Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMISS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinə müvafiq surətdə qərara alır:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMISS) komandanlığı altında Cənubi Sudan Respublikasında qərargah zabiti və hərbi müşahidəçi qismində yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilsin.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.-1 dekabr.- S.3.