 143, yaşayış minimumu 180 manat

 

Büdcə zərfinə daxil olan "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” və "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri barədə (üçüncü oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi.

Komitə sədri dedi ki, ilk sənədə əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 milyon manat həcmində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 milyon manatya 9,8 faiz çoxdur. 2019-cu ildə fondun xərclərinin 3 928,1 milyon manat olacağı nəzərdə tutulub.

İkinci sənədə əsasən, 2019-cu ildə fondun gəlirləri 8 3451,4 min manat məbləğində nəzərdə tutulub ki, bu da qurumun 2018-ci il üçün təsdiq edilmiş gəlirləri ilə müqayisədə 5 588,6 min manatya 6,3 faiz azdır. Fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, qeyri-büdcə sektorusair gəlirlər üzrə proqnozlaşdırılıb. 2019-cu ildə fondun xərcləri 83 451,4 min manat nəzərdə tutulub.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat, yaşayış minimumu isə ölkə üzrə 180 manat olacaq. Həmçinin əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsi nəzərdə tutulub.

Deputatlar dəyişikliklərə müsbət münasibət bildirdilər. İclasda həmçinin büdcə zərfinə daxil olan "Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” və "Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında” sənədlər də təsdiqləndi.

 

Vergilər Nazirliyi inqilabi islahatlar həyata keçirir

 

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) parlamentin komitə sədri Ziyad Səmədzadə məlumat verdi.

Qeyd edildi ki, bu sənəd komitədə müzakirə edilib və birmənalı şəkildə vurğulanıb ki, bu dəyişikliklər iqtisadi həyatda gedən prosesləri bütün meyarlar baxımından obyektiv qiymətləndirmək, iqtisadiyyatın dinamik, keyfiyyətli inkişafında səmərəlilik, şəffaflıq, sahibkarlıq kimi vacib amillərin rolunu artırmaq, daha sivil, mütərəqqi əmək münasibətlərini formalaşdırmaq məqsədi daşıyır.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əli Məsimli, Çingiz Qənizadə çıxış edərək təkliflərini səsləndirdilər və bildirdilər ki, məcəlləyə edilən dəyişikliklər ölkədə iqtisadiyyatın inkişafına mühüm töhfə verəcək. Bunlar islahatyönümlü dəyişikliklərdir və Prezident İlham Əliyevin yürütdüyü siyasətə cavab verir.

Spiker Oqtay Əsədov isə deputatların fikirlərinə dəstək verərək dedi ki, Vergilər Nazirliyi inqilabi islahatlar həyata keçirir, bu islahatlar mərhələli şəkildə aparılır.

 

Xeyriyyəçilər vergidən azad oluna bilər

 

Deputat Qüdrət Həsənquliyev xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanların bu işlə bağlı vergidən azad olunmalarını təklif etdi. Onun fikrincə, fəaliyyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil:

"Bu yaxınlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Paşa İnşaat” məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikdi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə qədər doğrudur? Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil. Müəyyən hüquqi, fiziki şəxsləri vergidən azad etsək, cəmiyyətə töhfə vermiş olarıq”.

Təklifə münasibət bildirən vergilər naziri Mikayıl Cabbarov bildirdi ki, nazirlik ilk dəfədir bu tip vergidən azadolmaların Vergi Məcəlləsinə daxil olunmasını təklif edir: "Mövcud dəyişikliklər nəzərə alınmaqla büdcə bazası hesablanıb. Əlavə geniş azadolunmaların təqdim edilməsi məsələsi də mümkündürsə, o zaman buna növbəti büdcə layihələrinin müzakirəsində baxarıq”.

 

Sənəd səsə qoyularaq həm ikinci, həm də üçüncü oxunuşda qəbul edildi.

 

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsində, "Büdcə sistemi haqqında”, "Dövlət borcu haqqında”, "Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında” və "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də ikinciüçüncü oxunuşda səsverməyə çıxarılaraq təsdiqləndi.

Bununla da dövlət büdcəsi zərfinə daxil olan bütün sənədlərin müzakirəsi başa çatdı.

 

4 hərbçimiz Cənubi Sudanda xidmət keçəcək

 

Sonra iclasda gündəlikdəki digər məsələlərin müzakirəsi başlandı. Deputatlar İnzibati Xətalar, Cinayət-Prosessual məcəllələrində, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, "Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə müsbət münasibət bildirərək təsdiq etdilər.

Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabiti” və "hərbi müşahidəçi” qismində UNMISS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bildirildi ki, parlament Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabiti” və "hərbi müşahidəçi” qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verib. Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.

Ziyafət Əsgərov vurğuladı ki, Azərbaycan BMT-nin sülhməramlı missiyasına qoşulub. Burada məqsəd həm dövlətin, həm də Prezident İlham Əliyevin sülhsevər siyasətini ortaya qoymaqdır: "Bu, eyni zamanda o deməkdir ki, Azərbaycan BMT-nin Nizamnaməsində təsdiq edilmiş məqsəd və vəzifələrə sadiq olduğunu bir daha təsdiq edir. Azərbaycan dövləti burada öz sülhsevərliyini göstərir. İstərdik ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətli və ciddi yanaşsın”.

Sənəd səsə qoyularaq qəbul edildi.

 

Bəzi bələdiyyənin adı dəyişdirilir

 

"Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə”, "Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə texniki dəyişikliklər də səsə qoyularaq qəbul edildi.

Xatırladaq ki, bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi ilə bağlı sənədə əsasən bəzi bələdiyyələrin adları dəyişdirilir. Belə ki, Ağsu rayonunun Gürcüvan bələdiyyəsi Xanbulaq, Goranboy rayonunun Ağamalıoğlu bələdiyyəsi Düzqışlaq, Əzizbəyov bələdiyyəsi Kəhrizli, Xaçmaz rayonunun Alekseyevka bələdiyyəsi Çaykənarı, Müqtədir bələdiyyəsi İstisu, Xızı rayonunun Şuraabad bələdiyyəsi Şorabad, Qusar rayonunun Şirvanovka bələdiyyəsi Şirvanlı adlanacaq. Bundan başqa, Masallı rayonunun Kalinovka bələdiyyəsi Viləş, Saatlı rayonunun Xanlarkənd bələdiyyəsi Nabatkənd, Qarayevkənd bələdiyyəsi Orta Muğan, Samux rayonunun Qırmızı Samux bələdiyyəsi Qaraağaclı, Şəmkir rayonunun Qasım İsmayılov bələdiyyəsi Ağlavaşlı, Muxtariyyat bələdiyyəsi Qədimqala olacaq.

İclasda eyni zamanda "Avtomobil nəqliyyatı haqqında”, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” (birinci oxunuş), "Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” (birinci oxunuş) "Mənzil fondunun özəlləşdirilməsi haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” (birinci oxunuş) qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə təklif edilən texniki düzəlişlər də təsdiqləndi.

Deputatlar həmçinin "Aviasiya haqqında” (ikinci oxunuş), "Dövlət borcu haqqında” (ikinci oxunuş), "İnzibati icraat haqqında” (ikinci oxunuş) qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə müsbət münasibət bildirdilər.

 

Prezident seçkiləri ilə bağlı Seçki Məcəlləsində dəyişiklik edilir

 

İkinci oxunuşda müzakirəyə çıxarılan "Psixoloji yardım haqqındayeni qanun layihəsi barədə məlumat verən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, ilk oxunuş zamanı deputatlar tərəfindən müxtəlif təkliflər irəli sürülüb onların bir çoxu nəzərə alınıb.

Qanun layihəsi 6 fəsil, 22 maddədən ibarətdir. Sənəddə psixoloji yardımla bağlı qaydalar, tələblər, şərtlər və bundan irəli gələn məsuliyyət növləri əksini tapıb. Qanun psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir.

Sənəddə bildirilir ki, dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Şəxsin psixoloji vəziyyəti və ona göstərilən psixoloji yardım haqqında məlumatlardan sərbəst istifadə hüququ onun özünə və qanunla nəzərdə tutulmuş hallarda buna icazə verilən şəxslərə məxsusdur.

 

Sənəd səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edildi.

 

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) bildirilir ki, Konstitusiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur. Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, bundan sonra Prezident seçildiyi ayda bitir.

Ziddiyyətin aradan qaldırılması məqsədilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilib.

Təklifə əsasən Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə seçkilər təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır). Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

Milli Məclis eyni zamanda "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Avtomobil nəqliyyatı haqqında” və "Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini də birinci oxunuşda təsdiqlədi.

Bununla da parlamentin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-1 dekabr.- S.1; 3.