“Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi haqqında Əsasnamənin və komitənin
strukturunun təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan
Diasporuna Dəstək Fondunun yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli
Fərmanının icrası ilə əlaqədar qərara
alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 5,
maddə 327, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2017, ¹ 5, maddə
769, ¹ 12 (I kitab), maddə 2332) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilsin:
1. 8.24-1-ci bəndə "xaricdə”
sözündən əvvəl "tabeliyində olan qurum vasitəsilə”
sözləri əlavə edilsin.
2. 14.3-cü bəndə
"qurumlarının” sözündən sonra "("Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək
Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli Fərmanı
ilə müəyyən edilmiş hal istisna olmaqla)” sözləri
əlavə edilsin.
3. 14.4-cü bəndə
"tabeliyində” sözündən əvvəl "Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək
Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli Fərmanı
ilə müəyyən edilmiş hal istisna olmaqla,” sözləri
əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 dekabr 2018-ci il
Azərbaycan.
- 2018.- 6 dekabr.- S. 3.