Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

 

Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə bütün Amerika xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 dekabr 2018-ci il.

 

Azərbaycan. - 2018.-2 dekabr.- S.1.