Azərbaycan Rus İcmasının bəyanatı
Azərbaycan Rus İcmasının Respublika Şurası Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulinin
Yerevanda Lazarev klubunun iclasındakı çıxışında Azərbaycana
qarşı səsləndirdiyi
qərəzli fikirlərə
cavab olaraq dekabrın 5-də bəyanat
qəbul edib. AZƏRTAC-ın
təqdim etdiyi bəyanatda deyilir:
"Rusiya
Dövlət Dumasının
komitə sədrinin birinci müavini Konstantin Zatulin Yerevanda Lazarev klubunun iclasında çıxış
edərkən, həmişəki
kimi, Azərbaycanı
2016-cı ildə atəşkəs
rejimini pozmaqda, təcavüzkar ritorikada və siyasətdə təqsirləndirib.
Biz artıq
adət etmişik ki, Dövlət Dumasının MDB işləri
və həmvətənlərlə
əlaqələr komitəsi
sədrinin müavini olan Konstantin Zatulin əslində Ermənistanın
rəsmi ruporu və komitədə onun nümayəndəsidir.
Konstantin Zatulinin yaddaşı çox zəifdir və o unudur ki, əsl
təcavüzkar Ermənistandır,
onun silahlı dəstələri Azərbaycan
Respublikasına qarşı
hərbi əməliyyatlara
başlayıb, Xocalını,
Ağdam kimi digər şəhərləri,
onların dinc əhalisini – qocalar, qadınlar və uşaqlarla birlikdə məhv ediblər.
Konstantin Zatulin
unudur ki, məhz təcavüzkar ermənilər 1 milyondan çox azərbaycanlını
öz evlərini tərk etməyə və öz torpaqlarında qaçqın
və köçkünə
çevrilməyə məcbur
ediblər.
Erməni tərəfi
Azərbaycanın işğal
olunmuş torpaqlarında
738 tarixi abidəni, 83
min 500-dən çox eksponatı
olan 28 muzeyi, 4 rəsm qalereyasını,
100-dən çox arxeoloji
abidəni, 14 memorial kompleksi,
1891 maddi-mədəni resurs
obyektini, o cümlədən
1107 mədəniyyət müəssisəsini
dağıdıb. Qarət edilmiş
muzeylərdən 40 mindən
çox qiymətli əşya və nadir eksponat oğurlanıb.
Azərbaycan, onun rəhbərliyi 20 ildən çoxdur ki, Dağlıq Qarabağ ətrafında vəziyyəti dinc yolla nizamlamağa çalışır və
yalnız 2016-cı ildə
respublika ərazisinin fasiləsiz atəşə
tutulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri
erməni təcavüzkarlarına
layiqli cavab verərək ölkənin
işğal altındakı
ərazilərinin bir hissəsini azad ediblər.
Azərbaycanın rus əhalisi respublikanın ərazi bütövlüyünə dair
qanuni hüququnu qorumağa, öz tarixi ərazilərinin müdafiəsinə yönəlmiş
səylərini səmimi
qəlbdən və hərtərəfli dəstəkləyir. Yüzlərlə rus Azərbaycanın Dağlıq Qarabağ torpaqlarını erməni
təcavüzkarlardan qoruyarkən
canlarından keçiblər.
Onların çoxu milli qəhrəman adına layiq
görülüb, orden
və medallarla təltif edilib. Ermənistan Azərbaycan xalqının
səbrini nə vaxta qədər sınağa çəkə
bilər, Azərbaycan
əhalisinə təcavüzkar
ermənilər tərəfindən
işğal edilmiş
doğma yurdlarına qayıtmaq üçün
daha nə qədər vaxt lazımdır? Konstantin Zatulin bu suallara
cavab verə bilərmi? Heç şübhəsiz ki, Azərbaycanın səbri hədsiz deyil. Azərbaycan Silahlı Qüvvələri
tərəfindən təcavüzkar
ermənilərə növbəti
cavabın təqsirkarı
Ermənistan rəhbərliyi
və Ermənistanın
vəkili Konstantin Zatulin
olacaq”.
Azərbaycan.- 2018.- 6 dekabr.- S.7.