“İpoteka
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD
nömrəli Qanununun tətbiqi və “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 7 iyun tarixli 252 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "İpoteka
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. üç
ay müddətində:
1.1.1. Azərbaycan
Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İpoteka
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.3. "İpoteka
haqqında” Azərbaycan
Respublikası Qanununun
17.4-1-ci maddəsinə uyğun
olaraq daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızının
tərtib edilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.1.4. Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi ilə birlikdə həmin qanunun 1.0.3-1-ci maddəsində
nəzərdə tutulan
elektron sistemin fəaliyyətə başlamasının
təmin edilməsi ilə bağlı tədbirlər görsün;
1.2. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
"İpoteka haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İpoteka haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "İpoteka
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 7 iyun tarixli 252 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 6, maddə
489) 2-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1. "İpoteka
haqqında” Azərbaycan
Respublikası Qanununun
17.4-1-ci maddəsində, 18.3-1-ci maddəsinin ikinci cümləsində və
19.1-1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.2. həmin
qanunun 18.3-cü maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.3. həmin
qanunun 17.4-1-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
2.4. həmin
qanunun 18.3-1-ci maddəsinin
ikinci cümləsində
və 19.1-1-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi nəzərdə
tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 6 dekabr.-
S. 3.