Azərbaycan muğamının UNESCO-nun Reprezentativ Siyahısına daxil edilməsinin yubileyi Ankarada təntənə ilə qeyd olunub

 

Azərbaycan muğamının və "Səma” rəqsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin onuncu ildönümü münasibətilə Ankarada mərasim təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və dəstəyi, TÜRKSOY-un və ölkəmizin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, TÜRKSOY-un baş katibi Düsen KaseinovUNESCO-nun təmsilçisi Dəniz Çakır tədbirdə çıxış edərək UNESCO-nun fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda Azərbaycan muğamı, eləcə də "Qarabağmuğam qrupunun fəaliyyəti ilə bağlı xoş fikirlər səsləndirilib.

Sonra bədii hissə olub.

"Səma” rəqs qrupunun ifasından sonra Azərbaycanın "Qarabağmuğam qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə xalq artisti Mənsum İbrahimov ecazkar ifası ilə muğamsevərləri riqqətə gətirib. Xanəndəni əməkdar artistlər - Elçin Həşimov (tarzən), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara) müşayiət ediblər. Qrupun budəfəki repertuarında "Mənim Azərbaycanım”, "Qarabağ şikəstəsi”, "Aman ovçu”, "Ay Laçın” və digər məşhur xalq və bəstəkar mahnıları yer alıb.

Muğamsevərlər "Qarabağqrupunun ifasını dəfələrlə ayaq üstə hərarətli alqışlarla qarşılayıblar.

 

Azərbaycan.- 2018.- 6 dekabr.- S.7.