QDİƏT Parlament Məclisinə sədrlik Azərbaycana keçdi
Xəbər verildiyi kimi, noyabrın 26-dan 29-dək Ermənistanın
paytaxtı İrəvanda
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı (QDİƏT) Parlament Məclisinin 52-ci plenar sessiyası keçirilib. Tədbirdə Milli Məclisin
Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti
də iştirak edib. Səfərlə bağlı Eldar
Quliyevin fikirlərini öyrəndik. O dedi:
- Beynəlxalq təşkilatların üzvü
olmaq, onların işində yaxından iştirak etmək hər bir müstəqil
dövlətin qarşıya
qoyduğu mühüm
hədəflərdir. Azərbaycan Respublikası
da dövlət müstəqilliyini bərpa
etdikdən sonra beynəlxalq aləmə inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla
əməkdaşlığa daim mühüm önəm verib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan və Prezident İlham Əliyev tərəfindən
uğurla və qətiyyətlə davam etdirilən xarici siyasət kursunun mühüm komponentini təşkil edir.
Hazırda Azərbaycan əksər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq
edir. Bu əməkdaşlıq
vasitəsilə ölkəmizlə
bağlı həqiqətlər
dünyaya çatdırılır,
respublikamız beynəlxalq
səviyyədə daha
yaxından tanınır.
Azərbaycanın işində fəal
iştirak etdiyi beynəlxalq qurumlardan biri də Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır.
Bildiyiniz
kimi, respublikamız
1992-ci ildən QDİƏT-in təsisçi üzvüdür.
Təşkilatın digər üzvləri
Türkiyə, Bolqarıstan,
Gürcüstan, Moldova, Rumıniya,
Rusiya, Serbiya, Ukrayna, Yunanıstan və Ermənistandır.
Azərbaycan QDİƏT çərçivəsində
bir sıra prioritet sahələr, o cümlədən ticarət,
gömrük, nəqliyyat,
enerji, ətraf mühit, informasiya və kommunikasıya, elm və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı
maraqlar əsasında
əməkdaşlığın inkişaf etdirilməsinə
önəm verir. Hazırda respublikamız QDİƏT çərçivəsində
iki işçi qrupda (Gömrük məsələləri və
Elm və texnologiyalar üzrə işçi qrupları) əlaqələndirici
ölkə funksiyalarını
yerinə yetirir.
Azərbaycan QDİƏT-in
əlaqədar təşkilatlarında
da fəal iştirak edir. Məsələn,
QDİƏT-in Parlament Məclisi
Qara dəniz hövzəsi ölkələrinin
ali qanunvericilik
orqanları arasında
dialoqu təmin edən nüfuzlu beynəlxalq strukturdur. Parlamentarilərin işindən ticarət-iqtisadi
və investisiya mübadiləsinin dinamikası,
sosial, elmi-texniki və humanitar sahələrdə əlaqələr
çox asılıdır.
QDİƏT Parlament
Məclisi ildə iki dəfə toplanır. Parlament Məclisinin 51-ci sessiyası bu ilin iyun ayında
Albaniyanın paytaxtı
Tirana şəhərində keçirilmişdi. Həmin tədbirdə
quruma rəhbərlik əlifba sırası ilə Ermənistana keçmişdi. Ona görə
52-ci sessiya Ermənistanda
keçirildi. Tədbirdə Azərbaycan nümayəndə
heyətinin rəhbəri
kimi mən və Milli Məclisin
deputatı Əflatun Amaşov iştirak etdik.
4 ölkə
Ermənistanda medal almaqdan
imtina edib
Azərbaycan nümayəndə heyəti
İrəvana noyabrın
26-da çatıb. Elə həmin
gün QDİƏT Parlament
Məclisinin büro və komitələrinin toplantısı keçirilib.
Noyabrın 27-də isə QDİƏT Parlament Məclisinin açılışı olub.
