FİG-in konqresi Bakıda tarixi qərarlar qəbul etdi

 

Müasir Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmana Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İdmançılarımız müntəzəm olaraq mötəbər beynəlxalq turnirlərdə iştirak edir, vətənə medallarla qayıdırlar.

Azərbaycanda sevilən idman növlərindən biri gimnastikadır. Gimnastlarımız mühüm yarışlarda layiqli çıxışları ilə böyük uğurlar qazanıblar. Artıq özünəməxsus məşqçilik ənənələri formalaşmışdır. Ölkəmizdə müntəzəm olaraq Avropa dünya çempionatları keçirilir. Hazırda Azərbaycan gimnastika məktəbi dünya idman ictimaiyyəti tərəfindən tanınır. Ölkəmizdə gimnastikanın müxtəlif növləri - bədii gimnastika, kişi qadın idman gimnastikası, aerobika akrobatika gimnastikası, tamblinq batut inkişaf edir.

Qazanılan nailiyyətlərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi olmuşdur. Hazırda AGF mötəbər beynəlxalq yarışların keçirilməsi, Azərbaycanın dünya idmanında layiqli təmsil olunması üçün texniki təşkilati vəzifələri yerinə yetirməyi bacaran peşəkar mütəxəssislərdən ibarət bir komandadır. Təsadüfi deyil ki, bu günlərdə Beynəlxalq Gimnastika Federasiyasının (FİG) 82-ci Konqresi məhz Bakıda keçirilmiş tədbirdə gimnastikanın gələcək inkişafına dair bir sıra vacib qərarlar qəbul olunmuşdur. Bunlardan biri parkur idman növünün FİG ailəsinə daxil olmasıdır. Hələ ötən il beynəlxalq federasiya parkur üzrə texniki komissiyanı formalaşdırmağa başlamışdır. Cari mövsümdə isə bu idman növü üzrə dünya kubokunun bir neçə yarışı keçirilmişdir. İndi parkur rəsmən gimnastikanın tərkib hissəsi olmuşdur. Dekabrın 4-5-də paytaxtımızda FİG-in tərkibinə daxil olan federasiyaların iştirakı ilə ilk tanışlıq seminarı keçirilmişdir. Forum iştirakçıları təqdimat mərasimində parkur barədə onun gələcək inkişaf strategiyası haqqında hərtərəfli məlumatlandırılmışlar.

Konqresin yekunlarına görə, Etika Fondunun yaradılması təsdiq edilmişdir. Fond gimnastikada zorakılığın qarşısının alınması üçün məsuliyyət daşıyacaq. Hələ fevral ayında FİG prezidenti Morinari Vatanabe müstəqil orqan yaratmaq təklifi ilə çıxış etmişdi. Fond fəaliyyətində beynəlxalq federasiyadan asılı olmayacaq özünü zorakılığın bütün formaları etik prinsiplərin pozulması ilə mübarizəyə həsr edəcək.

Konqresdə Tokio Olimpiadasından sonra təsnifat yarışlarının keçirilməsi müzakirə olunmuşdur. Qərara alınmışdır ki, seçmə yarışların keçirilməsi qaydaları Yaponiyada keçiriləcək 2020-ci il Olimpiya Oyunlarından sonra da əvvəlki kimi qalacaq.

Bakı konqresində qəbul olunmuş daha bir qərarla 2022-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Bu tədbir sentyabrın 12-18-də baş tutacaq.

Gələn il iyulun 19-21-də isə Rusiyanın paytaxtı Moskva şəhəri yuniorlar arasında bədii gimnastika üzrə dünya birinciliyinə evsahibliyi edəcək.

AGF-nin vitse-prezidenti Altay Həsənov 2019-cu ildə Bakıda bədii gimnastika üzrə dünya çempionatının gimnastikanın digər növləri üzrə dünya kuboku yarışlarının keçiriləcəyini bildirmişdir. O vurğulamışdır ki, AGF-nin qrafiki sıx olsa da, "biz, həmişəki kimi, hər şeyin öhdəsindən gələcəyik”. Ötən il AGF yenə dünyada ən yaxşı federasiyalardan biri seçilmişdir. Konqresdə qəbul olunmuş qərarlar dünya gimnastikasının inkişafına təkan verəcək.

FİG konqresinin iştirakçıları tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişlər. Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Vortman bildirmişdir ki, "Azərbaycan həmişə tədbirləri yüksək səviyyədə keçirir Bakıda bu cür forumları necə keçirməyi öyrənmək olar”. O, həmçinin UEG prezidenti Fərid Qayıbovun işini yüksək qiymətləndirərək deyib: "Bu onun yeni vəzifədə birinci fəaliyyət ilidir. F.Qayıbovla icraiyyə komitəsinin digər üzvləri ilə birgə gələcək planları müzakirə etdik. Bizim çoxlu ideyalarımız var. Onlardan bəzilərini reallaşdırmışıq, qalanları isə, ümid edirəm ki, yaxın gələcəkdə reallaşdırılacaq”.

Panamerika Gimnastika İttifaqının prezidenti FİG İcraiyyə Komitəsinin üzvü Naomi Valenzo da AGF-nin fəaliyyətini yüksək qiymətləndirmişdir: "Heç bütün federasiyalar bu cür tədbir keçirməyi öhdəsinə götürə bilməz. Konqres çox yaxşı keçdi, vacib məsələlər müzakirə olundu. Bunlardan biri parkurun gimnastika növləri siyahısına daxil edilməsidir”.

 

Rizvan CƏFƏROV,

 

Azərbaycan. - 2018.- 6 dekabr.- S.5.