Birləşmiş Ərəb Əmirliklərinin PrezidentiƏlahəzrətŞeyx Xəlifə bin Zayed Al Nəhyana

 

Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2018-ci il.

 

Azərbaycan.- 2018.-2 dekabr.- S.2.