Bu barədə danışan
Eldar Quliyevin sözlərinə görə,
gündəliyin birinci
məsələsi Parlament
Məclisinin yaranmasının
25 illiyi ilə əlaqədar nümayəndə
heyətlərinin rəhbərlərinin
yubiley medalı ilə təltif olunması idi: "Ermənistan tərəfi Parlament Məclisinə sədrik səlahiyyətlərindən
istifadə edərək
25 illik yubiley medalını təqdim etmək barədə qərar qəbul etmişdi. Bununla əlaqədar əvvəlcədən
bütün ölkələrin
nümayəndə heyətlərinə
məlumat vermişdi.
Medalların təqdim olunması
Parlament Məclisinin açılışında elan
edildi. Belə ki, Ermənistan parlamentinin sədri Ara Babloyan giriş
nitqindən və gündəliyin təsdiq olunmasından sonra təşkilatın 25 illiyi
münasibətilə bütün
milli nümayəndə
heyətlərinin medallarla
təltif olunacağını
dedi. Bundan sonra mən
söz alaraq təşkilatın 25 illik
yubiley medalını İrəvanda, Ermənistan
parlamentində, bu ölkənin parlament sədrindən almaqdan imtina etdim”.
Qeyd edək ki, Azərbaycandan
başqa, 3 üzv-dövlətin
nümayəndə heyətləri
də medalı almaqdan imtina edib. Eldar Quliyevin sözlərinə
görə, ondan sonra Gürcüstan nümayəndə heyətinin
üzvü də çıxış edərək
medalı almaqdan imtina edib. Səbəb kimi isə nümayəndə
heyəti sədrinin tədbirdə iştirak etməməsini göstərib.
Türkiyə nümayəndə heyətinin rəhbəri Camal Öztürk də medalı götürməyib. Həmçinin Ukrayna nümayəndə heyəti də medalı qəbul etməyib. Belə ki, müəyyən
səbəblərdən İrəvana
gələ bilməyən
Ukrayna nümayəndə
heyətinin müraciət
edərək medaldan imtina etdiyi diqqətə
çatdırılıb.
Beləliklə, 4 nümayəndə heyəti
İrəvanda medal almaqdan
imtina edib. "Bundan sonra iclasda
sakitlik yarandı.
Ermənistan tərəfi pərt
vəziyyətə düşmüşdü.
Sanki şok yaşayırdılar.
İclasda Ermənistan xarici
işlər nazirinin müavini də iştirak edirdi. O da belə bir
vəziyyətin yaranmasına
görə istehzalı
halda təşkilatçılara
baxırdı. Bir azdan
sanki özünə gələn Ermənistan parlamentinin spikeri digər 8 ölkənin nümayəndə heyətinə
medalları təqdim etdi” deyə Eldar Quliyev bildirdi.
53-cü sessiya Bakıda keçiriləcək
QDİƏT Parlament
Məclisinin 52-si sessiyası
çərçivəsində hesabatlar dinlənilib,
regional iqtisadi əməkdaşlığın
inkişafında və
möhkəmlənməsində üzv-dövlətlərin parlamentlərinin
və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə
kiçik biznesin və turizmin fəaliyyəti, onların
inkişaf perspektivləri
mövzularında müzakirələr
aparılıb. Eldar Quliyev "Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin
rolu” mövzusunda məruzə edib. O, çıxışında iqtisadi
və humanitar təhlükəsizlik, informasiya
təhlükəsizliyi məsələlərindən,
beynəlxalq terrorizmlə,
narkotiklərin qanunsuz
dövriyyəsi ilə
mübarizə tədbirlərindən,
regiondakı ekoloji problemlərdən söz açıb. Bildirib ki, region təkcə
iqtisadi deyil, ümumilikdə qlobal layihələrin gerçəkləşdiyi
məkandır. Eldar Quliyev
bu baxımdan Azərbaycanın mövqeyini
diqqətə çatdırıb
və ölkəmizin
adı ilə bağlı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətini vurğulayıb,
dövlətimizin artan
iqtisadi qüdrətinin
təzahürü olan
nəhəng təşəbbüsləri
önə çəkib,
xüsusən də
TANAP-ın əhəmiyyəti
üzərində dayanıb.
