“Genişzolaqlı
mobil internetin gələcəyi:5G və sonrası”
Azercell şirkətinin
prezidenti “Bakutel-2018” sərgisi
çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi Xəzər İnnovasiya Konfransında iştirak edib
Ölkəmizdə “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya
və Yüksək Texnologiyalar sərgi-konfransı
çərçivəsində bu il
ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilib. Azərbaycan Respublikası
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə
“Dayanıqlı İnkişaf
naminə Rəqəmsal
Bağlantı” mövzusunda
keçirilən konfransda
rəqəmli fərqliliyin
azaldılması, xarici
investisiyalar üçün
rəqəmli bağlantı
imkanlarının yenidən
nəzərdən keçirilməsi
və biznes səmərəliliyinin təmin
edilməsi məqsədilə
hökumət nümayəndələrini,
sənaye liderlərini,
tənzimləyici qurumların
və beynəlxalq təşkilatların rəsmilərini,
o cümlədən regionun
ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib.
İKT sektorunun
bütün iştirakçıları
arasında səmərəli
əməkdaşlıq imkanları,
həmçinin müvafiq
sahə üzrə çağırışların müzakirə olunması məqsədilə təşkil
olunan konfransda “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev məruzəçi
qismində çıxış
edib. Şirkət prezidenti
ölkəmizdə mühüm
texnoloji tədbir hesab edilən “Bakutel” Beynəlxalq Sərgisi çərçivəsində
təşkil olunan Xəzər İnnovasiya Konfransının əhəmiyyətini
vurğulayaraq, tədbirin
əsas təşkilatçısı
kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz minnətdarlığını bildirib.
“Genişzolaqlı
mobil internetin gələcəyi:5G və sonrası”
mövzusunda çıxış
edən Vahid Mürsəliyev “Azercell”in
LTE şəbəkəsi ilə
bağlı ən son
nailiyyətlər haqqında
konfrans iştirakçılarına
məlumat verib. “Hazırda strategiyamızın
əsas məqsədi
hər bir yerdə mobil rabitənin keyfiyyətini yaxşılaşdırmaq, regionlarda
4G şəbəkəsini genişləndirmək,
ən son xidmətlər
və yeni biznes həllərini təqdim etmək, yüksək sürətli
interneti dəstəkləyən
sərfəli mobil cihazları bazara çıxarmaqdır. Bütün
bunlar, mobil texnologiya vasitəsilə abonentlərimizin gündəlik
həyatını və
işgüzar fəaliyyətini
asanlaşdırmağa xidmət
edəcəkdir”, - deyə
V.Mürsəliyev vurğulayıb.
İlin əvvəlindən
texnoloji layihələrə
və şəbəkəyə
böyük yatırımların
edildiyini bildirən şirkət prezidenti 2018-ci
ilin əvvəlindən
“Azercell”in bazar payının 1 faiz artaraq ümumilikdə 49 faizə çatdığını,
“Azercell”in şəbəkəyə
yeni qoşulan abunəçilərin və
cari ildə mobil internet istifadəçilərinin
sayına görə də lider olduğunu
qeyd edib.
Şirkət prezidenti 5G şəbəkəsinin
perspektivləri haqqında
da konfrans iştirakçıları ilə
öz fikirlərini bölüşüb. Hazırda dünyada mobil texnologiya bazarında böyük dəyişikliklərin
baş verdiyindən, infrastruktur layihələrin
həyata keçirildiyindən,
yeni standart naqilsiz rabitədə daha geniş zolaq, yüksək sürət, internetə rahat çıxış
və əhatə dairəsi, enerjidən daha səmərəli istifadə və ən önəmlisi böyük əhəmiyyətə
malik M2M və IoT (Əşyaların İnterneti) əlavələrdə
istifadə olunan ultraaşağı ləngimə
(4G ilə müqayisədə
30 dəfə sərfəli)
kimi müsbət yeniliklər vəd etdiyindən söz açıb.
V.Mürsəliyev bildirib ki, 5G şəbəkəsi
bazarda öz mövqeyini birdən-birə
deyil, müəyyən
müddət ərzində
bərqərar edəcək
və “Azercell” də öz növbəsində, Azərbaycan
rabitə bazarında təsdiq edilmiş yenilikçi kimi, hər zaman yeni texnologiyaları təqdim etməyə hazırdır.
Tədbirdə Azərbaycan
Respublikası nəqliyyat,
rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Birləşmiş Millətlər
Təşkilatının Asiya
və Sakit Okean Regionu üzrə
iqtisadi və sosial Komissiyasında İnformasiya və Kommunikasiya texnologiyaları
və inkişaf bölməsinin rəhbəri
Atsuko Okuda, “Cisko Systems” şirkətinin
ölkələrin rəqəmsalaşdırılması
üzrə Akselerasiya
Proqramının qlobal
əməliyyatlar direktoru
Enriko Albertin , “Türk Telekom” International şirkətinin baş icraçı direktoru Mehmet Toros, “Türkcell” şirkətinin
baş icraçı
direktoru Kaan Terzioğlu və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, tədbirdə “Genişzolaqlı bağlantı”,
“Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”,
“İKT əsaslı startaplar
və innovativ sahibkarlıq”, “Dördüncü
Sənaye İnqilabı”,
“Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzular da müzakirə olunub. Konfransın bundan sonra ənənəvi olaraq hər il “Bakutel”
beynəlxalq sərgisi
çərçivəsində təşkil olunması nəzərdə tutulur.
Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına
müraciət edə
bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell
Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın
mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in
şəbəkəsi ölkə
ərazisinin 80 faizini
(işğal altında
olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən
istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası,
öncədən ödəmə
sistemi, mobil internet xidmətləri, metropoliten
ərazisində şəbəkənin
qurulması, 24/7 Telefon
Mərkəzi, həftənin
7 günü fasiləsiz
ön ofis xidmətləri, M2M xidmətləri,
1 nöqtədə 3 xidmət
göstərən “Azercell
Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri
və sosial media üzərindən müştəri
xidmətləri, mobil
elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə
“Azercell” ölkədə
ilk dəfə 4G xidmətini
təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini
ölçən və
simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış
araşdırmaların nəticələrinə
əsasən, “Azercell”
şəbəkəsi Azərbaycanın
mobil operatorları arasında ən yüksək göstəricilər
nümayiş etdirib.
“Azercell” ölkədə
və MDB məkanında
beynəlxalq “Investors In
People” İnsana Sərmayə
Qızıl Sertifikatına
layiq görülən
yeganə şirkətdir.
Azərbaycan.- 2018.- 6 dekabr.- S.6.