Forumda Azərbaycanın multikulturalizm siyasətinin əhəmiyyətindən danışılıb

 

Noyabrın 29-30-da İsveçrənin Cenevrə şəhərində BMT-nin insan hüquqları üzrə ali komissarının ofisinin təşkilatçılığı ilə azlıqların məsələləri üzrə 11-ci forum keçirilib.

AZƏRTAC xəbər verir ki, 2008-ci ildən bəri hər il keçirilən bu forum 1992-ci il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuşMilliya etnik, dinidil azlıqlarına mənsub olan şəxslərin hüquqları üzrə Bəyannamə”nin həyata keçirilməsi məqsədilə təşəbbüs, imkan, çağırış və ən yaxşı təcrübələrin müəyyən edilməsi və təhlili üçün platforma rolunu oynayır. Builki forum “Vətəndaşsızlıq: Azlıqların məsələsi” mövzusuna həsr olunub.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, həmçinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin ikinci katibi Mərziyyə Vəkilova-Mərdəliyeva təmsil ediblər.

Forumun 1-ci günü Etibar Nəcəfov “Azlıqlara təsir göstərən vətəndaşsızlığın səbəbləri və nəticələri: insan haqlarının müdafiəsi vasitəsilə vətəndaşsızlığın qarşısının alınması” adlı sessiyada çıxış edərək vətəndaşsızlıq halının öz mahiyyətinə görə mənfi bir hadisə olduğunu bildirib. O, vətəndaşsızlıq halının insanların bir sıra hüquq və azadlıqlarını məhdudlaşdırdığını, bir çox ölkələrdə bu problemdən daha çox irqi, etnik, dini azlıqların nümayəndələrinin əziyyət çəkdiyini vurğulayıb.

Şöbə müdiri bildirib ki, Azərbaycan dövləti sözügedən problemin həllinə özünün multikulturalizm siyasəti çərçivəsində yanaşır. Belə ki, ölkəmizin multikulturalizm siyasəti vətəndaşlığı olmayan şəxslərin fundamental insan hüquq və azadlıqları ilə təmin olunmaları üçün geniş imkanlar yaradır. Bu, vətəndaşlığı olmayan şəxslərin yaşadıqları cəmiyyətə inteqrasiya olmaları və vətəndaşlıq əldə etmələri baxımından böyük rol oynayır. E.Nəcəfov çıxışında ölkəmizdə 2008-ci ildən indiyədək vətəndaşlığı olmayan 1529 şəxsin Azərbaycan vətəndaşı statusunu aldığını qeyd edib.

Prezident Administrasiyasının rəsmisi forumun “Azlıqlara təsir edən münaqişələr, məcburi əhali axını və miqrasiyadan yaranan vətəndaşsızlıq: əsas çağırışlar və mümkün həlli yolları” adlı sessiyasında da çıxış edərək bildirib ki, ölkəmizdə vətəndaşlığı olmayan şəxslər sırasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarından qovulmuşbir müddət keçmiş sovet respublikalarında yaşamış azərbaycanlılar da az deyil.

 

Azərbaycan.- 2018.-1 dekabr.- S.3.