Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb

 

Dekabrın 5-də "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində Milli TeleviziyaRadio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi ilə bağlı 2018-ci ilin avqustsentyabr aylarında aparılmış monitorinqin nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmov hazırda Azərbaycan dilinin inkişafı üçün hərtərəfli imkan yaradıldığını qeyd edib. Bildirib ki, vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dilinin konstitusiyada dövlət dili kimi qəbul olunması dilimizə olan diqqətin göstəricisidir. Prezident İlham Əliyev də Azərbaycan dilinə böyük önəm verir. Ana dilinin qorunmasına dair imzalanan Sərəncam buna bariz nümunədir.

N.Məhərrəmov qeyd edib ki, Milli TeleviziyaRadio Şurası teleradio məkanında dövlət dilimizin qorunmasına xüsusi diqqət yetirir. Vaxtaşırı təşkil olunan bu cür monitorinqlər ümumi işimizə böyük fayda verir. Teleradiolarda ədəbi dillə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını, jarqonların və dilimizə yad sözlərin sözlərin işləndiyini deyən MTRŞ sədri son vaxtlar mövcud nöqsanların aradan qaldırılması üçün müəyyən aparıldığını diqqətə çatdırıb.

O deyib ki, televiziya rəhbərləri əməkdaşları işə götürərkən onların Azərbaycan dili üzrə biliklərini yoxlamalı, aparıcılar tərəfindən dil normaları qorunmalıdır. Dil probleminə reklamlarda tibbi proqramlarda daha çox rast gəlinir. Teleradionun cəmiyyətə böyük təsiri nəzərə alınmalı, onların dili hamıya nümunə olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, ana dili xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən ən etibarlı vasitədir. Odur ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı zənginləşməsinə xüsusi qayğı göstərməlidir.

"Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi sosial-mədəni dayağıdır. Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsidir. Bu dil qədər saf zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik bir o qədər möhkəm sarsılmaz olar. Digər tərəfdən, dövlət dili rəngarəng etnik konfessional tərkibə malik müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Azərbaycan dilinin keçdiyi inkişaf tarixindən danışan Əli Həsənov deyib ki, orta əsrlərdən başlayaraq Azərbaycan dili bizim yaşadığımız coğrafiyada Avrasiyanın böyük bir geosiyasi məkanında yüksək hüquqi-siyasi status qazanaraq, mərkəzləşmiş Səfəvilər dövlətinin rəsmi dili olub. Sonrakı dövrdə Azərbaycan dövlətçiliyinin ayrı-ayrı formaları çərçivəsində bu dil öz hüquqi-siyasi statusunu həmişə qoruyub saxlayıb.

Prezidentin köməkçisi ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi mənəvi həyatında rolunu yüksəltmək istiqamətində gördüyü mühüm işləri xatırladaraq qeyd edib ki, məhz bunun nəticəsində ana dilimiz dövlət dili statusu qazanıb, onun mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini hazırda Prezident İlham Əliyev ardıcıl surətdə davam etdirir. Bu barədə danışan Əli Həsənov bildirib ki, dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsini saflığının qorunmasını ölkə başçısı Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir. Təəssüf ki, kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV- dövlət dilinin norma prinsiplərinə uyğun olmayan söz ifadələr işlədilir. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramıhaqqında Sərəncam imzalayıb. Sərəncamda dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik semantik normalardan ciddi yayınmaların olduğu vurğulanıb, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi xüsusi qeyd olunub.

"Təəssüf ki, 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan nöqsanlara bu gün təsadüf edilir. Buna görə Prezident İlham Əliyev dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması nöqsanların aradan qaldırılması məqsədilə 2018-ci il noyabrın 1-də yeni Fərman imzalayıb. Həmin Fərmandan irəli gələn vəzifələrə uyğun olaraq müəyyən monitorinq aparılıb düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Sonra teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb.

 

Azərbaycan.- 2018.-6 dekabr.- S.4.