Nümayəndə heyətinin üzvü Əflatun Amaşov "Azərbaycan Respublikasında
kiçik biznesin inkişafında dövlət
dəstəyi” mövzusunda
çıxış edib. Azərbaycanda sahibkarlığın inkişafına
ciddi önəm verildiyini vurğulayan deputat bu baxımdan
diqqəti qeyri-neft sektorunun inkişafına yönəldib.
Sessiya çərçivəsində QDİƏT Parlament Məclisinin Siyasi və hüquqi məsələlər,
Mədəniyyət, elm və
sosial məsələləri,
eləcə də İqtisadi, ekoloji və yüksək texnologiyalar məsələləri
üzrə komitələrinin
iclasları keçirilib. Eldar Quliyev
Siyasi və hüquqi məsələlər,
Əflatun Amaşov isə İqtisadi, ekoloji və yüksək texnologiyalar məsələləri üzrə
komitələrin iclaslarında
çıxış edərək
QDİƏT ölkələri arasında əməkdaşlıqdan,
Azərbaycanın bu əməkdaşlığa verdiyi
töhfədən söz
açıblar.
QDİƏT Parlament
Məclisinin növbəti
gün keçirilən
iclasında Parlament Məclisinə sədrliyin
Azərbaycana keçməsi
barədə qərar
qəbul edilib. "Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatına sədrlik
əlifba sırası
əsasında, rotasiya
qaydasına uyğun olaraq 6 ay müddətində
həyata keçirilir.
Buna görə sədrlik Azərbaycana keçdi. Qaydaya görə, Məclisə
sədrliyi ölkənin
parlamentinin rəhbəri
həyata keçirəcək.
Noyabrın 28-dən etibarən QDİƏT
Parlament Məclisinin sədri Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovdur. Növbəti, 53-cü sessiya isə 2019-cu ilin iyununda Bakıda
təşkil olunacaq” deyə Eldar Quliyev bildirdi.
Ermənistan Azərbaycandan
azı 30 il
geridədir
Deputat Eldar Quliyevlə səfərin görünməyən
tərəfləri barədə
də söhbətləşdik. Onun sözlərinə
görə, Azərbaycan nümayəndə heyəti Ermənistana
təyyarə ilə Türkiyədən, bu ölkənin
nümayəndə heyəti ilə birlikdə uçub.
Sessiya çərçivəsində Ermənistan tərəfi
nümayəndə heyətlərinin ölkə ilə tanışlığı
məqsədilə müxtəlif ünvanlara səfərlərini
təşkil etsə də, Azərbaycan nümayəndə
heyəti bundan imtina edib.
Bununla belə, Eldar Quliyev bildirdi ki,
müşahidələrə görə, Ermənistan Azərbaycandan
azı 30 il geri qalıb. "Sessiya zamanı ermənilərlə
təmasımız olmasa da, avtomobildən İrəvanın
küçələrini görmək, müşahidə etmək
və Bakı ilə müqayisə aparmaq imkanımız oldu.
Mən İrəvanda ötən əsrin 80-ci illərində
bir neçə dəfə olmuşam. Müşahidələrim
göstərdi ki, şəhər dəyişməyib, yəni
ara-sıra görünən tikintiləri nəzərə
almasaq, bu şəhərdə heç bir inkişafdan
söhbət gedə bilməz. Axşam saatlarında
küçələrdə çox az avtomobil və tək-tük
adam gözə dəyir. Bu da əhalinin sosial durumunun yüksək
olmamasının göstəricisidir. Halbuki Bakı
küçələri axşam saatlarında olduqca izdihamlıdır”
deyə Eldar Quliyev qeyd etdi.
Eldar Quliyev yekunda onu da bildirdi ki, Azərbaycan İrəvanda Ermənistandan sədrliyi təhvil aldı: "Ən böyük arzumuz isə işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. İrəvandakı müşahidələrim göstərdi ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycanın işğal edilmiş torpaqlarını Ermənistandan geri alacağı gün uzaqda deyil”.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2018.- 6 dekabr.-
S.5.