Azərbaycan
və ABŞ Müdafiə nazirlikləri arasında ikitərəfli
hərbi məsləhətləşmələr keçirilib
Dekabrın 5-də müdafiə
nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi
Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim
Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş
Ştatları müdafiə nazirinin müavininin
müşaviri xanım Laura Kuperin rəhbərlik etdiyi
nümayəndə heyəti arasında geniş tərkibli
ikitərəfli hərbi məsləhətləşmələr
keçirilib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan-ABŞ
hərbi əlaqələrinin genişləndirilməsi, təhlükəsizlik,
hərbi təhsil, Azərbaycan sülhməramlı
kontingentinin NATO-nun Əfqanıstanda həyata keçirdiyi
qeyri-döyüş missiyasına verdiyi töhfə və digər
qarşılıqlı maraq doğuran məsələlər
barədə ətraflı fikir mübadiləsi
aparılıb.
L.Kuper Əfqanıstanda
keçirilən "Qətiyyətli Dəstək”
missiyasında sülhməramlılarımızın nümunəvi
xidmətini xüsusi qeyd edib.
Söhbət zamanı regiondakı
vəziyyət haqqında qonaqlara ətraflı məlumat
verilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn norma və
prinsipləri əsasında nizamlanmasının vacibliyi
vurğulanıb.
Azərbaycan.- 2018.-6 dekabr.- S.4.