Heydər Əliyev
Mərkəzində “Soprano” art qrupunun konserti olub
Noyabrın 30-da Heydər Əliyev Mərkəzində Rusiyanın
xalq artisti Mixail Turetskinin "Soprano”
art qrupunun konserti keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib
ki, tamaşaçıları
Azərbaycan dilində
salamlayan qrup üzvləri Bakıda ilk
dəfə çıxış
etdiklərini və bu axşam izləyicilərə
gözəl musiqilər
bəxş edəcəklərini
bildiriblər. Kollektiv konsertdə
peşəkar ifa, müxtəlif janrları əhatə edən rəngarəng proqram, sürprizlərlə zəngin
şou təqdim edib.
"Soprano” Mixail
Turetskinin unikal vokal layihəsidir - qadın səslərinin toplusudur. Art qrupda ən yüksək - koloratur sopranodan ən aşağı - mezzoyadək fərqli səslərə rast gəlmək mümkündür.
Kollektivin repertuarına müxtəlif
janrlarda əsərlər
- klassika, pop, rok, folklor, caz daxildir.
Qrup musiqi şoularını auditoriya ilə interaktiv şəkildə
təqdim edir.
"Soprano” bir sıra beynəlxalq idman tədbirlərinin - Soçidə keçirilmiş
Formula 1 Qran-Pri yarışının,
hər il keçirilən "Birinci
kanalın kuboku” xokkey turnirinin və s. musiqili səfiri olub.
Muxail Turetskinin
"Soprano” və "Turetski
xoru” qrupları 2017-ci
ildə bir sıra ölkələrdə
"Qələbə mahnıları”
adlı sülhməramlı
aksiya təqdim edib. "Soprano” Pekində
dünyanın ən böyük televiziya şoularından olan
"Spring Festival Global Gala 2016”da çıxış
edib və həmin efiri bir milyard tamaşaçı
izləyib.
Qeyd edək ki, oktyabrın
10-da Heydər Əliyev
Mərkəzində, həmçinin
"Turetski xoru”nun konserti olub. Anşlaqla keçən
konsert böyük maraqla izlənilib.
Azərbaycan.- 2018.- 2 dekabr.- S.5.